Məhkəmə qərarları › İş №2(016)-25/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-25/2023

05.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-25/2023 05.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X25 Natiq oğlunun sədrliyi, X20 oğlunun katibliyi, İddiaçı Şamaxı Regional X17 nümayəndəsi X6 iştrakları ilə, İddiaçı Şamaxı Regional X12 cavabdeh X7 qarşı “meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şamaxı Regional X17 cavabdeh X7 qarşı “meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz istifadə etdiyi Meşə fondu torpağının öz hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında həmin ərazidə hazırda X1 fəaliyyəti ilə məşğul olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında cavabdeh X13 bildirmişdir ki, həmin sahə qeyri yaşayış sahəsidir, oğlunun adına VÖEN varıdr və onun əsasında orada sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinin xx.xx.2022-ci il tarixli, 644/K nömrəli əmrinin surətindən görünür ki, X15 xx.xx.2022-ci tarixdən 6 ay müddətinə Şamaxı Regional X12 direktoru vəzifəsinə təyin edilmiş və həmin tarixdən Mərkəzin mühafizə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X24 Təsərrüffatı Mərkəzinin 05 iyul 2022-ci il tarixli 103/K nömrəli əmrinin surətindən görünür ki, Şamaxı RMTM-nin xidməti ərazilərində zəbt olunmuş ərazilərin müəyyən edilməsi, turizm rekrasiya məqsədi ilə bağlanan müqavilənin şərtlərinə əməl olunması və meşə sahələrində qanunsuz tikinti işlərinin aparılmasını yerində araşdırmaq məqsədi ilə komissiya yaradılmışdır. Komissiyanın sədri Xəlilov Bəxtiyar, komissiyanın üzvləri Hacıyev Əhməd, İsmayılov Mahirdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən X26 Təsərrüfatı və X9 Tingliyi Mərkəzlərinin direktorlarına göndərilən 16 iyun 2022-ci il tarixli Telefonoqramdan görünür ki, rəhbərlik etdikləri Mərkəz üzrə xx.xx.2022-ci il tarixinə kimi turizim-rekrasiya məqsədilə zəbt edilmiş sahələr barədə müvafiq araşdırma aparılaraq akt tərtib edilməsi və rəsmi qaydada məktubun göndərilməsi təmin edilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X24 Təsərrüffatı Mərkəzinin xx.xx.2022-ci il tarixli, 27/10/99-005 saylı xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin əməkdaşları tərəfindən Şamaxı RM-nin ərazisində meşə fondu torpaqlarının istifadə vəziyyəti araşdırılarkən Mərkəzin Ağsu meşəbəyliyinin 8 saylı dolayısının 34 kvartalında tərəflərindən 0,06 ha meşə fondu torpağının zəbt edilərək əsaslı tikinti və quraşdırma işləri aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məktubu rəsmi qaydada aldıqdan 15 gün ərzində meşə fonduna aid zəbt etdikləri torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması barədə xəbərdarlıq edilmişdirlər. - 19.08.2022-ci il tarixli Şamaxı RMTM-nin Ağsu meşəbəyliyinin 8 saylı meşə dolayı tərəfindən tərtib olunmuş akt və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Ağsu rayon sakini X13 heç bir sənəd olmadan 0,06 ha ərazini qanunsuz zəbt etmiş və həmin əraziidə iaşə fəaliyyəti göstərmək üçün tikinti quraşdırılma işləri aparmışdır. - Azərbaycan Respublikası Ağsu rayonu Ağsu Bələdiyyəsinin 31 may 2006-cı il tarixli 06saylı protokolundan çıxarışdan görünür ki, X7 fərdi sahibkarlıqla məşğul olmaq üçün Bakı-Qazax şose yolunun 153-cü kilometrliyində yolun şimal tərəfindən 20 kvadratmetr ölçüdə torpaq sahəsi satılmış Ağsu rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri rayonun baş memarı X.Hüseynova tövsiyyə edilmişdir ki, tikinti işinin aparılması üçün lazımi sənədləri təşkil etsin. - Azərbaycan Respublikası Ağsu rayonu Ağsu Bələdiyyəsinin 04 aprel 2011-ci il tarixli 51 saylı məktubundan görünür ki, bələdiyyənin 31 may 2006-cı il tarixli 06 saylı iclas qərarına əsasən Ağsu şəhər sakini X2 20 kvadratmetr torpaq sahəsi Bakı-Qazax yolunun 154,3 km-də yerləşir. Lakin həmin ərazi texniki səhv olaraq qərarda 153-cü km yazılıb. - Azərbaycan Respublikası Ağsu rayonu İcra Hakimiyyəti Başçısının 07 aprel 2011-ci il sərəncamından görünür ki, X7 fərdi sahibkarlıqla məşğul olmaq üçün Bakı-Qazax şose yolunun 154,3-cü kilometrliyində yolun şimal hissəsində, yol oxundan 30 metr aralı məsafədə, təsdiq olunmuş layihə əsasında 20 kvm sahəsi olan ət satışı mağazası tikilməsinə icazə verilmişdir. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “YOLNƏQLİYYATSERVİS” DEPARTAMENTİNİN B-02/91 saylı, 24 yanvar 2006-cı il tarixli məktubundan görünür ki, Nəqliyyat Nazirliyi “YOLNƏQLİYYATSERVİS” DEPARTAMENTİ texniki şərtlər barədə məlumat vermişdir. - 27.02.2019-cu il tarixli ********** saylı Azərbaycan Respublikası Qida X10 X4 X11 Reyestrindən Çıxarışın surətindən görünür ki, X3 şəhəri, Bakı-Qazax şose yolunun 154,3-cü kilometrliyində “İxtisaslaşdırılmış mağazalarda ət və ət məhsullarının pərakəndə satışı” ilə məşğul olmaq üçün qida X4 göstərən subyekt kimi qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. - Azərbaycan Respubliasının Vergilər Nazirliyi Fiziki Şəxsin X14 Şəhadətnamənin surətindən görünür ki, X8 (VÖEN **********) xx.xx.2015-ci il tarixdə vergi orqanında uçota alınması barədə məlumat mövcuddur. Məhkəmə iş materiallarını araşdıraraq işin aidiyyatı üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi ilə bağlı proses iştirakçısının fikrini soruşur. Etiraz daxil olmadı. Məhkəmə, proses iştirakçısının fikrini dinləyib, iş materiallarını aradıraraq hesab edir ki, hazırki iş aidiyyatı üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il 10 nömrəli Qərarının: 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; 33-cü maddəsinə əsasən fərdi sahibkarlar, yəni sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi orqanlarında uçota alınır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə Şamaxı Regional X17 ilə fərdi sahibkar (VÖEN-i olan X13) arasında yaranmış, həmçinin mübahisənin predmeti və xarakteri də sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, hazırki iş üzrə tərəflər arasında yaranan mübahisə kommersiya mübahisəsidir (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir). MPM-in: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçı Şamaxı Regional X12 cavabdeh X7 qarşı “meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 31.1, 35.1, 44, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şamaxı Regional X17 cavabdeh X7 qarşı “meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar