Məhkəmə qərarları › İş №2(016)-253/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-253/2023

11.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-253/2023 11.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20580 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh 20580 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında qeydiyyatda olduğu ünvanın Abşeron rayonu Xırdalan şəhəri yeni yaşayış massivində olması barədə sənədləri təqdim etdi. Sədrlik edən mülki işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə proses iştirakçılarının fikrini soruşur. Etiraz daxil olmadı. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edildi ki, iş materiallarındakı məlumatlar əsasında iddia ərizəsi Ağsu Rayon Məhkəməsinin icraatına qəbul olunsa da, məhkəmə baxışı zamanı cavabdehin qeydiyyat ünvanının Abşeron rayonu Xırdalan şəhəri yeni yaşayış massivi olduğu məlum olmuş və mülki işin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsinə proses iştirakçıları etiraz etməmişlər. Məhkəmə hesab edir ki, hazırki mülki işdə Cavabdeh qeydiyyat ünvanı Abşeron rayonu Xırdalan şəhərinə aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 35.2, 44.2.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(016)-253/2023 saylı mülki iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar