Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-27/2023 06.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X8 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" MM QBKT-nin cavabdehlər X5 və Məmmədova Pərvanə Ağaməhəmməd qızına qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azerbaijan” MM QBKT cavabdehlər X5 və Məmmədova Pərvanə Ağaməhəmməd qızına qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddia) məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Məmmədova Pərvanə Ağaməhəmməd qızından müştərək qaydada əsas borc üzrə 417 manat, faiz borcuna görə 108 manat, cərimə borcuna görə 19,20 manat, cəmi 544,20 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMM QBKT ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********6632 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 34.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 144 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində "Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********6632 -1230909 saylı Zaminlik müqaviləsi ilə Məmmədova Pərvanə Ağaməhəmməd qızı zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh X5 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən cavabdeh X2 əsas borc üzrə 417 manat, faiz borcuna görə 108 manat, cərimə borcuna görə 19,20 manat, cəmi 544,20 manat təşkil edir. Cavabdeh X5 məhkəməyə ərizə ilə müraciət edərək iddia ilə razılaşmadığını, ona görə də mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-952/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MM QBKT-nin cavabdehlər X5 və Məmmədova Pərvanə Ağaməhəmməd qızına qarşı “borc” tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsinin məhkəməyə ünvanladığı teleqramdan görünür ki, iş üzrə baxış iclasının iştirakları olmadan keçirilib qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, banka borcu olduğunu inkar etmir. Lakin tələb olunan məblğdə borcu qalmamışdır. Borcunu hissə-hissə olmaqla banka qaytarmışdır. Ekspert rəyi ilə də tanışdır. Lakin qeyd etdiyi kimi onun hesabı ilə borcu daha az qalmalı idi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh Xankişi Məmmədovun izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MM QBKT ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********6632 saylı “krediti müqaviləsi”ndən görünür ki, cavabdeh X3 istehlak məqsədləri üçün illik 34% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. - "xxxx" MM QBKT ilə cavabdeh Məmmədova Pərvanə Ağaməhəmməd qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********6***-******* saylı zaminlik müqaviləsi ilə Məmmədova Pərvanə Ağaməhəmməd qızı zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. - "xxxx" MM QBKT-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 həmin tarixə "xxxx" MM QBKT-yə 544,20 manat cəmi qalıq borcu vardır. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün «FİNCA Azerbaijan” MM QBKT tərəfindən xx.xx.2022-cı il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/942 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan “Kredit hesabı haqda məlumatlar” vərəqəsi və 30 dekabr 2021-ci il tarixli, **********6632 saylı kredit müqaviləsinin şərtlərinə əsasən X2 xx.xx.2022-ci il tarixə (iddia tarixinə) "xxxx" MM QBKT-na olan borcu əsas borc üzrə 414,42 manat, faiz borcu üzrə 53,23 manat olmaqla 467,65 manat məbləğində müəyyən edilir. Həmçinin qeyd edilmişdir ki, "xxxx" MM QBKT ilə X5 arasında bağlanmış 30 dekabr 2021-ci il tarixli, **********6632 saylı kredit müqaviləsinin müddəti (xx.xx.2023) bitmədiyindən, hesablamalar xx.xx.2022-ci il tarixinədək (iddia tarixinə) aparılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MM QBKT ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********6632 saylı “krediti müqaviləsi”nə əsasən cavabdehə illik 34% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2021-ci il tarixli **********6632 saylı kredit müqaviləsi üzrə banka əsas borcu 417 manat, faiz borcu 108 manat, cərimə borcu 19,20 manat, cəmi borcu 544,20 manatdır. Məhkəmə araşdırması zamanı iş üzrə mühasibatlıq ekspertizaları təyin edilmiş və xx.xx.2023-cü il tarixli, 9/942 nömrəli rəydən görünür ki, X2 xx.xx.2022-ci il tarixə (iddia tarixinə) "xxxx" MM QBKT-na olan borcu əsas borc üzrə 414,42 manat, faiz borcu üzrə 53,23 manat olmaqla 467,65 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə əsas və faiz borcuna münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 9/942 nömrəli rəyi ilə cavabdeh X2 xx.xx.2021-ci il tarixli **********6632 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (iddia tarixinə) "xxxx" MM QBKT-na olan borcu əsas borc üzrə 414,42 manat, faiz borcu üzrə 53,23 manat olmaqla cəmi 467,65 manat müəyyən etmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, cavabdeh X1 əsas borc üzrə 414,42 manat, faiz borcu üzrə 53,23 manat olmaqla cəmi 467,65 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 19,20 manat miqdarında cərimə pulu 414,42 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 10 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, cavabdeh Məmmədova Pərvanə Ağaməhəmməd qızı, digər cavabdeh X2 xx.xx.2021-ci il tarixdə bağladığı **********6632 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" MM QBKT qarşısında zamin duraraq, öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. MM-in: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, borclu X5 iddiaçı qarşısında olan öhdəliyini icra etmədiyinə görə, cavabdeh Məmmədova Pərvanə Ağaməhəmməd qızı kredit müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" MM QBKT tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli, 9/942 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 3,66 manatı iddiaçıya, 26,34 manatı cavabdehlər X3 və Məmmədova Pərvanə Ağaməhəmməd qızına aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manatın 6,1 manatı iddiaçıdan, 43,9 manatı cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X1 və Məmmədova Pərvanə Ağaməhəmməd qızından müştərək qaydada 414,42 manat məbləğində əsas borc, 53,23 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu, cəmi 477,65 manat borc və iş üzrə ödənilmiş dövlət rüsumunun 26,34 manatı "xxxx" MM QBKTnin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 3,66 manatı iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 6,1 manatı "xxxx" MM QBKT-dən və 43,9 manatı cavabdehlər X5 və Məmmədova Pərvanə Ağaməhəmməd qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X1 və Məmmədova Pərvanə Ağaməhəmməd qızından müştərək qaydada 414,42 manat məbləğində əsas borc, 53,23 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu, cəmi 477,65 manat borc və iş üzrə ödənilmiş dövlət rüsumunun 26,34 manatı "xxxx" MM QBKT-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 3,66 manatı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 6,1 manatı "xxxx" MM QBKT-dən və 43,9 manatı cavabdehlər X5 və Məmmədova Pərvanə Ağaməhəmməd qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-27/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-27/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver