Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-284/2023 03.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş borclu Abdullayev Əli Fərhad oğlunun 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona olan 10.000 manat məbləğində borcunun onun vərəsəsi Cavabdeh alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən o, dostluq münasibətində olduğu Abdullayev Əli Fərhad oğluna 10.000 manat məbləğində faizsiz borc vermişdir. Müqaviləyə əsasən o, pulu 30 oktyabr 2020-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüş, lakin qeyd olunan tarixə pulu qaytarmamışdır. O, bir neçə dəfə zəng edib, danışıb xəbərdarlıq etsə də borclu maddi sıxıntıları olduğunu bildirərək pulunu qaytarmamışdır. O, dostluq münasibətlərini nəzərə alaraq gözləmişdir. Bu yaxınlarda öyrənmişdir ki, Abdullayev Əli Fərhad oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 23 saylı Notariat Ofisinin 29 dekabr 2022-ci il tarixli, 2708 saylı arayışına əsasən Cavabdeh Abdullayev Əli Fərhad oğlunun vəfat etməsi ilə əlaqədar vərəsə kimi tanınmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında 24 may 2022-ci il tarixli şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən miras əmlak 18.258,50 manat təşkil edir və həmin məbləğ 2-ci qrup müharibə əlillərinə görə Prezident təqaüdü alan mərhum Abdullayev Əli Fərhad oğluna hesablanmış və alınmayan vəsaitdən ibarətdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında göstərdi ki, mərhum atası Abdullayev Əli Fərhad oğlunun iddiaçıya olan borcu barədə heç bir məlumatları olmamışdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən Abdullayev Əli Fərhad oğluna xx.xx.2020-ci il tarixinə kimi qaytarılması şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir İş materiallarında olan X1 Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə bildirmişdir ki, o, Abdullayev Əli Fərhad oğlu ilə uzun illər tanış olub dostluq etmişdir. Sonradan İddiaçı da onun vasitəsi ilə Əli ilə tanış olmuşdur. Hətda bir dəfə Əli Şakirə nə işdəsə yardımçı olub. 2020-ci ilin may ayının 30-da hər üçü Xırdalan şəhərində yerləşən çayxanaların birində oturub çay içərkən Ə.Abdullayev İddiaçı 10.000 manat borc pul istəmiş və pulu tezliklə qaytaracağını demişdir. Əli istədiyi pulun nəyə lazım olduğunu deməmiş, Şakir bir qədər tərəddüd etdikdən sonra razı olmuş və pulu ona yalnız notariat qaydaında borc müqaviləsi bağladıqdan sonra verəcəyini demişdir. Onlar razılaşmışlar notariat kontorunda müqavilə bağlamışlar. O da həmin zaman onlarla birlikdə olmuşdur. Əli Şakirdən pulu aldıqdan sonra maşını ilə onun yanına gəlmiş, onun yanında yenidən 10.000 manat pulu sayaraq cibinə qoyub çıxıb getmişdir. Bundan sonra o, onlarla əlaqə saxlamamış, sonradan Əlinin vəfat etdiyini eşitmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə mərhum Abdullayev Əli Fərhad oğlunun borcunun ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixli bildiriş göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Abdullayev Əli Fərhad oğlunun vərəsəsi Cavabdehdır və miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak İİ qrup müharibə əlillərinə görə Prezident təqaüdü alan mərhum Abdullayev Əli Fərhad oğluna görə alınmayan vəsait 18.258,50 manatdan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Abdullayev Əli Fərhad oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2021-ci il tarixdə öldüyündən borc vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.2021-ci il tarixdə ölmüş Abdullayev Əli Fərhad oğlunun adına 23 saylı notariat ofisində V-11/2022 reyestr nömrəli xx.xx.2022-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsəsi Cavabdeh qəbul etdiyindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 10.000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-284/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-284/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver