Məhkəmə qərarları › İş №2(016)-285/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-285/2024

04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-285/2024 04.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X4 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş və iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ərizənin təmin olunmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən mövcud ərizə əsasında mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən 25261 nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi üzrə ödənilmiş 78 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-nin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən 25261 nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi üzrə ödənilmiş 78 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar