Məhkəmə qərarları › İş №2(016)-29/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-29/2023

31.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-29/2023 31.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X28 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X21 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 oğlunun, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 2000 manat məbləğində pulun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tövlənin tikintisi üçün verilmiş 6185 manat və avtomaşınının təmiri üçün verilmiş 250 manat məbləğində pulun, 100 manat dəyərində 2 arı pətəyinin, 260 manat dəyərində 2 ədəd kameranın, 2400 manat dəyərində 3 baş iribuynuzlu camış heyvanların (1 ana, 2 bala), 1000 manat dəyərində 1 ədəd it heyvanı (Qurdbasan cinsli) və 1200 manat dəyərində 1 ədəd at heyvanının və ya onların dəyərinin alınıb ona verilməsi, cavabdehlərin sağlam heyvanların əvəzinə xəstə heyvanları təhvil vermələri nəticəsində ona dəymiş 3000 manat məbləğində maddi zərərin və cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun və 142,18 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin əvvəllərində qonşuluqda yaşayan bir nəfər şəxsin vasitəsi ilə Cavabdeh1 ilə tanış olmuşdur. Tanışlıqdan sonra Mahir oğlu Təbrizi yanına gətirərək xahiş etdi ki, Təbrizi bağına gözətçi götürsün. Razılaşaraq Təbrizi aylıq 250 manat maaş olmaqla bağına gözətçi götürdü. Təbriz bağında işlədiyi müddət ərzində dişləri ağrıdığı üçün onu həkimə aparmış, dişlərini müalicə etdirmiş, borclarının qaytarılması üçün, arvadının müalicəsi üçün ümumilikdə 2000 manat məbləğində pul vermişdir. Təbriz bağında işlədiyi zaman Mahirlə söhbət zamanı ona heyvan saxlamaqla yaxşı qazanc götürmək olduğunu bildirdi. Mahirdən heyvanı harada və necə saxlaya biləcəyini soruşduqda, Mahir heyvanları onun kənddə yerləşən evinin həyətində saxlaya biləcəyini və heyvanlara da oğlu Pərvizin baxa biləcəyini bildirdi. Təxminən 2021-ci ilin aprel-may ayında Maştağa qəsəbəsindən 27 baş xırdabuynuzlu heyvan alaraq Mahirlə birlikdə onun Ağsu rayonu Ərəbmehdibəy kəndində yerləşən evinin həyətinə aparmışdır. Kəndə gəldikdən sonra Mahirin oğlu Pərvizlə tanış oldu və əlavə heyvan alıb artırması üçün ona 3500 manat pul verdi. Pərviz də həmin pula 27 baş xırdabuynuzlu heyvan alıb, heyvanlara əlavə etmişdir. Daha sonra Bakı şəhərinə geri qayıtdıqdan sonra tövlə tikmək üçün Pərvizin kart hesabına müxtəlif vaxtlarda pullar göndərmişdir. Bundan əlavə, 2021-ci ilin may ayında Pərvizə 1400 manat pul vermiş, Pərviz də həmin pula yanı balalı iribuynuzlu camış heyvanı almışdır. Bundan əlavə, 2021ci ilin iyun ayında Pərviz və Mahirlə birlikdə Ağsu rayonu heyvan satışı bazarından 17 baş xırdabuynuzlu heyvan alaraq digər heyvanlara əlavə etmişdir. Sonuncu dəfə Xızı rayonunda dostundan aldığım 19 baş xırdabuynuzlu heyvanı Ərəbmehdibəy kəndinə apararaq digər heyvanlara əlavə etmişdir. Həmin vaxt xırdabuynuzlu heyvanlardan başqa, 2 ədəd arı pətəyi, 2 ədəd kamera, 1 dəst at və 1 ədəd it (Qurdbasan cindi) də cavabdehlərə təhvil vermişdir. Bütün bunlardan başqa, Pərvizə heyvanların daşınması üçün 14600 manat dəyərində "Qazel" markalı yük avtomobili alıb vermiş, lakin Pərviz bir müddət həmin avtomobildən istifadə etsə də, avtomobilə yaxşı baxmadığı üçün mühərriki xarab olmuşdur. 2021-ci ilin oktyabr ayında 4500 manat dəyərində ”VAZ 2106" markalı avtomobil alaraq Mahirə vermişdir. 2022-ci ilin fevral ayında Təbriz ona bağda işləmək istəmədiyini, kəndə qayıtmaq istədiyini bildirdikdə etiraz etməmiş, hətta mart ayının maaşını da əlavə olaraq ona vermişdir. 2022ci ilin iyul ayının əvvəllərində Mahir ona zəng edərək həyətində yanğın olduğunu və tikdirdiyi tövlənin yandığını bildirdi. Bundan sonra Mahirlə birlikdə Ərəbmehdibəy kəndinə gəlib tövləyə baxaraq Bakıya qayıtdı. Təxminən bir həftə sonra Pərvizin yanına gələrək hesabat apardı. Hesabat apardıqdan sonra Pərviz heyvanlara baxmaq istəmədiyini, bu işin ona sərf etmədiyini və heyvanları aparmağını bildirdi. Bundan sonra heyvanları saxlamaq üçün yer tapdıqdan sonra 16 iyul 2022-ci il tarixdə 88 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvanları Pərvizdən təhvil alaraq Bakıya gətirdi. Heyvanları təhvil alarkən Pərviz 3 baş iribuynuzlu (1 ana, 2 bala) heyvanların otlaq sahəsində olduğunu, daha sonra verəcəyini desə də, bu günə kimi həmin heyvanları təhvil verməmişdir. Cavabdehlər onlara verdiyi sağlam 1 ədəd it və at heyvanının əvəzində xəstə, yararsız 1 ədəd it və at heyvanı təhvil vermişlər. Heyvanların saxlanılması üçün tövlənin tikintisi, heyvanların alınması onun pulu hesabına başa gəlmişdir. Bundan əlavə heyvanların saxlanılması müqabilində Pərvizə məvacib də vermişdir. Cavabdeh1 həyətində heyvan saxlanılması ilə bağlı təxminən 30000 manat məbləğində pul xərcləmişdir. Cavabdehlərə 97 baş xırdabuynuzlu, 9 baş iribuynuzlu, 1 rəst at, 1 ədəd it heyvanı təhvil versə də, cavabdehlər ona 88 baş xırdabuynuzlu, 3 baş iribuynuzlu, 1 at heyvanı qaytarmışdır. Cavabdehlərin təhvil verdiyi at və 15 xırdabuynuzlu heyvan da xəstə, qoca olmuşdur. Belə ki, cavabdehlər sağlam heyvanların əvəzinə xəstə, qoca heyvanları vermiş və sonradan da həmin xəstə heyvanların bir neçəsi tələf olmuşdur. Bundan əlavə, cavabdehərin həyətində heyvanların saxlanılması üçün onun vəsaiti hesabına tövlə tikilmişdir. Tövlənin tikintisi üçün tərəfindən Pərvizin kart hesabına və nağd qaydada müxtəlif vaxtlarda 6185 manat məbləğində pul verilmişdir. Cavabdehlərdən yuxarıda qeyd olunan xərclərin əvəzinin ödənilməsini tələb etdikdə, onun barəsində polisə şikayət etmişlər. Lakin polisdə həmin şikayət əsasında araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdehlərdən artıq iddia tələbində qeyd edilən 260 manat dəyərində 2 ədəd kameranı işlək vəziyyətdə geri almışdır. Heyvanları cavabdehlərdən şəxsən özü götürmüşdür. Xırda buynuzlu heyvanları götürərəkən cavabdehlər verilən heyvanların 92 olmasını bildirilsələr də, Bakı şəhərində heyvanlar sayılanda onların sayının 88 olması müəyyən edilmişdir. Bundan bir müddət, təxminən 2-3 ay sonra heyvanların xəstə olması aşkar edilmişdir. Ona geri qaytarılan atın səhhətində problem olmuş, belə ki, onun qabaq ayaqlarının bağları quruyub qırılmış və bu səbəbdən qaça bilmirmiş. Geri qaytarılan it isə qurdbasar deyil, çoban iti cinsindən olmuşdur. Cavabdehlərə verilən atın qiymətinin 1200 manat, itin isə qurdbasar cinsindən olub qiymətinin 1000 manat olmasını təsdiq edən hər hansı sübutu yoxdur. Camışların alınması üçün də Pərvizə pul göndərmiş və onlar balası olan camış almışlar, lakin geri qaytarmamışlar. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, iddiaçı sürücülük vəsiqəsi alınması və diş düzəltdirməsi üçün 1600 manat Cavabdeh3 pul vermişdir. Tövlənin tikintisi üçün 6185 manat xərc çəkilmişdir. Ekspertiza həmin xərcin 5700 manat olmasını müəyyən etmişdir. Ümumilikdə 10641 manat pul ödəyib. Həm tövlənin tikintisinə, həm də qoyunların saxlanılmasına hissə-hissə olaraq həmin məbləğləri köçürmüşdür. Tövlə yandıqdan sonra heyvanları yığıb apararkən cavabdehlər camış heyvanların sahədə olduğu bildirilsələr də sonra ümumiyyətlə həmin heyvanların olmadığını söyləmişlər. İddiaçıya at və it verilsədə, onun cavabdehlərə at və it olmamış, aparılan xırda buynuzlu heyvanlar müəyyən müddət sonra yoxlanılarkən xəstə olması müəyyən edilmiş. Bununlada iddiaçının cavabdehlərə saxlamaq üçün verdiyi sağlam heyvanlar xəstə heyvanlarla dəyişdirilmiş. Ümumilikdə iddiaçıya maddi ziyan vurulmuş. Eyni zamanda qeyd olunan dövrdə mənəvi ziyanda çəkmişdir. Dəymiş mənəvi ziyan kimi 3000 manat məbləği də cavabdehlərdən tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında göstərdi ki, iddiaçını özünə qardaş bilirdi. Dəfələrlə oğlanlarına ağsaqqal olduğunu, yaxşı insan olduğu üçün kömək etmələrini tapşırmışdır. Uşaqları ilə birlikdə onun özünün bağ evində, qızının həyətində və yaxınının həyətində işləmişlər. Oğlu Təbriz iddiaçının bağ evində işləyirmiş, ona aylıq əmək haqqı verməli olsa da vermirmiş, o özü hər ay oğluna pul göndərirmiş, hətta oğlu dolanmaq üçün arvadının qızıllarını da satıbmış. Dəfələrlə oğlu Təbriz iddiaçının ona pul vermədiyi üçün bezdiyini, rayona getmək istədiyini bildirmişdir. Lakin o, səbr etməsini, iddiaçının onlara kömək edəcəyini, rayonda ev alacağını bildirmişdir. Daha sonra iddiaçı ona kəndə gedib heyvanlara baxmasını söyləmiş və bundan sonra onlar birgə təsərrüfatla mışğul olmuşlar. İddiaçının iddia ərizəsində qeyd etdiyi birgə tikilən tövlənin əksər hissəsi əvvəldən var imiş, iddiaçı sadəcə tövlənin üst hissəsinin tikintisinə yardım etmişdir. Ust pulunu o, özü vermişdir. Lakin tövlə sonradan onlardan asılı olmayan səbəbdən yanmış, hətta tövlədə onun otları da yanmışdır. Tövlə yanarkən tam yararsız hala düşmüş, hazırda divarlar qalmış o, da toz kimi tökülür. Tövlənin yanmasını Fövqəladə Hallar Nazirliyinin işçiləri də gəlib aktlaşdırmışdır. Sənədlər də onlardadı. İddiaçının aldığı qoyunların bir qismi xəstə imiş, rayondan alınan qoyunlar sağlam imiş. Xəstə qoyunları sataraq yeniləri ilə əvəz etmişdir. İddiaçıya heç bir borcları yoxdur, həmin məbləğlər qaytarılmışdır. İddiaçıya müxtəlif vaxtlarda hissə-hissə pul göndərmişdir. At və iti iddiaçının razılığı ilə dəyişmişlər və onları da özü ilə aparmışdır. İddiaçının pulu ilə camış almamışlar. Özlərinin təsərrüfatlarında həmişə camış heyvanı olmuşdur. İddiaçı onlara şər atır. Təsərrüfatı şərik olaraq yaratmışlar. İlk olaraq qoyunları gətirəndə onun tövləsindən istifadə etmiş, onun arpasından, buğdasından həmin heyvanlara yem versədə iddiaçı qarşılığını ona qaytarmamışdır. Tövlənin tikintisinə cəmi 30 şifer alıb, ***-**** manat xərc çəkib. Tövlənin usta, fəhlə və digər xərcləri o özü ödəməmişdir. 60 qoyun gətirib, artdıqca 64 qoyun satıb, üzülüşüb gedəndə isə 92-93 qoyun aparmışdır. Tövlənin tikintisində ustanın xərcindən xəbəri olmamışdır. Onun uşaqlarını işlədib, cəmi 1600 manat onlara pul vermişdi. 3600 manat Mersedes markalı avtomobil almışdılar onu da öz adına rəsmiləşdirdi. Gedəndə öz qoyunları ilə bərabər 25 ədəd onun qoyunlarını da aparmışdır. Həmin heyvanların yarısını qaytarmağını yalvarsada qaytarmadı, avtomaşını da öz adına qeydə aldırdı. Onlara dəymiş zərərin ödənilməsi üçün məhkəməyə qarşılıqlı iddia ilə müraciət etsə də müddəti ötürmüşdür. İddiaçıdan dəyəri 1800 manat olan 4 ton 500 kq arpanı, dəyəri 600 manat olan 200 ədəd yonca bağlısını, oğlu Pərvizə çobanlq etdiyi üçün verməli oduğu, lakin 1 il 4 ay ərzində maaşı, ondan göndərtdiyi 3200 manat pulu, bağ evində işlətiyinə qarşılıq əmək haqqı olan 4000 manat pul məbləğini, 24 ədəd dəyəri 3000 manat olan xırdabuynuzlu heyvanını, 1 il 4 ay çobanlıq etdirərək əmək haqqını verməyərək nəticədə toplanmış 3200 manat və etibarnamə ilə oğlu Pərvizə satdığı VAZ 2106 markalı avtomobil üzrə 4500 manat pulunu tələb etmək istəyirdi. Buna görə Hüquq Mühafizə orqanlarına müraciət etdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Kameraları qaytarmış, arı pətəkləri həyətindədir, istənilən vaxt apara bilər, buna heç kim maneə olmur. Xırda buynuzlu heyvanları aparan vaxt hamısı sağlam idi, bir neçə ay sonra heyvanların xəstələnməsinin onunla heç bir əlaqəsi yoxdur. Bundan başqa onun iddiaçıya qaytardığı at sağlam olmuşdur. Atın ayaq bağlarının quruyub qırılması qeyri mümkündür. İtə gəldikdə isə sağlam it vermişdir, əgər etiraz edirsə, hazırda da istənilən növ əlavə it vermək iqtidarındadır. Eyni zamanda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərdə göstərmişdir ki, müxtəlif vaxtlarda pul göndərmişdir. O, həmin pulları ya heyvana yemək almaq, ya da Bakıda satmaq üçün iri buynuzlu və xırda buynuzlu heyvanlar almaq məqsədi ilə göndərmişdir. Həmçinin birgə təsərrüfat zamanı saxlanılan xırda buynuzlu heyvanların artımını da, təxminən 60 baş quzunu da satmaq üçün aparmışdır. Qeyd olunan heyvanların satışından əldə olunan puldan bizə heç nə verməmişdir. Təsərrüfatda istifadə üçün verilmiş avtomaşını da aparanda tam saz vəziyyətdə idi. Onun təmirindən və həmin təmirin nə əsasla olmasından məlumatı yoxdur. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında göstərdi ki, iddiaçı sürücülük vəsiqəsi almaq ərəfəsində və daha sonra dişlərinin müalicə olunması üçün cəmi 1700 manat pul vermişdir. O, da 1 il müddətdə onu həyətində işləsə də aralarında heç bir müqavilə bağlanmamış və əmək haqqı verməmişdir. Dəfələrlə iddiaçının, onun qızının bağında işləmiş, otları təmizləmiş, yonca əkmişdir. İddiaçı ona torpaq alacağı vədi vermişdi. Onun həyətində işləməyi üçün ayda 600 manata razılaşsalarda iddiaçı ona pul verməmiş, hərdən isə 50-100 manat verirmiş. Qeyd etdiyi kimi torpaq alacağı vədi verdiyindən zəhmət haqqını ver deyə çox üstünə getmirmiş. Pulu olmadığından hətta yoldaşının qızıllarını satıb xərcləmişdir. Odur ki, keçinmək çətin olduğu üçün, həmçinin iddiaçının atasına təklif etdiyi təsərrüfatda işləmək üçün məcbur olub kəndə qayıtmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə 87 baş xırdabuynuzlu heyvan almış, ölümcül olan heyvanları iddiaçının öz razılığı ilə 35 manata sataraq çiyid almışdır. Daha sonra onda 69 baş heyvan qaldı. Verdiyi it kolbasa ilə qidalandığından saxlaya bilmədi və öz razılığı ilə çoban iti ilə dəyişdi. İddiaçı ona 1400 manat pul verib, həmin pula isə arpa və ot almışdır. Onların həmişə camışı olmuşdur, iddiaçının pulu ilə camış almamışdır. İddiaçı camış almaq istəmiş, pulunu da göndərmiş, lakin həmin vaxt heyvanların yeməyi olmadığı üçün həmin pula camış yox, heyvanlara yem almış və özünə də bu barədə bildirmişdir. İddiaçı da razaılaşmışdır. 16000 manata kənddən ona ev alacağını vəd etdiyi üçün ona görə birlikdə işləməsini davam etdirmişdir. Sonuncu dəfə heyvanları gəlib aparanda 92 baş heyvan sayıb təhvil vermişlər. İddiaçının tələb etdiyi atı da öz razılığı ilə dəyişmişdir. Xırda buynuzlu heyvnları aparanda atı da apardı. 2 arı pətəyi və kameralar hazırda həyətdədir. Gəlib götürə bilər. Tövlə isə yanaraq istifadəyə yararsız hala düşüb. Tövlənin qalan daşları həyətlərindədir. Cavabdehlərin vəkili Vəkil2 oğlu məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında göstərdi ki, məhkəmə qərar qəbul edərkən tələbdən kənara çıxmır. Tövlənin tikintisi ilə bağlı 6185 manat iddiaçı tələb irəli sürmüşdür. Həmin məbləğ şəxsin təqsirli olduğu halda tələb edilə bilir. Lakin tövlənin yanması ilə bağlı cavabdehlərin heç bir təqsiri yoxdur. Tövlə verilmiş rəyə əsasən, eyni zamanda qeyd etdikləri kimi qısaqapanmadan yanmışdır. Heyvanlar həmin zaman tövlədə olmamışdır. Cavabdehlərin əvvəldən 3 camışları olmuşdur. Həmin say ötən müddətdə artmamışdır. İddiaçının isə camış heyvanı olmamışdır. Ətraf qonşular onların qoyunlarının artıdığını görmüş, camış heyvanında artım olmadığını bildirmişlər, eyni zamanda həmin camışlar da cavabdehlərə məxsus olmuşdur. İddiaçı maşının motorunda problem olduğunu qeyd etmiş, lakin motoru problemli olan avtomaşını sürüb getmişdir. Atla bağlı mütəxəssis də qeyd etdi ki, yolda da xəstələnə bilər, ayaq bağlarının quruyub qırılması isə qeyri mümkündür. Xırda buynuzlu heyvanlara gəldikdə isə onların aparılan an xəstə olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir, hətta iddiaçı tərəf özü qeyd edir ki, xırda buynuzlu heyvanların xəstə olmasını bir neçə ay sonra müəyyən etmişlər. Bu da qeyri mümkün haldır. Bundan başqa qurdbasan cinsindən olan iti iddiaçı 1000 manat dəyərində qiymətləndirir, lakin həmin qiyməti nəyə əsasən hesablayır bilinmir. Cavabdehlər tərəfindən video kameralar artıq qaytarılmış, arı pətəklərini isə qaytarmağa hazırdırlar. X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ali təhsilli baytar mütəxəssisidir. Atların xəstələnməsi adi haldır. Yəni bu hal müxtəlif səbəblərdən baş verə bilər. Yemdən, səhv qidalanmadan belə xəstələnə bilər. At çox həssas heyvandır. Sürətlə çapanda da tərləyib sonradan xəstələnə bilər. Həmçinin at bir məntəqədən başqa məntəqəyə aparılarkən yoldada xəstələnə bilər. Hazırkı məhkəmə baxışında qeyd edilən at Ağsu rayonundan Bakı şəhərinə aparılmışdır, onun səhhətində yolda problem yarana bilər, eyni zamanda yemdən də xəstələnə bilər. Bunun üçün müalicə olunmalıdır, amma ayağının bağının quruyub qırılması mümkün deyil. Əgər atın ayaq bağı qırılsa onda o, ümumiyyətlə yeriyə bilməz. Qoyunlarla bağlı isə onu deyə bilərəm ki, bir məntəqədən başqa məntəqəyə aparılarkən xəstə olsa onların əlamətləri dərhal bilinməli idi, bir neçə ay sonra yox. X5 məhkəmə iclasında göstərmişdir ki, tərəfləri tanıyır, heç bir dümənçilik və ədavəti yoxdur. Tərlan ilə birlikdə onun avtomobili ilə Ağsu rayonunun Ərəbmehdibəy kəndinə gələrək 92 baş xırdabuynuzlu heyvan aparmalı idilər. Lakin Bakıya çatanda heyvanların 87 baş olduğunu görmüşlər. Heyvanları kənddə avtomobilə yerləşdirərkən saymamışdılar. Xırdabuynuzlu heyvanlardan savayı 1 at da gətirmişlər. 1 camış heyvanı da olmalı idi, lakin camışı aparmaq istəsələr də cavabdehlər camışın örüş sahəsində qaldığını və hazırda harada olduğunu bilmədiklərini bildirmişlər. Axşam tərəfi olduğundan artıq camışın qayıtmasını gözləməmişlər, lakin heyvanları aparmağa gələndə cavabdehlərin həyətində bir ədəd boğaz camış heyvan görmüşdür. X12 məhkəmə iclasında göstərmişdir ki, cavabdehlərlə eyni kənddə yaşayır. Hər biri təsərüfatla məşğuldurlar. Cavabdeh3 Qarabağda döyüşdən gələndən sonra bir neçə heyvan aldı. Cavabdehlərin həyətində olan tövlə yananda kənddə olmamışdır. Həmin vaxtlarda Kəlbəcər rayonunda işləyirdi. Cavabdehlərə məxsus neçə heyvan olmasını dəqiq bilməsədə, camışlarının olduğunu dəqiq bilirdi. Sonuncu dəfə cavabdehlərə məxsus camışı tövlə yanandan sonra görmüşdür. Yəni 2022-ci ilin aprel ayında onların həyətində olmuşdur. Tövlə də təxminən həmin ilin iyul ayında yanmışdır. Tövləni də cavabdehlər tikmişdir. X7 məhkəmə iclasında göstərmişdir ki, tərəfləri tanıyır, onlarla heç bir düşmənçilik və ədavəti yoxdur. Tərlan müəllimə heyvanları özü vermişdir. İddiaçıya 19 birkalı qoyun, 19 keçi, 1 at, 1 qurdbasar cinsli it, 8 inək vermişdir. Özü üçün təsərrüfat qurmuş, heyvanları Bakı şəhərində saxlayır. Heyvanları verəndən bir müddət sonra Tərlan müəllim heyvanları Bakı şəhərinə gətirmişdir. Heyvanlar onun verdiyi heyvanlar deyilmiş. Heyvanlar birkasız imiş, verdiyi at yerli at imiş, cins boz at imiş. Qaytarılan at da həmin at deyilmiş. X6 məhkəmə iclasında göstərmişdir ki, Bakı şəhərində yaşayır və heyvandarlıqla məşğul olur. İddiaçı ona rayonda heyvanları olduğunu və baxımsız vəziyyətdə qaldığı üçün heyvanları gətirib onun təsərrüfatına atacağını dedi. Onunla razılaşdı. Bir müddət sonra, yəni 2022-ci ilin iyul ayında Tərlan müəllim 88 baş heyvan gətirdi. Onlardan 7 keçi, 9 baş quzu, qalanı da ana qoyunlar idi. Ana qoyunların 30-başı dişsiz idi. 9 quzunun isə 5-i başqa təsərrüfata aid idi. Ana qoyunlarda birka yox idi. Qoyunlardan biri elə həmin gün öldü. Həmin qoyun birkalı idi. Qalan heyvanlar isə qış aylarında və həmin vaxta qədər tədricən öldü. İddiaçının gətirdiyi bir atın damarları qurumuşdu. El arasında həmin xəstəliyə çəng olmuş deyilir. At yerisədə biraz gedəndən sonra yıxılırdı. Cavabdehin həyətində bir baş camış heyvanı görsədə kimə məxsus olmasını bilməmişdir. X2 məhkəmə iclasında göstərmişdir ki, 1972-ci ildən eyni kənddə yaşayırlar. Evlərinin arasında 150 metr məsafə var. Cavabdehlər həmin kənddə doğulub böyümüşlər. Təsərrüfatla məşğul olurlar. Onların 4 baş inəkləri, 2 baş camışları vardır. Atları var idi. Qoyunların sayı 25-30 baş olardı. Qeyd edilənləri təsərrüfatlarında son 3 ildə görmüş, həmişə camışları olmuşdur. Heyvanları bələdiyyənin torpağında otarırdılar. X3 məhkəmə iclasında göstərmişdir ki, cavabdehlər mal-heyvan saxlamaqla zəhmətlə yaşayan insanlardır. Onların dədə-babadan heyvanları olub. 18-20 xırdabuynuzlu heyvanları, 4-5 baş iribuynuzlu heyvanları olub. 2 baş camışları olmuşdur. Sonradan oğlunun 70-80 qoyun otardığını görmüşdür. Pərvizin Jiquli-06 markalı avtomaşın vardı. Uşaqların sürdüyü boz at görmüşdür. Əvvəllər “Qazel” markalı avtomobil görsədə, sonradan rast gəlməmişdir. X8 məhkəmə iclasında göstərdi ki, cavabdehlərin həmişə heyvanları olmuşdur. 4-5 inəkləri, 2 baş düyələri olmuşdur. Cavabdeh3 müharibədə iştirak etmiş, müharibədən sonra 25 baş qoyun almışdı. Başqa heyvan görməmişdir. Birlikdə təsərrüfat yaratdıqda at gətirmişdilər, it görməmişdir. Sonra isə qoyunları aparmışlar. Camış olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə tərəfləri, onların nümayəndələri və eyni zamanda vəkillərini, şahidləri dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ödəniş qəbzlərindən görünür ki, 416973******9990 nömrəli kart hesabından Cavabdeh2 tərəfindən qəbul edilən 416974******0633 nömrəli kart hesabına xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 800 manat, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 100 manat, xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 750 manat, xx.xx.2021-ci ildə 250 manat, xx.xx.2021-ci ildə 1500 manat, xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 110 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 600 manat, xx.xx.2021-ci ildə 250 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 50 manat, xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 80 manat, xx.xx.2022-ci ildə 150 manat, xx.xx.2022-ci ildə 190 manat, xx.xx.2022-ci ildə 220 manat, xx.xx.2022-ci ildə 1500 manat, xx.xx.2022-ci ildə 250 manat, xx.xx.2022-ci ildə 51 manat, xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci ildə 250 manat, xx.xx.2022-ci ildə 90 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 300 manat, ümumilikdə 10641 manat ödəniş edilmişdir. - Xərclərlə bağlı tərtib edilmiş dəftərdən görünür ki, İddiaçı çəkilmiş xərclərlə bağlı hesabat aparmışdır. - 30 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Ağsu rayonu Ərəbmehdibəy kənd sakini Cavabdeh3 DİN-in “102” xidməti zəng-mərkəzinə və rayon polis şöbəsinə müraciət edərək atasının dostu İddiaçı adlı şəxsin tövlələrinin yanması səbəbi ilə özünə məxsus heyvanları ilə birlikdə ona məxsus 25 baş xırdabuynuzlu heyvanları saxlamaq üçün aparması, geri qaytarmaması barədə toplanmış material üzrə cinayət işinin başlanması Ağsu RPŞ-nin TQ-nun təhqiqatçısının qərarı ilə rədd edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısının 09 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 06 iyul 2022-ci il tarixdə, saat 19:00-da Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. - Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Ərəbmehdibəy kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 verilmiş arayışdan görünür ki, o, Ərəbmehdibəy kəndində daimi qeydiyyatda olmaqla təsərrüfatında xx.xx.2021-ci il tarixə 6 baş inəkləri, 2 baş camışları, xx.xx.2022-ci il tarixə isə 6 baş inəkləri, 2 baş camışları və 78 baş qoyunları olmuşdur. Həmin heyvanları öz ailəsinə məxsus 4,49 ha pay torpağında yetişdirdiyi arpa və samanla yemləmişdir. - Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Ərəbmehdibəy kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 25 ildən artıq müddətdir ki, öz həyətyanı sahəsində 60 kv.metr sahəsi olan tövlə inşa etmişdir. - Qarşılıqlı iddiaçılar Cavabdeh1 və digərləri tərəfindən ilkin İddiaçı qarşı “pul, maddi və mənəvi zərər tələblərinə” dair xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsindən görünür ki, qarşılıqlı tələb üzrə cavabdehdən onların xeyrinə 4 ton 500 kq dəyəri 1800 manat olan arpa, 200 ədəd dəyəri 600 manat olan yonca bağlısı, oğlu Pərvizə çobanlq etdiyi üçün verməli oduğu maaşı ona göndərtdiyi 1 il 4 ay ərzində göndərdiyi 3200 manat pulu bağ evində işlətiyinə qarşılıq əmək haqqısı 4000 manat, 24 ədəd dəyəri 3000 manat olan xırdabuynuzlu heyvanını, 1 il 4 ay çobanlıq etdirərək əmək haqqını verməmiş və nəticədə toplanmış 3200 manat və etibarnamə ilə oğlu Pərvizə satdığı VAZ 2106 markalı avtomobili 4500 manat pulunu və 151 manat dövlət rüsumu əvəzinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. - Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2023-cü il tarixli 10/8821 saylı rəyindən görünür ki, Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən Cavabdeh1 oğğluna məxsus evin həyətində olan tövlə və anbarın tikilməsi üçün çəkilmiş xərc (material və usta pulu daxil olmaqla) mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 5797,7 manat məbləğində müəyyən edilmişdir. - 05.09.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Vəkil1 (vəkil) Expressbank ASC-nin hesabına 148,20 manat pul ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdehlər arasında heyvan saxlamaları ilə bağlı razılıq olmuş, 2021-ci ilin aprel ayının sonlarında iddiaçı Bakı şəhərindən 27 baş xırdabuynuzlu heyvan alaraq, cavabdehlərin yaşadığı Ağsu rayonu, Ərəbmehdibəy kəndinə gətirmişdir. Kəndə gəldikdən sonra Cavabdeh2 3500 manat pul verərək bazardan əlavə heyvan almasını tapşırmışdır. Sonuncu da həmin məbləğə 27 baş xırdabuynuzlu heyvan alıb, digər heyvanlara əlavə etmişdir. Həyətdə heyvanların saxlanılması üçün tövlə tikmək məqsədilə Cavabdeh2 kart hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlər köçürmüşdür. Daha sonra iddiaçı 19 baş xırda buynuzlu heyvan, 1 ədəd at və 1 ədəd it heyvanı gətirərək, digər heyvanlarına əlavə etmişdir. 06 iyul 2022-ci il tarixdə, saat 19:00-da həyətlərində olan yeni tikilmiş tövlənin yanmasından sonra iddiaçı kəndə gələrək təsərrüfata aid heyvanları, at və iti maşına yükləyərək Bakı şəhərinə qaytarmış, sonradan, yəni hazırkı iddiaya məhkəmə baxışı zamanıkameraları da aparmışdır. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarda ümumilikdə cavabdehlərə 97 baş xırdabuynuzlu, 9 baş iribuynuzlu, 1 ədəd at, 1 ədəd it heyvanı təhvil versə də, cavabdehlərin ona 88 baş xırdabuynuzlu, 3 baş iribuynuzlu, 1 at və 1 it heyvanı qaytardıqlarını bildirmişdir. 3 baş iribuynuzlu camışı heyvanlarının qaytarılmadığını iddia etsə də cavabdehlər, ümumiyyətlə ortaq təsərrüfatda camış heyvanının olmamasını israrla bildirmişlər. Cavabdeh2 izahatında iddiaçının ona camış heyvanı alması üçün pul göndərdiyini təsdiq etmiş, lakin heyvanların yemi olmadığı üçün həmin pulu, iddiaçının razılığı ilə heyvanlar üçün yemə xərclədiyini bildirmişdir. Cavabdehlər tərəfindən dəvət edilmiş şahidlər cavabdehlərin əvvəldən camışları olduğunu da təsdiq etmişlər. Bu hal iş materiallarına əlavə edilmiş Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Ərəbmehdibəy kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da öz əksini tapmışdır. Belə ki, qeyd edilən arayışda Cavabdeh1 təsərrüfatında xx.xx.2021-ci il tarixə 2 baş camışları və eyni zamanda xx.xx.2022-ci il tarixə də 2 baş camışları olduğunu təsdiq edilir. Bundan əlavə həmin arayışda 6 baş inəkləri, xx.xx.2022-ci il tarixə isə eyni sayda inəkləri ilə 78 baş qoyunlarının olması qeyd edilmişdir. Cavabdeh2 izahatında iddiaçının ümumilikdə 87 baş xırdabuynuzlu heyvan aldığını, ölümcül olan heyvanları iddiaçının öz razılığı ilə sataraq yem aldığını, 69 baş heyvanın qaldığını bildirmişdir. İddiaçının kəndə gətirdiyi itin qidalanmasını təmin etmədiyi üçün saxlaya bilmədiyindən iddiaçının razılığı ilə çoban iti ilə dəyişdini qeyd etmişdir. İddiaçı ona 1400 manat pul verdiyini də etiraf edərək həmin pula arpa və ot aldığını, tələb edilən arı pətəyinin və kameraların hazırda həyətdə olduğunu qeyd etmişdir. Tövlənin tikintisi ilə bağlı 6185 manat tələb edilsədə, həmin məbləğ ekspert rəyi ilə 5797,7 manat müəyyən edilmişdir. Lakin Cavabdeh1 iddiaçının tövlənin tikintisinə 30 şifer aldığını, ***-**** manat pul xərclədiyini, usta, fəhlə və digər pulları isə ödəmədiyini qeyd etmişdir. Göründüyü kimi tövlə cavabdehlərin iradəsindən asılı olaraq yanmamış, baş vermiş hadisə ilə əlaqədar yanmışdır. İş materiallarında olan kart hesabına köçürmələrlə iddiaçı tərəfindən Cavabdeh2 adına olan kart hesabına müxtəlif vaxtlarda, müxtəlif pul məbləğləri köçürülməsi müəyyən edilmişdir. Lakin həmin məbləğlərin tövlənin tikintisinə sərf olunması barədə iş materiallarında hər hansı sübut yoxdur. Cavabdeh2 ona heyvan alınması üçün iddiaçı tərəfindən nağd və hesabına pul köçürüldüyünü, həmin pula da heyvan və onların qidalanması üçün yem aldığını etiraf etmişdir. İddiaçının qarşı tərəfin imzası olmadan qeyd edilmiş yazıların həqiqət olub-olmamasını təsdiq edən də hər hansı sübut təqdim edilməmişdir. Avtomaşına çəkilən 250 manat xərclə bağlı isə ümumiyyətlə iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Bundan başqa Cavabdeh3 2000 manat pulun verilməsi ilə bağlı isə cavabdeh tərəf iddiaçının həyətində mühafizə kimi işlədiyini və bunun müqabilində gördüyü işlərə görə iddiaçının ona 1700 manat pul veridiyini bildirmiş, eyni zamanda verməli olduğu əmək haqqının əvəzində isə kənddə torpaq almağı sözü verdiyini, buna görə hazıradək əmək haqqı tələbi ilə bağlı iddiaçıya qarşı tələb irəli sürmədiyini bildirmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq cavabdeh X9 2000 manat məbləğində pulun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tövlənin tikintisi üçün verilmiş 6185 manat və avtomaşınının təmiri üçün verilmiş 250 manat məbləğində pulun, 2400 manat dəyərində 3 baş iribuynuzlu camış heyvanların (1 ana, 2 bala), 1000 manat dəyərində 1 ədəd it heyvanı (Qurdbasan cinsli) və 1200 manat dəyərində 1 ədəd at heyvanının və ya onların dəyərinin alınıb ona verilməsi, cavabdehlərin sağlam heyvanların əvəzinə xəstə heyvanları təhvil vermələri nəticəsində ona dəymiş 3000 manat məbləğində maddi zərərin və cavabdehlərin hərərkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun alınmasını tələb etsədə, lakin həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-nin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, İddiaçı cаvаbdеhlərə qаrşı “pul, maddi və mənəvi ziyan” tələbini irəli sürsədə həmin halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onlara vurulmuş maddi ziyanın cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində əmələ gəlməsinə dair sübut edən hər-hansı bir tutarlı sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun tutulması ilə bağlı hissəsi təmin edilməməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı 19395 manat iddia ilə üzrə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 148,18 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 148,18 manat dövlət rüsumunun 147,42 manatı iddiaçıya, 0,76 manatı cavabdehə aid edilməlidir. Bundan başqa ekspert rəyindən göründüyü kimi ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 49,74 manatı iddiaçıya, 0,26 manat cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 manat dəyərində 2 arı pətəyi və dövlət rüsumu olaraq ödənilmiş 0,76 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 147,42 manatı iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaitinin 49,74 manatı İddiaçı, 0,26 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 manat dəyərində 2 arı pətəyi və dövlət rüsumu olaraq ödənilmiş 0,76 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 147,42 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaitinin 49,74 manatı İddiaçı, 0,26 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar