Məhkəmə qərarları › İş №2(016)-29/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-29/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-29/2025 17.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə İddiaçı İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondunun Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondunun Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Fonda vurulmuş 2773,92 manat məbləğində maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47,74 manat dövlət rüsumunun cavabdehdən tutularaq Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Ağsu rayonu, Cəlayir kəndi ərazisində Cavabdeh idarə etdiyi “VAZ 2107’’ markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra - Fond) balansında olan “Toyota Corolla” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Ağsu Rayon Polis Şöbəsi tərəfindən verilən arayışa və inzibati xəta üzrə iş materiallarına əlavə olunmuş Cavabdeh izahatına əsasən nəqliyyat hadisəsinin onun təqsiri nəticəsində törədilməsi təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixdə “Toyota Corolla” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi aparılmış və Fonda 2773,92 (iki min yeddi yüz yetmiş üç manat, 92 qəpik) manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Əlavə olaraq qeyd edirlər ki, inzibati xəta üzrə araşdırma aparılarkən “VAZ 2107" markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının olmadığı aşkar olunmuşdur. Beləliklə, hesab edirlər ki, Fondun balansında olan sözügedən avtomobilə dəymiş ziyan Cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddianı qəbul etdiyini, tələbin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Vurulmuş maddi ziyanın ödənilməsi haqqında 02 may 2024-cü il tarixli, № 3-21-8/2- 1147/2024 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh tərəfindən Fonda vurulmuş 2773,92 manat məbləğində maddi ziyan 10 hün ərzində məktuba əlavə olunan bank hesabına ödənilməsi xahiş edilmişdir. Bu müddət ərzində maddi ziyanı dəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - Nəqliyyat vasitələrinin zədələnməsi barədə №76 nömrəli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 1:55-də Ağsu rayonu, Cəlayir kənd yolunda baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Toyota Corolla” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildə qeyd olunan xarici əzintilər: ön bamper, ön sağ fara, ön kapot. - Toyota "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən AQ21259 nömrəli qiymətləndirmədən görünür ki, “Toyota Corolla” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2773,92 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 47,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8553 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında X1” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən Toyota ehtiyat hissələri mağazalar şəbəkəsində olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Toyota Corolla” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2773 manat müəyyən edilir. - İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişaf Fondunun məktubundan görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondunun adı dəyişdirilərək Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişaf Fondu kimi dəyişdirilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “VAZ 2107’’ markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə və həm də Cavabdeh tərəfindən idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan, vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan 52.1-ci maddəsinin tələbinə əsasən, sığorta hadisəsi avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması kimi qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göstərilən Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan “VAZ 2107’’ markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də iddiaçı İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişaf Fondunun idarə etdiyi avtomobilinə dəymiş ziyan bilavasitə Cavabdeh tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən iddiaçının idarə etdiyi avtmobilinə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçı İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişaf Fondunun idarə etdiyi avtomobili vurması, məhkəmə iclasında iddiaçının izahatı, cavabdehin inzibati xəta törətməsinə dair tərtib edilmiş protokolla və məhkəmə qərarı, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirildi. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə, yəni vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8553 saylı, xx.xx.2024-cü il tarixli rəyindən də aydın olur ki, “Toyota Corolla” markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 2773,92 manat məbləğində deyil, 2773 manat məbləğində müəyyən olumuşdur. Buna görə də iddianın avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddianın həmin hissəsi qismən təmin edilərək, cavabdehdən dəymiş ziyana görə 2773 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin iddianın 47,74 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2773 (iki min yeddi yüz yetmiş üç) manat məbləğində vurulmuş zərər əvəzi və 47,74 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişaf Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar