Məhkəmə qərarları › İş №2(016)-3/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-3/2025

10.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-3/2025 10.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “setka hasarın sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan ünvan 1ində yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına setka hasarın onun tərəfindən sökülməsini xahiş etmişdir İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə qonşusu Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində quraşdırılan fundamentdə inşaat işləri aparılmış, buna narazılığını bildirsə də qonşusu məhəl qoymamışdır. Daha sonra aralarında mübahisə olub, cavabdeh onun bədəninə müxtəlif zərbələr endirmiş, bununla bağlı o, DİNin 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Sonradan haqsız olaraq ona 300 manat cərimə yazmışlar. Həmin aparılan inşaat işləri - hasar sökmüşdür. Lakin xx.xx.2023cü il tarixində ona məxsus olan fundamentin üstündən setkadan hasar çəkib. Həmin setka hasar sökülməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində qeyd olunanları müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddiaçının torpaq sahəsi ilə onun torpaq sahəsi arasında setka var idi. İddiaçının oğlu ona demişdir ki, gəl bura daş hasar çəkək, hasardan 10 metr iddaçı hörmüş və bir müddət sonra hörgü dayanmışdır. İddiaçının oğlu ona demişdir ki, o, hörgünü davam etdirsin, özü də gələcək. Sonra da iddiaçı gəlib hörülmüş daş hasarı sökmüşdür. Orada olan beton bünövrənin bir hissəsi cavabdehin torpaq sahəsində yerləşir. O, göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN-476F, kod 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, X7, X10 və X8 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli 07 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, ünvan 1i ünvanında 0.08 ha torpa sahəsi və üzərində yerləşən ümumi sahəsi 149.10 kv.m olan fərdi yaşayış evindən 2/3 hissə fərdi yaşayış evi və 4/12 hissə torpaq sahəsi İddiaçı, 1/12 hissə torpaq sahəsi X3, 1/12 hissə torpaq sahəsi X15 və 1/3 hissə fərdi yaşayış evi və 6/12 hissə torpaq sahəsi X8 adına qeydə alınmışdır. - JN-475F, kod 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, X17, X18, X12, Cavabdeh və X9 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli 07 saylı qərarı ilə 0.09 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Ağsu rayonu Kalva kəndinə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-476F kod 40911018 saylı Şəhadətnaməyə əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin və JN-475F kod 40911018 nömrəli şəhadətnamə əsasında X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin naturada kv.m dəqiqliklə yerini müəyyən etmək mümkün deyildir. İddiaçı və cavabdehin naturada faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin koordinatları müəyyən edildi. ünvan 1inə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-476F kod 40911018 saylı Şəhadətnaməyə əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin və JN-475F kod 40911018 nömrəli Şəhadətnamə əsasında X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin naturada kv.m dəqiqliklə yerini müəyyən etmək mümkün olmadığından şəhadətnamələrə əsasən beton bünövrə və onun üzərində çəkilmiş setka çəpər kimə məxsus torpaq sahəsində yerləşməsini müəyyən etmək mümkün deyildir. Lakin beton bünövrə və onun üzərində çəkilmiş setka çəpər iddiaçı, İddiaçı verilmiş reyestr nömrəsi **********05-10301 və qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən olan torpaq sahəsindən kənarda yerləşir. Məlumat üçün bildiririk ki, JN-476F kod 40911018 saylı Şəhadətnaməyə əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsi naturada faktiki olaraq 0.0907 ha təşkil edir. JN-475F kod 40911018 nömrəli Şəhadətnamə əsasında X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsi naturada faktiki olaraq 0.0992 ha təşkil edir. JN-476F kod 40911018 saylı X1 mülkiyyətinə verilmiş torpaq sahəsinin yol tərəfdən eni 20 metr göstərilsə də faktiki eni 19.80 metrdir. JN-475F kod 40911018 nömrəli X2 mülkiyyətinə verilmiş torpaq sahəsinin yol tərəfdən eni (iddiaçıya bitişik hissədə) 20.55 metr göstərilsədə faktiki eni 21.40 metrdir. İş materiallarına əlavə olunmuş, İddiaçı verilmiş reyestr nömrəsi **********05-10301 və qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən olan torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları eynilik təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Ağsu rayonu Kalva kəndinə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-476F kod 40911018 saylı Şəhadətnaməyə əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin və JN-475F kod 40911018 nömrəli şəhadətnamə əsasında X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin naturada kv.m dəqiqliklə yerini müəyyən etmək mümkün deyildir. İddiaçı və cavabdehin naturada faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin koordinatları müəyyən edildi. ünvan 1inə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-476F kod 40911018 saylı Şəhadətnaməyə əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verillmiş 0,08 ha torpaq sahəsinin və JN-475F kod 40911018 nömrəli Şəhadətnamə əsasında X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin naturada kv.m dəqiqliklə yerini müəyyən etmək mümkün olmadığından, şəhadətnamələrə əsasən beton bünövrə və onun üzərində çəkilmiş setka çəpər kimə məxsus torpaq sahəsində yerləşməsini müəyyən etmək mümkün deyildir. Lakin beton bünövrə və onun üzərində çəkilmiş setka çəpər İddiaçı verilmiş reyestr nömrəsi **********05-10301 və qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən olan torpaq sahəsindən kənarda yerləşir. JN-476F kod 40911018 saylı Şəhadətnaməyə əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsi naturada faktiki olaraq 0.0907 ha təşkil edir. JN-475F kod 40911016 nömrəli Şəhadətnamə əsasında X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsi naturada faktiki olaraq 0.0992 ha təşkil edir. JN-476F kod 40911018 saylı X1 mülkiyyətinə verilmiş torpaq sahəsinin yol tərəfdən eni 20 metr göstərilsə də faktiki eni 19.80 metrdir. JN-475F kod 40911018 nömrəli X2 mülkiyyətinə verilmiş torpaq sahəsinin yol tərəfdən eni (iddiaçıya bitişik hissədə) 20.55 metr göstərilsə də faktiki eni 21.40 metrdir. İş materiallarına əlavə olunmuş, İddiaçı verilmiş reyestr nömrəsi **********05-10301 və qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən olan torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları eynilik təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Ağsu rayonu Kalva kəndinə aid olan şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-476F kod 40911018 saylı “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə”yə əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin və JN-475F kod 40911018 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə” əsasında X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin naturada kv.m dəqiqliklə yerini müəyyən etmək mümkün deyildir. İddiaçı və cavabdehin naturada faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin koordinatları müəyyən edildi. ünvan 1inə aid “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə”lərlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-476F kod 40911018 saylı “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə”yə əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verillmiş 0,08 ha torpaq sahəsinin və JN-475F kod 40911018 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə” əsasında X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin naturada kv.m dəqiqliklə yerini müəyyən etmək mümkün olmadığından şəhadətnamələrə əsasən beton bünövrə və onun üzərində çəkilmiş setka çəpər kimə məxsus torpaq sahəsində yerləşməsini müəyyən etmək mümkün deyildir. Lakin beton bünövrə və onun üzərində çəkilmiş setka çəpər İddiaçı verilmiş reyestr nömrəsi **********05-10301 və qeydiyyat nömrəs ********** olan Çıxarışa əsasən olan torpaq sahəsindən kənarda yerləşir. JN-476F kod 40911018 saylı “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə”yə əsasən X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsi naturada faktiki olaraq 0.0907 ha təşkil edir. JN-475F kod 40911016 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə” əsasında X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsi naturada faktiki olaraq 0.0992 ha təşkil edir. JN-476F kod 40911018 saylı “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə”də X4 mülkiyyətinə verilmiş torpaq sahəsinin yol tərəfdən eni 20 metr göstərilsə də faktiki eni 19.80 metrdir. JN-475F kod 40911018 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə”də X13 mülkiyyətinə verilmiş torpaq sahəsinin yol tərəfdən eni (iddiaçıya bitişik hissədə) 20.55 metr göstərilsə də faktiki eni 21.40 metrdir. İş materiallarına əlavə olunmuş, İddiaçı verilmiş reyestr nömrəsi **********05- 10301 və qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən olan torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları eynilik təşkil edir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı verilmiş reyestr nömrəsi **********05-10301 və qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən olan torpaq sahəsinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları eynilik təşkil edir və beton bünövrə və onun üzərində çəkilmiş setka çəpər İddiaçı verilmiş torpaq sahəsindən kənarda yerləşir. Bu faktlar iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunur. Məhkəmə də ekspertizanın verdiyi rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmiş və buna görə də onun cavabdehə qarşı setka hasarın sökülməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Bununla bağlı məhkəmə vurğulayır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Bununla əlaqədar məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı sökülməsini tələb etdiyi setka hasarın onun mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Beləliklə, İddiaçı Cavabdeh qarşı “setka hasarın sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 311 manat məbləğində rüsum iddiaçıya aid olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “setka hasarın sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 311 manat məbləğində rüsum iddiaçıya aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, X5, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar