Məhkəmə qərarları › İş №2(016)-301/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-301/2023

17.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-301/2023 17.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh X3 iştirakı ilə, İddiaçı X2 cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh X4 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 3100 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Kürdəmir rayonun bazar ərazisində yerləşən fərdi sahibkar kimi “cehizlik mağazası” işlədir.Bildirir ki, Ağsu rayon Ərəbuşağı kənd sakini X6 xx.xx.2018-ci il tarixində 1794 nömrəli müqaviləyə əsasən 1 ədəd Svaki markalı televizor dəyəri 360 manat, 1 ədəd 228RND195 Svaki markalı Soyuducu dəyəri 420 manat, 1 ədəd yataq dəsi dəyəri 1200 manat, 1 ədəd qonaq dəsti dəyəri 1080 manat, stul düz ayaq/074 6 ədəd dəyəri (1 ədəd 35 manat) ümumilikdə 210 manat, divan künc 1 ədəd dəyəri 460 manat, bufik 1 ədəd dəyəri 50 manat, mətbəx dəsti “selen 1400” 1 ədəd dəyəri 400 manat, 1 ədəd döşək blok dəyəri 100 manat,1 ədəd vintiliator/130 dəyəri 45 manat, 1 ədəd paltar yuyan Svaki 8k d117 markalı dəyəri 250 manat ümumilikdə 4575 manat olan aylıq ödəniş şərti ilə cehiz əşyaları götürmüşdür. Ümumi 4575 manat borcdan 1475 manat cəmi ödəniş etmişdir qalan 3100 manat borcu uzun müddət keçməsinə baxmayaraq o,borcu qaytarmamışdır.Borcu olmasını boynuna alsa da ödəniş etmir. İddiaçı X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında iddia tələbinə etiraz etmədi izahatında göstərdi ki, hal hazıradək 1475 manat ödəniş etmişdir. Qalan borcu ödəməkdən boyun qaçırmır. İmkanı olmadığı üçün borcundan verə bilmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2018-ci il tarixli 1794 nömrəli sənəddən görünür ki, Ağsu rayon Ərəbuşağı kənd sakini X6 1 ədəd Svaki markalı televizor dəyəri 360 manat, 1 ədəd 228RND195 Svaki markalı Soyuducu dəyəri 420 manat, 1 ədəd yataq dəsi dəyəri 1200 manat, 1 ədəd qonaq dəsti dəyəri 1080 manat, stul düz ayaq/074 6 ədəd dəyəri (1 ədəd 35 manat) ümumilikdə 210 manat, divan künc 1 ədəd dəyəri 460 manat, bufik 1 ədəd dəyəri 50 manat, mətbəx dəsti “selen 1400” 1 ədəd dəyəri 400 manat, 1 ədəd döşək blok dəyəri 100 manat, 1 ədəd vintiliator/130 dəyəri 45 manat, 1 ədəd paltar yuyan Svaki 8k d117 markalı dəyəri 250 manat ümumilikdə 4575 manat olan aylıq ödəniş şərti ilə cehiz əşyaları götürmüşdür. Ümumi 4575 manat borcdan 1475 manat cəmi ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh xx.xx.2018-ci il tarixdə ümumilikdə dəyəri 4575 manat olan cehiz əşyalarını aylıq ödəniş etmək şərti ilə götürmüşdür. Hazıradək ümumi 4575 manat borcdan 1475 manat cəmi ödəniş etmiş, 3100 manat borcu qalmış, üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Hazırda iddiaçı qalan 3100 manat pulu tələb edir, cavabdeh isə qeyd olunan borcu etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı cavabdeh X6 izahatında iddia tələbini etiraf edib qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh X6 iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh X3 iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 iddiaçı X2 xeyrinə 3100 manat pul tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 iddiaçı X2 xeyrinə 3100 manat pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar