Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-31/2023 23.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X2, Cavabdehlər X9 və X5 iştirakları ilə, İddiaçı X2 cavabdehlər X9, X8 və X6 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus mülkiyyətində olan evində apardığı tikintiyə maneçiliyin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, atasından onun mülkiyyətinə verilmiş **********05-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə fərdi yaşayış evində atasıyla birgə qalır. Atası yaşına görə səhhətində problemləri olduğu üçün o, övladlıq borcunu yerinə yetirərək atasına qulluq edir. O, yaşadıqları evdə abadlıq işləri apararaq hasar çəkmək istəmiş qonşuları X9, X8 və X7 onunla mübahisəyə başlamışlar və həmin hasarı çəkməyə maneçilik törədirlər. Bununla bağlı hüquq-mühafizə orqanlarına və başqa dövlət qurumlarına müraciət etsə də, ona heç bir köməklik göstərilməmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında çıxış edərək göstərdi ki, iddiaçı torpağı satarkən onlara məxsus torpaq sahəsini də öz torpağı kimi göstərmişdir. Buna görə də torpağı alan şəxs hal-hazırda onu da iddiaçıdan tələb edir. Onlar iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh X8 S.Məmmədovun dediklərini müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsasızdır. Buna görə də, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş JN-279A, Kod-40900018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, X9, X8 və X4 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.14 ha torpaq sahəsi verilmişdir. İş materiallarından olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Ağsu rayonunun Gəgəli kəndində yerləşən ümumi sahəsi 122.90 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. İş materiallarında olan “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin M/54 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ********** nömrəli çıxarış əsasında X2 mülkiyyətinə verilmiş Ağsu rayonu, Gəgəli kəndi ərazisində yerləşən 0.1504 ha torpaq sahəsi ilə JN-279A kod 40900018 nömrəli Dövlət aktı əsasında X9, X8 və X4 mülkiyyətinə verilmiş Ağsu rayonu, Gəgəli kəndi ərazisində yerləşən 0.14 ha torpaq sahələri üst-üstə düşmür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, JN-279A, Kod-40900018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X9 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsi ilə ********** nömrəli çıxarış əsasında X2 mülkiyyətinə verilmiş 0.1504 ha torpaq sahəsi üst-üstə düşmür. X2 mülkiyyətinə verilmiş 0.1504 ha torpaq sahəsinə cavabdehlər tərəfindən hər hansı bir müdaxilənin olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi sübut edilmədiyindən, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, ekspertizanın dəyəri olan 300 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin VÖEN: **********, AZ37NABZ******************** hesabına ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı X2 cavabdehlər X9, X8 və X6 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin VÖEN: **********, AZ37NABZ******************** hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-31/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-31/2023
23.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver