Məhkəmə qərarları › İş №2(016)-340/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-340/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-340/2023 17.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Həsənov Ruslan Qüdrət oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Həsənov Ruslan Qüdrət oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Həsənov Ruslan Qüdrət oğlundan 18786,44 manat məbləğində əsas borc və 2215,05 manat faiz borcu olmaqla, cəmi 21001,49 manat borcun və 153,41 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə borcalan Həsənov Ruslan Qüdrət oğlu arasında bağlanmış 15 fevral 2022 il tarixli, 101804-295165/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 20,5% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə- hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 06 fevral 2023cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 18786,44 manat məbləğində əsas borc və 2215,05 manat faiz borcu olmaqla, ümumilikdə 21001,49 manat məbləğində kredit borcu yaranmışdır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Həsənov Ruslan Qüdrət oğlu arasında bağlanmış 15 fevral 2022 il tarixli, 101804-295165/2 saylı “kredit müqaviləsi”ndən görünür ki, cavabdehə illik 20,5% hesablanması şərti ilə 60 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Həsənov Ruslan Qüdrət oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Həsənov Ruslan Qüdrət oğlunun xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 21001,49 AZN borcu vardır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Həsənov Ruslan Qüdrət oğluna Bank qarşısında olan 19499,68 manat məbləğində borcu 7 iş günü müddətində ödənilməsi təklif olunmuşdur, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 153,41 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 fevral 2022 il tarixli, 101804-295165/2 saylı “kredit müqaviləsi”nə əsasən cavabdehə illik 20,5% hesablanması şərti ilə 60 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Həsənov Ruslan Qüdrət oğlu kredit borcunu kredit müqaviləsində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Həsənov Ruslan Qüdrət oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 18786,44 manat məbləğində əsas borc, 2215,05 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 21001,49 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 153,41 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Həsənov Ruslan Qüdrət oğlu arasında bağlanmış 15 fevral 2022 il tarixli, 101804-295165/2 saylı “kredit müqaviləsi"nə əsasən 18786,44 manat məbləğində əsas borc, 2215,05 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 21001,49 manat pul məbləği, həmçinin 153,41manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh Həsənov Ruslan Qüdrət oğlundan tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar