Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-342/2024 06.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 5.720 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olsa da, Ağsu şəhəri, S.Vurğun küçəsində yaşayır. Ailəli deyil, heç bir yerdən gəliri yoxdur, dövlət tərəfindən təyin olunmuş pensiya ilə dolanır. Uzun müddətdir ki, ayaqlarında olan xəstəliyi ilə bağlı aldığı sosial müavinətdən pul yığaraq ayaqlarının əməliyyatına saxlamışdır. Qohumu olan cavabdeh evinə gələrək və ailəsində olan maddi cəhətdən problemlərlə bağlı borc pul istəmişdir. Cavabdeh tərəfindən yazılmış əlyazmadan görünür ki, Elnur dəfələrlə ondan pul istəmiş və həmin aldığı məbləğlər onun tərəfindən ərizədə əl yazma ilə şəxsən özü qeyd edib. Ümumilikdə Elnur ondan 5.720 manat borc pul almış, qaytarmaqdan imtina etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddiaçı onun qohumudur. O, İddiaçı müxtəlif vaxtlarda 2 dəfə 500 manat, 4 dəfə 100 manat, 2 dəfə 400 manat, 2 dəfə 40 manat, 1 dəfə 300 manat, 2 dəfə 50 manat pul almışdır. Bundan əlavə, iddiaçı bankdan xx.xx.2018-ci il tarixdə kredit götürərək ona 1.880 manat vermişdir. Onun iddiaçıya 4.560 manat borcu var. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş matereallarından olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, Bank tərəfindən İddiaçı 1.880 manat məbləğində kredit verilmişdir. Məhəkəmə iclasında müəyyən edildi ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, qohumu Cavabdeh 5.720 manat məbləğində borc pul vermiş, o, isə borcu verməkdən imtina edir. Cavabdeh iddia tələbini qismən etiraf edərək İddiaçı müxtəlif vaxtlarda 2 dəfə 500 manat, 4 dəfə 100 manat, 2 dəfə 400 manat, 2 dəfə 40 manat, 1 dəfə 300 manat, 2 dəfə 50 manat və 1.880 manat pul aldığını, onun iddiaçıya cəmi 4.560 manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qisməm təmin edilsin. Cavabdeh 4.560 (dörd min beş yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-342/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-342/2024
06.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver