Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-348/2023 19.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1000 manat pulunun və 35 manat dövlət rüsumu əvəzinin tutularaq iddiaçı X4 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sinif yoldaşı olan cavabdeh X5 18 iyun 2022-ci il tarixdə bacısının evində mətbəxt mebeli yığmaq üçün mebelin ölçülərin götürdü və qısa müddət ərzində mebeli düzəldib yerinə qurşdıracaqdı. Mebelin ölçülərini götürdükdən sonra mebelin 2000 manat xərci olduğunu dedi və bacısıgillə məsləhətlişdikdən sonra həmin qiymətlə razılaşdı və işə başlamasını xahiş etdi. Cavabdeh həyətdən çıxanda material almaq üçün 1000 manat pul istədi. Bacısıgilə deyib göndərdikləri vaxt verəcəyini bildirdi. Bacısına zəng vurub bu haqda bildirdi, bacısı həmin məbləği verməyini bildirid. Cavabdehə zəng vuranda Bakı şəhərində olduğunu, amma dediyi bank kartına pulu atmağını bildirdi. Kartı ona atdıqdan sonra 19 iyun 2022-ci il tarixdə cavabdehin hesab kartına 2000 manat pul atdı. Cavabdehin dediyi vaxt çatsa da, lakin mətbəxt mebeli gəlmədi və zəng vurub soruşduqda narahat olmamağını “az qalıb yekunlaşıdıram gətirib quraşdıracağam” deyib bir müddət bu qayda ilə hər dəfə onu aldatdı. 03 yanvar 2023-cü il tarixdə Ağsu rayon Polis Şöbəsinə rəsmi müraciət etdi və ona 28 yanvar 2023-cü il tarixdə rəsmi olaraq mülki məsələ ilə bağlı ona məhkəmədə iddia qaldırmaq hüquqları izah edildi. Məhkəmə iclasında iddiaçı X6 işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, məhkəmədə iddia tələbini müdafiə edərək cavabdehdən 1000 manat pulunun və 35 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində səhvən qeyd etmişdir ki, “19 iyun 2022-ci il tarixdə cavabdehin hesab kartına 2000 manat pul atdı”. İddia ərizəsində qeyd olunan məbləğ 2000 manat yox, 1000 manat olmalı idi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. MPM-in 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Ağsu Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon Polis Şöbəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3- 13-64/2-H-xx/xx/2023 saylı məktubdan görünür ki, müraciət Polis şöbəsində baxılmış, mülki məsələ olduğu üçün C.Xəlilovun ona olan 1010 manat borcunun qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. - Mobil telefonla olan proqram vasitəsilə ********** qəbz nömrəli pul köçürməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15.33-də 416973******4477 olan kart hesabından 409858******8314 olan kart hesabına 1000 manat ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zaur Rəhimov bacısının evinə mətbəx mebeli düzəltmək üçün cavabdeh Cəsarət Xəlilov ilə 2000 manata razılığa gəlmişdir. Cavabdehin xahişi ilə xx.xx.2022-ci il tarixdə onun verdiyi kart hesabına 1000 manat pul köçürmüşdür. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldadaraq üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 iddiaçı X3 xeyrinə 1000 manat və dövlət rüsumu olaraq ödənilmiş 35 manat məbləğində vəsait tutulmalıdır. MPM-nin; 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 iddiaçı X3 xeyrinə 1000 manat və dövlət rüsumu olaraq ödənilmiş 35 manat məbləğində vəsait tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Ağsu Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-348/2023
Ağsu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(016)-348/2023
19.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver