Məhkəmə qərarları › İş №2(016)-35/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-35/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-35/2023 20.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi X3, Cavabdeh X8 oğlunun iştirakları ilə, İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdeh X8 oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB cavabdeh X8 oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 9205,06 manat məbləğində əsas borc, 2235,58 manat məbləğində faiz borcu, 3405,41 manat məbləğində cərimə borcu, ümumilikdə isə 14846,05 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 09 iyun 2015-ci il tarixində X4 Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 10000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Bank ilə İ.Q.Şiralıyev arasında 09 iyun 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/11779/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən İ.Q.Şiralıyevə illik 24 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs İ.Q.Şiralıyev öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun 26 yanvar 2017-ci il tarixinə Banka 9205,06 manat məbləğində əsas borc, 2235,58 manat məbləğində faiz borcu, 3405,41 manat məbləğində cərimə borcu ümumilikdə isə 14846,05 manat məbləğində borcu qalmışdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(016)-770/2017 nömrəli məhkəmə əmri ilə borclu X1 Ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə 9205,06 manat məbləğində əsas borc, 2235,58 manat məbləğində faiz borcu, 3405,41 manat məbləğində cərimə borcu, ümumilikdə isə 14846,05 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Cavabdeh X8 oğlu məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-770/2017 nömrəli qərardadı ilə xx.xx.2017-ci il tarixli məhkəmə əmri ləğv edilərək iddia icraatına keçirilmişdir. İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh X8 oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, bankdan götürdüyü kredit borcunu 6 ay ödəmişdir. Sonradan bank bağlanmış və borcu hara ödəməli olduğunu bilməmiş, bundan sonra ailə vəziyyəti ilə bağlı ödəniş edə bilmədi. Onun borcu barədə nə ünvanına, nə də iş yerinə bildiriş gəlməmişdir. Sonradan bank tərəfindən məhkəməyə verildiyini öyrənmişdir. Bankın ofisinə yaxınlaşıb hər ay borcundan 200 manat ödəniş etməsilə bağlı razlaşmağa çalışsa da alınmamışdır. Hazırda yoldaşı ilə boşanır. Aylıq aliment ödəyir. Bundan başqa digər banka olan kreditindən 421 manat ödəniş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ləğv prosesində olan QSC "xxxx" KB ilə X8 oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/110779/15 saylı “krediti müqaviləsi”ndən görünür ki, cavabdehə illik 24% hesablanması şərti ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. X8 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Ləğv prosesində olan QSC "xxxx" KB-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, X8 oğlunun xx.xx.2017-ci il tarixə Ləğv prosesində olan QSC "xxxx" KB-yə 14846,05 manat borcu vardır. - Ləğv prosesində olan QSC "xxxx" KB-nin xx.xx.2017-ci il tarixli pretenziya məktubundan görünür ki, X8 oğluna Bank qarşısında olan 14846,05 manat məbləğində borcu 3 iş günü müddətində ödənilməsi təklif olunmuşdur, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən xx.xx.2016-cı il tarixdə 20 manat dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4498/2016 nömrəli qərarından görünür ki, QSC "xxxx" KB müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu QSC "xxxx" KB -nin ləğvedicisi təyin edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8462 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X8 oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, 1xx/xx/110779/15 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə X2 banka olan borcu xx.xx.2017-ci il tarixədək əsas borc üzrə 9239,08 manat, faiz borcu üzrə 3104,33 manat və xx.xx.2019-cu il tarixədək əsas borc üzrə 9239,08 manat, faiz borcu üzrə 7717,71 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB ilə cavabdeh X8 oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/110779/15 saylı “krediti müqaviləsi”nə əsasən cavabdehə illik 24% hesablanması şərti ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq həmçinin hesab edir ki, 3405,41 manat miqdarında cərimə pulu 9205,06 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 300 manat saxlanılmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X8 oğlundan iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə 9205,06 manat məbləğində əsas borc, 2235,58 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə borcu, ümumilikdə isə 11740,64 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ləğv prosesində olan QSC "xxxx" KB ilə X8 oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/110779/15 saylı “krediti müqaviləsi"nə əsasən 9205,06 manat məbləğində əsas borc, 2235,58 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə borcu, ümumilikdə isə 11740,64 manat məbləğində pul vəsaiti, həmçinin 20 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh X8 oğlundan tutularaq iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti X8 oğlundan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar