Məhkəmə qərarları › İş №2(016)-352/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-352/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-352/2023 15.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi ilə İclas katibi X1 İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X3 oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********49 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 2260,37 AZN, faiz borcu üzrə 81,97 AZN olmaqla, cəmi 2342,34 tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 43,43 AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müştəri Xidməti Departamenti ilə X3 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********49 saylı kredit müqaviləsinə əsasən X3 oğluna elektron təsdiq vasitəsilə (OTP kod) illik 24 ay müddətinə 19 faiz dərəcəsiylə 3000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən xx.xx.2021-ci il tarixli BPM**********49 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2023-ci il tarixinə cavabdehin əsas borc üzrə 2260,37 AZN, faiz borcu üzrə 81,97 AZN olmaqla, cəmi 2342,34 AZN borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 43,43 AZN dövlət rüsumu və 0,40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə X3 oğluna xx.xx.2022-ci il tarixində 22-20279/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdeh X3 oğlu ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən cavabdehə 19 faiz dərəcəsi ilə 3000 AZN kredit verilmişdir. Cavabdeh sonradan kredit müqaviləsinin şərtlərinə əməl etməmişdir. Belə ki, cavabdehə kreditin vaxtında ödənməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə X3 oğlu arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********49 saylı Kredit və Bank hesabı müqaviləsindən görünür ki, bank tərəfindən X3 oğluna elektron təsdiq vasitəsilə (OTP kod) illik 24 ay müddətinə 19 faiz dərcəsiylə 3000 AZN məbləğində kredit verilmişdir. X3 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" ASC ilə X3 oğlu arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********49 saylı Bank hesabının açılması və xidmət göstərilməsinə dair müqavilədən görünür ki, "xxxx" ASC tərəfindən X3 oğluna Bank hesabı açılmış və xidmət göstərilmişdir. - Onlayn kreditin rəsmiləşdirilməsinə dair Arayışdan görünür ki, X3 oğlunun mobil nömrəsinə (**********36) kredit şərtləri, ona rəy bildirilməsi, təsdiqi üçün kodun göndərilməsi və kreditin əmək haqqı kartına köçürülməsinə dair SMS göndərilmiş və yekun nəticədə cavabdehin mobil nömrəsinə həmin SMS-lər çatmışdır. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 oğlunun xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə ödənilməmiş əsas borc 2260,37 AZN, cəmi ödənilməmiş faiz 81,97 AZN, cəmi 2342,34 borcu vardır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, X3 oğluna Bank qarşısında olan gecikdirilmiş xx.xx.2022-ci il tarixinə 2260,34 manat məbləğində borcu 5 iş günü müddətində ödənilməsi təklif olunmuşdur, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 43,43 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə X3 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********49 saylı kredit müqaviləsinə əsasən X3 oğluna elektron təsdiq vasitəsilə (OTP kod) illik 24 ay müddətinə 19 faiz dərcəsiylə 3000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh X3 oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********49 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 2260,37 AZN, faiz borcu üzrə 81,97 AZN olmaqla, cəmi 2342,34 AZN tutulmalı, həmçinin iddia ərizəsi üçün ödənilmiş 43,43 AZN dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh X3 oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********49 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 2260,37 AZN, faiz borcu üzrə 81,97 AZN olmaqla, cəmi 2342,34 AZN tutulsun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 43,43 AZN dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar