Məhkəmə qərarları › İş №2(016)-396/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-396/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-396/2023 26.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********02038 X7 9S markalı telefon üçün ondan 124 manat ödənilməmiş hissə, 12 manat cərimə, ümumilikdə 136 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********02038 X7 9S markalı telefon almış və nəticədə 136 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Maliyyə və Ödəniş Cədvəllərindən görünür ki, X2 xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi 136 manat ödənilməmiş borcu vardır. - "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22105415 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, X4 "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödəniş 3,4 manat olmaqla 723,4 manat məbləğində İMEİ Kodu **********02038 X7 9S markalı telefonu tam qüsursuz halda əldə etmiş və həmin məbləği aylıq 60 manat olmaqla 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlığının surətindən görünür ki, cavabdeh X4 qısa müddət ərzində borcunu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ilə xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 3,4 manat olmaqla 723,4 manat məbləğində X7 9S markalı telefonu tam qüsursuz 12 ay müddətinə aylıq 60 manat ödəmək şərtilə almışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********02038 X7 9S markalı telefon üçün ondan 124 manat ödənilməmiş hissə, 12 manat cərimə, ümumilikdə 136 manat və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********02038 X7 9S markalı telefon üçün ondan 124 manat ödənilməmiş hissə, 12 manat cərimə, ümumilikdə 136 manat və 30 manat ödənilmiş ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar