Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-420/2023 04.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********95680 SAMSUNG GALAXY A22 markalı telefon üçün 490,92 manat ödənilməmiş hissə, 49 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********68287 SAMSUNG GALAXY A12 markalı telefon üçün 402,9 manat ödənilməmiş hissə, 40,18 manat cərimə, ümumilikdə 983 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********95680 SAMSUNG GALAXY A22 markalı telefon xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********68287 SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 983 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Maliyyə və Ödəniş Cədvəllərindən görünür ki, X2 xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə cəmi 983 manat ödənilməmiş borcu vardır. - "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə onlara əlavələrdən görünür ki, X4 "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 654,92 manat məbləğində İMEİ Kodu **********95680 SAMSUNG GALAXY A22 markalı telefonu və 847,44 manat məbləğində İMEİ Kodu **********68287 SAMSUNG GALAXY A12 markalı telefonu tam qüsursuz əldə etmiş və həmin məbləğləri müvafiq olaraq aylıq 46,78 manat və 70,62 manat olmaqla 14 və 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlığından görünür ki, cavabdeh X4 qısa müddət ərzində borcunu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən X4 "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 654,92 manat məbləğində SAMSUNG GALAXY A22 markalı telefonu və ilkin ödənişsiz 847,44 manat məbləğində SAMSUNG GALAXY A12 markalı telefonu tam qüsursuz əldə etmişdir. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********95680 SAMSUNG GALAXY A22 markalı telefon üçün 490,92 manat ödənilməmiş hissə, 49 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********68287 SAMSUNG GALAXY A12 markalı telefon üçün 402,9 manat ödənilməmiş hissə, 40,18 manat cərimə, ümumilikdə 983 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********95680 SAMSUNG GALAXY A22 markalı telefon üçün 490,92 manat ödənilməmiş hissə, 49 manat cərimə, xx.xx.2022ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********68287 SAMSUNG GALAXY A12 markalı telefon üçün 402,9 manat ödənilməmiş hissə, 40,18 manat cərimə, ümumilikdə 983 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(016)-420/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-420/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver