Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-427/2024 29.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin 2(016)-59/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş 100 manat sabit pul məbləğində aliment tutulmasının dəyişdirilməsini və cavabdehdən bir uşağa görə qazancın dörddə bir hissəsi aliment tutulmasını, uşağın əlavə xərclərdə iştirakına görə cavabdehdən hər ay əlavə olaraq 50 manat sabit pul şəklində ödəmə etməsi və tərəfindən ödənilmiş 50 manat ilkin mediasiya xərcinin cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə nikahı Ağsu Rayon Məhkəməsinin 2(016)-59/2015 saylı mülki işi üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahdan 13 aprel 2014-cü il tarixdə doğulmuş X1 yanında saxlanması və buna görə cavabdehdən hər ay 100 manat sabit pul şəklində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehin daimi iş yeri var, o, həm P.F.Mirzəyev adına 5 saylı Ağsu şəhər tam orta məktəbdə və həm də 1 saylı Ağsu şəhər tam orta məktəbində müəllim işləməklə hər ay üzrə aldığı məlumatlara görə cəmi 1.450 manat əmək haqqı alır. Bundan əlavə uşaq hazırlaşdırmaqla da əlavə gəlirləri vardır. Bu illər ərzində cavabdeh qeyd edilən midardan artıq heç vaxt əlavə ödəniş etməmiş və digər yardımlar da etməmişdir. Əlbətdə bu illər ərzində uşaq müəyyən vaxtlarda xəstələnmiş və müalicəsinə müəyyən dərəcədə pul sərf edilmişdir. O isə P.F.Mirzəyev adına 5 saylı Ağsu şəhər tam orta məktəbində müəllimə işləməklə aylıq əmək haqqı təxminən 235 manatdır. Məhkəməyə təqdim edilməsi üçün o və cavabdehin aylıq əmək haqqısı barədə tərəfindən X5 Təhsil idarəsinin rəhbərliyinə xx.xx.2024-cü il tarixdə sorğu göndərilmiş, cavabı yəqin ki, iş üzrə məhkəmə baxışınadək alınanacaqdır və alınan kimi məhkəməyə təqdim ediləcəkdir. Uşaq böyüdükcə qayğıları və xərcləri artır. Uşağın məktəbli geyim xərclərini, kitab-dəftər, qələm xərclərini, gündəlik geyim və gəzinti xərcləri uşağın ana babası ödəyir. Yusif 4-cü sinifdə oxumaqla əlaçı şagirddir, həmçinin Ağsu tədris məktəbində də oxuyur, tədris məktəbi üzrə ödənişlərini də ana babası edir. Bundan əlavə Yusif futbola dərin maraq göstərdiyindən Ağsu İdman stadionunda həmyaşıdları ilə məşqlərdə iştirak etməklə Şamaxı, İsmayıllı, Göycay, Ağdaş və Gəncə şəhərlərində yarışlarda iştirak etmişdir. Həmin yarışlarda iştirak etmə xərclərini də babası çəkmiş və çəkməkdə davam edir. Yusifin hərtərəfli inkişafına tərəflərindən tam diqqət və qayğı göstərilərək hər yaş dövrünə uyğun uşaq beşiyi, velosipedlər və hətta 350 manatlıq parklarda istifadə edilən və batareya ilə işlədilən uşaq “mersedes” maşını alınmışdır. Bütün əlavə xərcləri həmişə ana babası etmişdir. Göründüyü kimi, cavabdeh uzun müddətdir ki, yüksək əmək haqqı aldığı halda bunun çox cüzi hissəni uşağın saxlanmasına görə aliment ödəyir. Uşağın ata babası da cavabdehlə yaşamaqla TTY sahəsindən təqaüdə çıxaraq yüksək məbləğdə pensiya alır. Onun maddi vəziyyəti isə əvvəlki məhkəmə qətnaməsi çıxarılan vaxlardakı kimidir. Odur ki, alimentin dəyişdirilib əmək haqqının və digər gəlirlərinin dörddə bir hissədə ödətdirilməsini tələb edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 2(016)-59/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, aliment və əmlak” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Qubaxəlilli inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və 07 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra xx.xx.2014-cü il tarixdə anadan olan X1 iddiaçının yanında qalması, uşağın saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment və uşağın doğulduğu gündən il ərzində saxlanması üçün hər ay 20 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 13 aprel 2014-cü il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Ağsu şəhər 5 saylı tam orta məktəbdə işləməklə aylıq əməkhaqqı 217,35 manat təşkil edir. - Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh müəllim vəzifəsində işləməklə cəmi 1.384,11 manat əməkhaqqı alır. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 76.1 və 76.1.1.1-ci maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın tələbinə əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. AM-in 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən hər ay, aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə eyni zamanda tələbin “əlavə xərclərə görə hər ay 50 manat sabit pul şəklində ödəmə etməsi” tələbinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, iddiaçı uşağa çəkilən əlavə xərclərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2 maddəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1.000 manatdan 10.000 manatadək olduğundan, 49,52 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddia tələbinin 50 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 2(016)-59/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. 49,52 (qırx doqquz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-427/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-427/2024
29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver