Məhkəmə qərarları › İş №2(016)-468/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-468/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-468/2023 22.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdeh X1 oğluna qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdeh X1 oğluna qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 5680 AZN əsas məbləğ üzrə, 674,37 AZN faiz üzrə, 77,98 AZN cərimə, cəmi 6432,35 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 84,73 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 229nkİSML/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 23 ay müddətinə illik 18 % ödəmək şərtilə 5680 AZN məbləğində kredit verilmişdir. Cavabdeh Müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı Unibank” KB ASC məhkəməyə ərizə ilə müraciət edərək baxış iclaslarını iştirakları olmadan keçirərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" KB ASC ilə X1 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 229nkİSML/22 nömrəli Kredit müqaviləsindən görünür ki, bank tərəfindən X1 oğluna 23 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək illik 18% ödəmək şərtilə 5680 manat məbləğdə kredit verilmişdir. X1 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 oğlunun xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 6432,35 AZN borcu vardır. - "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, X1 oğluna Bank qarşısında olan gecikdirilmiş xx.xx.2022-ci il tarixinə 6094,19 manat məbləğində borcu 3 iş günü müddətində ödənilməsi təklif olunmuşdur, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" KB ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 84,73 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən X1 oğluna xx.xx.2024-cü il tarixinədək illik 18% ödəmək şərtilə 5680 manat məbləğdə kredit verilmişdir. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 oğlundan iddiaçı "xxxx" KB ASCnin xeyrinə 5680 AZN əsas məbləğ üzrə, 674,37 AZN faiz üzrə, 77,98 AZN cərimə, cəmi 6432,35 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 84,73 AZN məbləğində vəsait tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 oğlundan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5680 AZN əsas məbləğ üzrə, 674,37 AZN faiz üzrə, 77,98 AZN cərimə, cəmi 6432,35 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 84,73 AZN məbləğində vəsait tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar