Məhkəmə qərarları › İş №2(016)-481/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-481/2023

22.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-481/2023 22.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin cavabdeh X3 qarşı “pulun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən elektron nəzarət vasitəsinin dəyəri, yəni 2.277,40 manat məbəğində pulun alınaraq dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-367/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə idarənin icra məmuru məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuş və həmin tarixdə müvafiq protokol tərtib edilərək məhkum Z.Hüseynova “ATTENTİ” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun kabrosu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və başlığı təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixində məhkum Z.Hüseynov İdarəyə yaxınlaşmış, ona tətbiq olunmuş “ATTENTİ” markalı elektron nəzarət vasitəsinin enerji yığmadığını bildirmişdir. Məhkum Z.Hüseynova tətbiq edilmiş elektron nəzarət vasitəsi dəyişdirilmişdir. "xxxx" 13C tərəfindən daxil olmuş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən qurğuya texniki baxış keçirilərkən qurğunun yararsız olduğu müəyyən edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən mobil qurğunun dəyəri 2.277,40 manat təşkil edir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-367/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 həbsdə saxlanıldığı 2 (iki) ay 19 (on doqquz) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 5 (beş) ay 8 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış, və üzərində qəti olaraq ona 2 (iki) il, 3 (üç) ay, 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılmış, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, X2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. - “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, məhkum X2 yaşadığı evə 1 ədəd mobil nəzarət qurğusu quraşdırılmış, özünə 1 ədəd sadə elektron qolbaq tətbiq edilmiş, üzərində gəzdirilməsi zəruri hesab edilən mobil nəzarət qurğusu, həmçinin həmin avadanlıqların işlək vəziyyətdə olması üçün mobil qurğunun və elekton qolbağın enerji toplayıcı kabeli verilərək elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, eyni zamanda həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmişdir. - “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş şəxsə elektron nəzarət vasitəsinə baxış keçirilməsi və dəyişdirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X3 tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmişdir. Belə ki, məhkum saat 08:39-da mobil qurğunun fotosunu çəkərək göndərmiş qurğuda GPS üçün bayıra çıxan yazılmış bundan sonra qurğu sönmüşdür. Məhkum idarəyə yaxınlaşmış, mobil qurğunun enerji mənbəyinə qoşulduğu, enerji yığmadığı müəyyən olunmuş, bu səbəbdən ona tətbiq edilmiş elektron nəzarət vasitəsi yeni 35654625 saylı “ATTENTİ” markalı nəzarət vasitəsi ilə əvəz edilmişdir. - “Elektron nəzarət dəstinin vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli texniki rəydən görünür ki, nəzarət subyekti olan X3 təhkim olunmuş mobil qurğunun ana platasında korroziya müşahidə olunur, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi maliyyə və təminat idarəsinin Probasiya Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında həmin materialların dəyərlərinin nəzarət subyektlərindən tutulması, eyni zamanda mobil nəzarət qurğularının dəyəri xüsusi proqram təminatı ilə birlikdə 2.277,40 manatdır. Beləliklə, işin həqiqi halları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh X4 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-367/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 həbsdə saxlanıldığı 2 (iki) ay 19 (on doqquz) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 5 (beş) ay, 8 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq ona 2 (iki) il, 3 (üç) ay, 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılmış, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, X2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokola əsasən məhkum X2 yaşadığı evə 1 ədəd mobil nəzarət qurğusu quraşdırılmış, özünə 1 ədəd sadə elektron qolbaq tətbiq edilmiş, üzərində gəzdirilməsi zəruri hesab edilən mobil nəzarət qurğusu, həmçinin həmin avadanlıqların işlək vəziyyətdə olması üçün mobil qurğunun və elekton qolbağın enerji toplayıcı kabeli verilərək elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, eyni zamanda həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, protokol məhkum və icra məmuru tərəfindən imzalanmışdır. X3 təhkim olunmuş mobil qurğunun ana platasında korroziya müşahidə olunmuşdur, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Məhkəmə araşdırılması zamanı mobil nəzarət qurğularının dəyərinin xüsusi proqram təminatı ilə birlikdə 2.277,40 manat olması iş materiallarına əlavə edilmiş sənədlə müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən elektron nəzarət vasitəsi zədələnməklə iddiaçıya zərər vurulduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mobil nəzarət qurğusuna zərər məhz cavabdeh tərəfindən vurulduğundan, vurulmuş ziyan cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 2.277,40 manat məbləğində pul alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edənAnar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar