Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-5/2025 07.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X20 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 nümayəndəsi X8 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı – "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən cehizlik əşyalarından zədəli və yararsız hala salınaraq məcburi şəkildə onlara verilmiş: 1. Dəmiri ilə birgə taxt, şkaf, bir ədəd güzgülü termo, 2 ədəd tumbuçka və 1 ədəd kiçik tumbadan ibarət cəmi 2000 manat dəyərində yataq dəstinin 1500 manat təmir xərcini (taxtın baş tərəfindəki dəri örtüyü doğram-doğram edilmiş, arxa parçası doğranıb və sonradan tikilib, şkafın qabaq hissələrində soyulmuş və yarılmış vəziyyətdə, güzgülü termonun 4 daxılının qapağı doğranıb yarılmış, iki tumbuçkadan birinin iki qapağı, digərinin üst hissəsi yarılmış, kiçik tumbası isə verilməmişdir). 2. 500 manat dəyərində divan və iki ədəd kreslolun 350 manat təmir xərcini (üz dəriləri doğram-doğram edilmiş, maçalkaları kəsilərək çölə çıxıb), 3. iki ədəd stulların 150 manat təmir xərci (üz dəriləri kəsilərək doğranıb), 4. bir ədəd yemək stolunun 50 manat təmir xərcinin (üstünə bir ədəd üzun şızıq çəkilib), 5. üst örtüyü şüşədən olan bir ədəd jurnal masasının 100 manat dəyərini (üst örtüyünə dərin çızıq çəkilib, onun təmiri mümkün deyil), 6. 200 manat dəyərində olan bir ədəd sandığın 150 manat təmir xərcini (üstü kəsik-kəsik edilmiş, sonradan əllə kobud tikiş edilmiş), 7. bir ədəd matrasın 200 manat dəyərini (üstü çoxsaylı və böyük kəsiklər edilmiş və ləkələnərək tam yararsız hala salınmış və parçası dəyişilməlidir, ustanın deməyinə görə təmiri mümkün deyil), 8. təmiri mümkün olmayan taxtın 150 manat dəyəri (dəmiri əyilib yararsız hala düşmüş), 9. dörd ədəd “Tefal” qazan dəstinin 170 manat dəyəri (bir ədəd böyük qazanı verilməmiş, bir qazanı isə zədələnmişdir - dəst olmadığından yararsızdır). 10. bir ədəd iki mərtəbəli qaşıq dəstinin 100 manat dəyərini (alt mərtəbəsinin qaşıqları verilməmiş və dəst pozulmuşdur). 11. bir ədəd taxt örtüyü iki ədəd balışlığı ilə birgə 210 manat dəyərini (taxt örtüyünün üzləri çoxsaylı kəsiklər və sonra əllə tikilmiş vəziyyətdə, iki balışlığı isə verilməmişdir), 12. bir ədəd böyük, qara rəngli ədyalın 100 manat dəyərini (qıraqları kəsilmiş və iyrənc vəziyyətə salınaraq yararsız olmuşdur), 13. bir ədəd tək adamlıq ədyalın 50 manat dəyərini (qıraq hissələri kəsiərək yararsız və iyrənc vəziyyətə salınmış), 14. bir ədəd sintifon yorğanın 20 manat dəyərini (doğranmış iyrənc vəziyyətə salınmış), 15. bir ədəd taxt “posteli”nin 35 manat dəyərini (doğranıb yararsız hala salınmış), 16. qara-qırmızı pakrıvalın 9 manat dəyərini ( doğranmış, yararsız və iyrənc vəziyyətə salınmış), 17. cəmi 900 (doqquz yüz) manat dəyərində olan 3 ədəd döşək, 3 ədəd yorğan, 9 ədəd balış, 3 ədəd nimdərin (hamısının üzləri doğranaraq iyrənc və yararsız hala salınmış, 200 manatlıq yunu və balış tükündən bir hissəsi qalmış) 700 manatlıq dəyərini, 18. hər metrəsinin dəyəri 15 manatdan olan 17 metr pərdədən 8 metrəsi kəsildiyindən və verilmədiyindən 120 manatlıq ziyan hissəsi (bu əşyaları götürəndə yerində ölçmə işini aparmağa içraçılar imkan vermədilər, videodada bu görüntü əks olunmuşdur), 19. böyük qarışıq rəngli xalçanın 300 manatlıq dəyərini (iki yerdən yandırılmış halda yararsız halda, bunun təmiri mümkün deyildir). 20. kiçik xalçanın 180 manat dəyərini (işlədilərək iyrənc və çirkli hala salınıbmış və yararsız halda), 21. bir ədəd “Samsung” markalı tozsoranın 250 manat dəyərini ( səsi çıxsa da turbası kəsilimiş və tozu sormur, odur ki, yararsız hala salınmışdır), 22. bir ədəd ətçəkənin 170 manat qiymətini (naqili kəsilmiş, iç avadanlıqları götürülmüş, başqa naqil quraşdırılmışdır, o belə vəziyyətdə orada qoyub getməmişdir), 23. bir ədəd elektrik sobasının 90 manat dəyərini (hər iki ayaqları götürülmüş halda, üst hissəsi soyulub və çökdürülüb, çızıqlanıb, qabının biri köhnəsi ilə əvəz edilib tam dəyərini tələb edir), 24. bir ədəd çuğun qəfədanın 20 manat dəyərini (yandırılmış halda, yararsız vəziyyətdə olduğundan), 25. 20 manat dəyərində olan bir ədəd çaynik və qəfədan dəstindən sındırılmış çaynikinin 10 manat qiymətini, 26. bir ədəd elektriklə işləyən ədyalın 25 manat dəyərini (naqili kəsilib götürülmüş, həm də doğranıb yararsız hala salınmış), 27.bir ədəd şüşədən “dəvə” suvenerinin 50 manat dəyərini (hər tərəfi soyulmuş vəziyyətdə görkəmini itirmiş), 28. bir ədəd güldan və iki ədəd vaz dəstinin 200 manat dəyərini (güldanı verilməmiş, vazların isə üzərinin bəzəkləri soyulmuş - yararsız halda), 29. tək adamlıq pastel dəstinin 15 manatlıq dəyərini (doğranmış, tikilmiş, yararsız vəziyyətdə), 30. verilməyən bir ədəd ləpə çəkənin 10 manat dəyərini, 31. bir ədəd böyük çörəkqabının 15 manat dəyərini (deşilmiş halda, qapağı yoxdur - 15 manat ziyan pulunu tələb edir). 32. bir ədəd kauçuk vanna altının 15 manat dəyərini (iki yerdən deşildiyindən yararsız hala salınmışdır), umumi ziyanın təşkil edilən məbləğini 5524 (beş min beş yüz iyirmi dörd) manat həcmində bizə ödətdirilməsinə və ya əvvəlki vəziyyətə salınmasının mümkün olanlarının aparılıb tam bərpa edilərək qaytarılıb verilib ümümi məbləğdən çıxılmasına; 2. Sonradan müəyyən etdiyi verilməyən əmlaklar: 60 manatlıq iki ədəd ağ-qara vaz, 30 manat bir ədəd qızılı vaz, 100 manatlıq müxtəlif bəzəkli altı ədəd bakal dəsti, 40 manatlıq iyirmi dörd ədədli fincan-nəlbəki dəsti, 15 manatlıq ağ-qara üç mərtəbəli ləpə qabı, cəmi qiyməti 95 manat olan iyirmi bir ədəd dəsmal, 14 manatlıq bir ədəd taxt “pasteli”, 8 manatlıq bir ədəd tək adamlıq “prastina”, cəmi 148 manat dəyərində beş ədəd süfrələr, cəmi 12 manat on iki ədəd çay dəsmalı, 5 manat dəyərində on iki ədəd əl silən kiçik dəsmal, cəmi 800 manat dəyərində çay, naharlıq və kofe servizləri, 70 manat dəyərində şirəçəkən, 30 manatlıq mikser, 18 manatlıq elektriklə işləyən sac , 200 manatlıq iki ədəd xrustal meyvə vazı, 35 manatlıq bir ədəd böyük “tefal” aş qazanı, 25 manatlıq çuğundan soyuducu 5 ədəd qazan dəsti, 18 manatlıq böyük qapaqlı “tefal“ tava, 12 manatlıq “ tefal“ kiçik tava, 10 manatlıq bir dəst soyuducu kiçik qazanı, 40 manatlıq bir ədəd ağ-qırmızı qədimi serviz dəsti, 6 manatlıq paltar “şpilkaları”, 3 manatlıq bir ədəd rulon dəsmal, 40 manatlıq karniz, 40 manatlıq piletka, 35 manatlıq ütü masası, cəmi dəyəri 6 manat olan iki ədəd dəmir vedrə, 8 manatlıq bir ədəd kalçuk qapaqlı vedrə, 1 manatlıq bir ədəd su qabı, cəmi qiyməti 10 manat olan iki ədəd ayaqsız ləpə qabı, 30 manatlıq bir ədəd sadə qaşıq naboru, 6 manatlıq iki ədəd aş qaşığı, 4 manatlıq iki ədəd taxta qaşıq, 16 manatlıq iki ədəd tək-tək padnos, 4 manatlıq iki ədəd süfrəyə qoyulan çörək qabı, 14 manatlıq dörd ədəd müxtəlif rəngli mətbəx qabları, 15 manatlıq iki ədəd böyük padnos, 8 manatlıq on iki ədəd rozetka, 4 manatlıq altı ədəd limon qabı, 40 manatlıq şüşədən bir ədəd “tefaf” elektrik çayniki, 28 manatlıq iki ədəd tək adamlıq pastel dəsti, 65 manatlıq dəyərində bir ədəd taxt pasteli, 40 manatlıq dəyərində bir ədəd taxt pasteli, 20 manatlıq dəyərində taxt pasteli, 40 manatlıq dəyərində altı ədəd xurustal stəkan, 25 manatlıq dəyərində otuz ədəd sadə stəkan, 46 manatlıq otuz altı ədəd nəlbəki, 9 manatlıq üç ədəd tək-tək kofe fincanı , 25 manatlıq mətbəx, düyü, çay və qənd qabları, 20 manatlıq bir ədəd kartof yığılan qab, 8 manatlıq bir ədəd çaynik, 15 manatlıq bir ədəd çuğun tas, 5 manatlıq bir ədəd qapaqlı çörəkqabı, 10 manatlıq mətbəx taxtası, 10 manat bir ədəd qıymakeş, 12 manatlıq 12 ədəd şiş, 3 manatlıq bir ədəd kəfkir, 6 manatlıq iki ədəd qayçı, 30 manatlıq dəyərində altı metr pərdəaltı, ağ rəngli atlas parça, 6 manatlıq üç ədəd kauçuk qab, cəmi dəyərləri 2508 (iki min beş yez səkkiz) manat məbləğində pulunu və ya natura halında cehizlik əşyalarının qaytarılıb təhvil verilməsinə; 3. Ödədiyi 112 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən onlara ödətdirilməsinə; 4. Ağsu rayon Probasiya və İcra şöbəsinin əməkdaşları yararsız və zədəli cehizlik əşyalarını məcburən qəbul etdirdiklərinə görə onlara əlavə əziyyət, problemlər yaratdığlarına görə çəkdiyi 1000 (min) manat dəyərində maddi və mənəvi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh2 ilə xx.xx.2017-ci il tarixdə faktiki nikaha daxil olaraq həmin gün gəlin köçmüşdür. Cehizlik və geyim əşyaları isə gəlin köçmədən bir neçə gün əvvəl avtomobillə cavabdehin evinə daşınıb aparılmış və cehizlik əşyaları da cavabdehin yaşadığı şəxsi həyət evində onlara ayrılmış otaqlar el adəti ilə bəzəldilmişdir. Onu da göstərir ki, cavabdeh Seymur digər cavabdehlər olan anası Minarə və bacısı Ülviyyə ilə bir evdə yaşayırdılar. Gəlin köçmədən bir neçə gün əvvəl cehizlik əşyalarından mebel dəstlərini və bir sıra digər əşyalarını anası ilə birgə gedib Goranboy rayonundan çoxlarının gedib aldıqları mebel satışı yarmarkasından alıb gətirərək birbaşa cavabdehgilin evlərinə aparılıb yığılmışdır. Digər cehizlik əşyaları da gəlin köçmə ərəfəsində hissə-hissə Kürdəmir şəhərindən və digər yerlərdən alınıb gətirilmişdir. O evin cəmi beş ay gəlini olmuş, münasibətlər pozulduğundan evdə mübahisələr yarandığından anam evinə qayıtmalı olmuşdur. Bütün cehizlik və geyim əşyaları, həmçinin qızıl-zinət əşyaları cavabdehgildə qalmışdır. Uşaqları da olmamışdır. Münasibətlər düzəlmədiyindən əmlaklarının siyahısını göstərməklə qaytarılıb verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi ilə əmlaklarının naturada və ya dəyərlərinin alınaraq ona verilməsi qət edilmiş, geyim əşyaları qismində isə təmin edilməmişdir. Cavabdehlərin verdikləri apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi ilə qızıl-zinət iddiası qızıl-zinət əşyalarının verilməsi hissəsində ləğv edilmiş, iddianın həmin hissədə təmin edilməməsi, qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Tərəfindən Apellyasiya məhkəməsinin qəraraından Kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(102)-2705/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(107)- 2185/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qətnamə icraya yönəldilmiş, Cavabdeh1 Həsən adlı işçisi və anası ilə cehizlik əşyalarını qəbul etməyə gedərkən görmüşlər ki, bütün cehiz əşyaları qaldıqları evdən çıxarılaraq həyətdə digər köhnə evə yığılmış, kreslo, divanın dəri materialından olan örtükləri, şkaf, güzgülü termo və digər mebel ləvazimatları bıçaqla qəsdən kəsik-kəsik edilmiş, pərdələr kəsik-kəsik edilərək yararsız hala salınmış, kiçik tumba olmamış, həmçinin digər əmlakları da zədələnərək yarasız hala salınmışdır. Cehizlik əşyalarını həmin vəziyyətdə ora aparmadığından və 5 aylıq gəlinliyindən sonra ana evinə qayıdanda belə qoyub getmədiyindən həmin vəziyyətdə götürməkdən imtina edərək yalnız saf olan əşyalarını qəbul edib aparmağı, qalanının isə ya pulunu ödəməyi, ya da əvvəlki vəziyyətdə bərpa edib ona verilməsini tələb etdi, lakin icraçı şərt qoydu ki, necə olursa-olsun belə vəziyyətdə qəbul edib aparmasa “imtina” barədə sənədləşdirmə edəcəkdir və elə də etdi. Bundan sonra Baş Prokurorluğa icraçının hərəkətindən anası ilə şikayət etdilər ki, başsız qadındılar, xəstə anası Eminə illərlə pensiyasından toplağı pullarla və borcla aldığı cehizlik mebelləri və digər əşyaları qəsdən kəsik-kəsik edilməklə icraçı onlara məcbur edir ki, belə vəziyyətdə qəbul edib, sonra vurulmuş ziyanla əlaqədar iddia tələbi qaldırsınlar. Əşyaları normal vəziyyətdə qaytarılsaydı 2 min manata aldıqları mebeli aparıb 1700-1600 manata, digərlərini də müəyyən az qədər satardıq, başsız qadın kimi daşıyıb aparaq evimizə, təmiri üçün usta gətirək, sexə aparmaq xərci, təmir xərci onlar üçün əlavə problemlər yaradıb. Baş Prokurorluqdan bizi Ədliyyə Nzirliyinə göndərdilər və orada isə bizi qəbul edən şəxslər Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi ilə danışıb həmin ünvana göndərdilər. Nəhayət sonuncu yerdən də Ağsu rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil V.Səmədova ona kömək edilməsi üçün məktub göndərildi. Bundan sonra vəkil onun adından Şəki Apellyasiya məhkəməsinə işin yenidən icraya yönləndirilməsi barədə ərizə yazdı və ərizə təmin edildi. Bundan sonra Cavabdeh1 Həsən adlı işçisi əmlakların qəbul edilməsi üçün vaxt təyin etdi və oraya Rasif adlı digər icraçı, polis əməkdaşları, hətta vəkil V. Səmədov, özü, anası İddiaçı2 və Bakıdan gəlmiş xalası getməli oldular. İcracıİar bu dəfədə təkid etdilər ki, əksər cehizlik əşyalar zədəli olsa da hamısı yararlı sayılır, məhkəmə qətnaməsində göstərilən əşyalar, məsələn mebellər və digərləri qəbul edilib aparılmazsa, yenidən imtina barədə sənədləşdirmə aparılacaq və icra işinə xitam veriləcəkdir. İcraçıların təkidlərinə məcbur qalıb əmlaklarını götürməli oldu. Lakin evdən çıxarılıb avtomobilə daşındıqca əşyaların zədəli hissələrinin görüntülərini əks etdirən telefonda vidioçəkilişlər aparıldı və fotoşəkilləri çəkildi. Onu da əlavə edir ki,əşyalarını qəbul edəndə cavabdeh özü və atası iştirak etdi, bu zaman xalası onlara heç bir xəyanət törədilmədiyi halda niyə əmlakların belə kəsik-kəsik etmələrini, ləkələmələrini doğramaları ilə ziyankarlıq etdikləri barədə kəskin iradını bildirib lənətləyəndə onlar heç bir cavab verə bilməmiş, yalnız lənətləyəndə mübahisələr yaranmışdır. Qəbul etdiyi əmlakların yararsız və zədəli vəziyyətdə olanların siyahısı aşağıdakılardır: - Dəmiri ilə birgə taxt, şkaf, bir ədəd güzgülü termo, 2 ədəd tumbuçka və 1 ədəd kiçik tumbadan ibarət cəmi 2000 manat dəyərində yataq dəsti-tam yararsız halda. Taxtın baş tərəfindəki dəri örtüyü doğramdoğram edilmiş, arxa parçası doğranıb və sonradan tikilib, şkafın qabaq hissələrində soyulmuş və yarılmış vəziyyətdə, güzgülü termonun 4 daxılının qapağı doğranıb yarılmış, iki tumbuçkadan birinin iki qapağı, digərinin üst hissəsi yarılmış, kiçik tumbası isə verilməmişdir. - Ağsu şəhərində hər bir mebel ləvazimatı olan mebel ustasına bunların şəkillərini göstərib təmir xərci ilə maraqlandıqda təmirinə 1500 manat pul istəmişdir. - 500 manat dəyərində divan və iki ədəd kreslolun üz dəriləri doğram-doğram edilmiş, maçalkaları kəsilərək çölə çıxarılmışdır. Usta bunların təmirinə 350 manat pul istədi. - iki ədəd stulların üz dəriləri kəsilərək doğranıb, usta bunların təmirinə 150 manat pul istəmişdir. - bir ədəd yemək stolunun üstünə bir ədəd üzun cızıq çəkilib, təmirinə usta 50 manat pul istəmişdir. - dəyəri 100 manat olan bir ədəd jurnal masasının şüşədən olan üst örtüyünə dərin çızıq çəkilib,onun təmiri mümkün deyil; - 200 manat dəyərində olan bir ədəd sandığın üstü kəsik-kəsik edilmiş, sonradan əllə kobud tikiş edilmişdir, usta təmirinə 150 manat pul istəmişdir; - 200 manat dəyərində olan bir ədəd matrasın üstü çoxsaylı və böyük kəsiklər edilmiş və ləkələnərək tam yararsız hala salınmışdır. (Onun parçası dəyişilməlidir, lakin usta deyir ki, bu mümkün deyil); - 150 manat dəyərində taxtın dəmiri əyilib yararsız hala düşmüşdür, təmiri mümkün deyildir; - 170 manat dəyərində dörd ədəd “Tefal” qazan dəstindən bir ədəd böyük qazanı verilməmiş, bir qazanı isə zədələnmişdir, dəst olmadığından yararsızdır; - 100 manat dəyərində bir ədəd iki mərtəbəli qaşıq dəstinin alt mərtəbəsinin qaşıqları verilməmiş və dəst pozulmuşdur; - 210 manat dəyərində bir ədəd taxt örtüyü iki ədəd balışlığı ilə birgə taxt örtüyünün üzləri çoxsaylı kəsiklər və sonra əllə tikilmiş vəziyyətdə, iki balışlığı isə verilməmişdir; - 100 manat dəyərində bir ədəd böyük, qara rəngli ədyalın qıraqları kəsilmiş və iyrənc vəziyyətə salınaraq yararsız olmuşdur; - 50 manat dəyərində bir ədəd tək adamlıq ədyalın qıraq hissələri kəsilərək yararsız və iyrənc vəziyyətə salınmışdır; - 20 manat dəyərində bir ədəd sintifon yorğan doğranmış iyrənc vəziyyətə salınmış; - bir ədəd 35 manatlıq taxt “posteli” doğranıb yararsız hala salınmış; - 9 manat dəyərində qara-qırmızı pakrıval doğranmış, yararsız və iyrənc vəziyyətə salınmış; - Cəmi 900(doqquz yüz) manat dəyərində olan 3 ədəd döşək, 3 ədəd yorğan, 9 ədəd balış, 3 ədəd nimdər hamısının üzləri doğranaraq iyrənc və yararsız hala salınmış, 200 manatlıq yunu və balış tükündən bir hissəsi qalmış; - Hər metrəsinin dəyəri 15 manatdan olan 17 metr pərdədən 8 metrəsi kəsildiyindən və verilmədiyindən 120 manatlıq hissəsdə ziyan vurulmuşdur. Göstərirəm ki, bu əşyaları götürəndə yerində ölçmə işini aparmağa içraçılar imkan vermədilər, vidiodada bu görüntü əks olunmuşdur; - 300 manatlıq böyük qarışıq rəngli xalça iki yerdən yandırılmış halda yararsız halda, bunun təmiri mümkün deyildir; - 180 manatlıq kiçik xalça, işlədilərək iyrənc və çirkli hala salınmış və yararsız haldadır; - 250 manat dəyərində bir ədəd “Samsung” markalı tozsoranın səsi çıxsa da turbası kəsilimiş və tozu sormur, yararsız hala salınmışdır; - 170 manatlıq bir ədəd ətçəkənin naqili kəsilmiş, iş avadanlıqları götürülmüş, başqa naqil quraşdırılmışdır. Belə vəziyyətdə orada qoyub getməmiş, bunun təzəsini və ya qiymətini tələb edir; - 90 manat dəyərində bir ədəd elektrik sobasının hər iki ayaqları götürülmüş halda, üst hissəsi soyulub və çökdürülüb, çızıqlanıb, qabının biri köhnəsi ilə əvəz edilib, tam dəyərini tələb edir; - 20 manat dəyərində bir ədəd çuğun qəfədan yandırılmış halda yararsız vəziyyətdə; - 20 manat dəyərində bir ədəd çaynik və qəfədan dəsti, çayniki sındırılmış halda, ziyanı 10 manat; - 25 manat dəyərində bir ədəd elektriklə işləyən ədyal, naqili kəsilib götürülmüş, həm də doğranıb yararsız hala salınmış; - 50 manat dəyərində bir ədəd şüşədən “dəvə” suveneri, hər tərəfi soyulmuş vəziyyətdə görkəmini itirmiş; - qiyməti 200 manat olan bir ədəd güldan və iki ədəd vaz dəstindən güldanı verilməmiş, vazların isə üzərinin bəzəkləri soyulmuş, yararsız halda; - 15 manatlıq tək adamlıq pastel dəsti, doğranmış, tikilmiş, yararsız vəziyyətdə; - 10 manatlıq bir ədəd ləpə çəkənin maketi verilib; - 15 manat dəyərində bir ədəd böyük çörəkqabı, deşilmiş halda, qapağı yoxdur, 15 manat ziyan pulunu tələb edir; - 15 manatlıq bir ədəd kauçuk vanna altı iki yerdən deşildiyindən yararsız hala salınmışdır; Zədəli və yararsız hala salınmış əmlaklarına görə umumi ziyanın məbləği 5524 manat təşkil edir. Həmin əmlakları qəbul edərkən zədəli və yararsız halda olmalarını əks etdirən videoçəkilişin diskini və fotoşəkillərini ərizəsinə əlavə etmişdir. Əşyalarını götürən vaxt yadından çıxdığından elələrini əvvəlki məhkəmə mübahisələrində göstərmədiyi halda əmlakları arasında olduğundan qəbul etdi, lakin hələ də yaddan çıxıb, əvvəlki iddialarda göstərə bilmədiyi və verilməyən aşağıdakı əşyalarının siyahıları da aşığıdakılardır ki, onların da verilməsini tələb edir: Sonradan xatırlayıb verilməyən əşyaları: 60 manatlıq iki ədəd ağ-qara vaz, 30 manat bir ədəd qızılı vaz, 100 manatlıq müxtəlif bəzəkli altı ədəd bakal dəsti, 40 manatlıq iyirmi dörd ədədli fincan-nəlbəki dəsti, 15 manatlıq ağ-qara üç mərtəbəli ləpə qabı, cəmi qiyməti 95 manat olan iyirmi bir ədəd dəsmal , 14 manatlıq bir ədəd taxt “pasteli”, 8 manatlıq bir ədəd tək adamlıq “prastina”, cəmi 148 manat dəyərində beş ədəd süfrələr, cəmi 12 manat on iki ədəd çay dəsmalı, 5 manat dəyərində on iki ədəd əl silən kiçik dəsmal, cəmi 800 manat dəyərində çay, naharlıq və kofe servizləri, 70 manat dəyərində şirəçəkən, 30 manatlıq mikser, 18 manatlıq elektriklə işləyən sac, 200 manatlıq iki ədəd xrustal meyvə vazı, 35 manatlıq bir ədəd böyük “tefaf” aş qazanı, 25 manatlıq çuğundan soyuducu 5 ədəd qazan dəsti, 18 manatlıq böyük qapaqlı “tefal” tava, 12 manatlıq “tefal” kiçik tava, 10 manatlıq bir dəst soyuducu kiçik qazan, 40 manatlıq bir ədəd ağ-qırmızı qədimi serviz dəsti, 6 manatlıq paltar “şipilkaları”, 3 manatlıq bir ədəd rulon dəsmal, 40 manatlıq karniz, 40 manatlıq piletka, 35 manatlıq ütü masası, cəmi dəyəri 6 manat olan iki ədəd dəmir vedrə, 8 manatlıq bir ədəd kalçuk qapaqlı vedrə, 1 manatlıq bir ədəd su qabı, cəmi qiyməti 10 manat olan iki ədəd ayaqsız ləpə qabı, 30 manatlıq bir ədəd sadə qaşıq naboru, 6 manatlıq iki ədəd aş qaşığı, 4 manatlıq iki ədəd taxta qaşıq, 16 manatlıq iki ədəd tək-tək padnos, 4 manatlıq iki ədəd süfrəyə qoyulan çörək qabı, 14 manatlıq dörd ədəd müxtəlif rəngli mətbəx qabları, 15 manatlıq iki ədəd böyük padnos, 8 manatlıq on iki ədəd rozetka, 4 manatlıq altı ədəd limon qabı, 40 manatlıq şüşədən bir ədəd “tefaf” elektrik çayniki, 28 manatlıq iki ədəd tək adamlıq pastel dəsti, 65 manatlıq dəyərində bir ədəd taxt pasteli, 40 manatlıq dəyərində bir ədəd taxt pasteli, 20 manatlıq dəyərində taxt pasteli, 40 manatlıq dəyərində altı ədəd xurustal stəkan, 25 manatlıq dəyərində otuz ədəd sadə stəkan, 46 manatlıq otuz altı ədəd nəlbəki, 9 manatlıq üç ədəd tək-tək kofe fincanı, 25 manatlıq mətbəx, düyü, çay və qənd qabları, 20 manatlıq bir ədəd kartof yığılan qab, 8 manatlıq bir ədəd çaynik, 15 manatlıq bir ədəd çuğun tas, 5 manatlıq bir ədəd qapaqlı çörəkqabı, 10 manatlıq mətbəx taxtası, 10 manat bir ədəd qıymakeş, 12 manatlıq 12 ədəd şiş, 3 manatlıq bir ədəd kəfkir, 6 manatlıq iki ədəd qayçı, 30 manatlıq dəyərində altı metr pərdəaltı, ağ rəngli atlas parça, 6 manatlıq üç ədəd kauçuk qab, cəmi qiyməti 2508 (iki min beş yez səkkiz) manat təşkil edir. Əmlakları hətta zədəli kimi qiymətləndirilirsə onların daşınması (aparılıb-qaytarılması, təmir xərclərinə, bərpalarına) bir qadın kimi nə onun, nə də xəstə olduğundan müalicə olunan anasının nə imkanları, nə də bacarıqları yoxdur. Odur ki, məhkəmədən xahiş və tələbi budur ki, cavabdehlər həmin əmlaklarını aparıb tam əvvəlki yararlı hala salıb gətirib təhvil verməli və ya da yuxarıda göstərdiyi bərpa və yararsızlıqların xərclərinin tam ödənilməsinə dair qətnamə çıxartsın. Məhkəmədən xahiş edir ki, göstərdiklərinin təsdiqi üçün mütəxəssis təyin edilməklə şəxsən hakim özü ilə birgə gəlib evində həmin əmlaklara baxış keçirilməsini təşkil etsin və onlara vurulmuş ziyan müəyyən edilsin. Onu da göstərir ki, əmlaklarının belə vəziyyətdə ona qaytarılmasına, əlavə olaraq maddi və mənəvi ziyan çəkməyinin, əlavə problemlərə, əzablara düçür olmağının səbəbkarlarından biri də Ağsu rayon Probasiya və İcra şöbəsinin əməkdaşlarıdır. Onlar tam yararsız olmasa da, kəskin zədəli əmlakları məcburən qəbul etdirməli deyildilər. Maraqlı olmasaydılar ancaq saf əşyalarını təhvil verdirərlilər. Cavabdeh tərəfin imkanlıqlarım nəzərə almazdılar. Ağsu rayon Probasiya və İcra şöbəsinin əməkdaşları belə hərəkətləri nəticəsində əlavə olaraq 1000 (min) manat maddi və mənəvi ziyan vurulmuşdur ki, onun da həmin idarə tərəfindən ödənilməsini tələb edir. Yəqin ki, həmin şöbənin əməkdaşları öz bacılarına və ya digər yaxın qohumlarının başlarına belə işlər gəlmiş olsaydı belə, yəqin ki, onlar həmin əmlakları o vəziyyətdə nə qəbul etdirərdi, nə qəbul edərdilər. Əgər işçi deyil adi vətəndaş olsaydılar belə bu məcburiyyəti öz yaxınlarına qarşı etməzdilər. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə ailə qurduqdan 2-3 gün sonra gətirdiyi cehizləri sataraq bacısına iş qurmaq istədiklərini bildirdilər. Birlikdə yaşadıqları müddətdə adi hərəkətlərə qadağa qoyurdular. Çay olmaz, su olmaz, evdən nəsə qurtaranda deyirdilər ki, anası gətirsin. Hətta anasının pensiya kartını da istəyirmişlər. Bu hərəkətlərə dözə bilməyib anası evinə qayıtmışdır. Evdən çıxandan sonra ona aid əmlakları yararsız hala salmışlar. Yorğan-döşəyində it-pişik saxlayıblar. Bu barədə İcra və Probasiya şöbəsinə müraciət etmiş, baş verənləq barədə, yəni əmlaklarını dağıdıb, kəsib, doğrayıb və qəsdən ziyan vurmaları barədə məlumat vermişdir. Az müddət evliliklə bir yerdə yaşadığından əmlakların hər biri təzə olmuşdur. Demək olar ki, əşyalar işlənməmişdir. İlk baxışa gedəndə proses iştirakçıları onlardan qabaq artıq icra olunan evdə idi. Onlara qarşı şiddət göstərərək telefonunu əlindən almışlar. İcra prosesində polis əməkdaşı, icra məmuru, vəkili, anası və xalası iştirak etmişlər. İcra məmuru əmlakları siyahıya alarkən yararsız əmlakları da yararlı kimi qeyd etmiş, yalnız bir ədəd odeyal olduğu kimi göstərilmişdir. Yararsız əmlakları götürmək istəməyəndə icraçı Həsən Əsgərov həmin əmlakların götürülməyəcəyi halda əmlakların qəbulundan imtina kimi qeyd edəcəyini bildirmişdir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, qızına hansı zəhmətlə verdiyi cehiz əmlaklarını 4 aya necə yararsız vəziyyətə salmışlar. Əmlakların yarısını qonşunun zirzəmisindən çıxarıb gətirmişlər. Yorğan-döşəyi yerə palaz əvəzi səriblərmiş, üstündə it-pişik saxlayıblarmış. Əşyaları bıçaqla, baltayla zərər vurub sonra tikiblər. Əmlakların yararsız kimi qəbul edilməsində icra məmurunun rolu böyük olmuşdur. Yəni icra məmuru həmin əmlakların hər vasitəylə tərəflərindən qəbul edilməsi üçün tədbir görmüşdür ki, qəbul edilməsə imtina kimi qeyd ediləcəkdir. Telefonu da həmin vaxt əlindən alınmışdı. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, iddiaçı ilə 2017-ci ilin dekabr ayında ailə qurmuş, may ayında evdən oğurluq etməsi səbəbi ilə iddiaçı evdən qaçmışdır. İddiaçıların söylədikləri yalandır. Onun heç bir əşyasına xəsarət yetirilməmişdir, əşyalar istifadə nəticəsində köhnəlmiş, bəzilərini də özləri zədələmişdirlər. Həmin vaxt icra prosesində iddiaçılar, xalası, icra məmuru, polis iştirak etmişdir. Hamının iştirakı ilə icraçı əmlakları siyahıya almışdır. İcra prosesində Zərəndam divanın baş hissəsini kəsmiş, güldanı da özü qırmışdır. Həmin vaxt video çəkiliş olmamışdır. Cehiz əmlakları aktlaşdırılaraq iddiaçılara təhvil verilmişdir. İddiaçının iddiası əsasında Ağsu Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(016)- 381/2020 saylı qətnaməsi ilə (hakim E.Hümbətov) iddia qismən təmin edilmiş, cavabdehlər kimi onlardan və bacısından 550 manat dəyərində 1 ədəd 14 qramlıq çəkidə qızıl boyunbağı, 500 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl qolbaq, 700 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl üzüksırğa dəsti, 1000 manat dəyərində 1 ədəd 20 qram çəkidə qızıl saat, 550 manat dəyərində 1 ədəd 4 qramlıq çəkidə qızıl nişan üzüyü, 350 manat dəyərində 1 ədəd 7 qramlıq çəkidə qırmızı qaşlı obriçanlı qızıl üzük, birlikdə 20 manat dəyərində 2 ədəd gümüş üzük, 25 manat dəyərində 1 ədəd gümüş saat, 2000 manat dəyərində 1 ədəd yataq dəsti, 500 manat dəyərində 1 ədəd divan, 2 ədəd kreslo, birlikdə 500 manat dəyərində 1 ədəd stol, stul dəsti, 100 manat dəyərində 1 ədəd jurnal masası, 100 manat dəyərində 1 ədəd çilçıraq, birlikdə 480 manat dəyərində 2 ədəd xalça, 250 manat dəyərində 1 ədəd tozsoran, 50 manat dəyərində 1 ədəd ütü, 170 manat dəyərində 1 ədəd ət çəkən, 45 manat dəyərində 1 ədəd elektrik çayniki, 20 manat dəyərində 1 ədəd divar saatı, 90 manat dəyərində 1 ədəd çörək bişirən elektrik peçi, 250 manat dəyərində 17 metr pərdə, 15 manat dəyərində 1 ədəd böyük çörək yığılan, 700 manat dəyərində 1 ədəd «Samsunq» paltaryuyan maşın, 5 manat dəyərində 1 ədəd ələk, 3 manat dəyərində 1 ədəd oxlov, 5 manat dəyərində 1 ədəd sürtkəç, 5 manat dəyərində 1 ədəd çörək qabı, 10 manat dəyərində 1 ədəd göy rəngli mətbəx qabı, 2 manat dəyərində 1 ədəd kauçuk aşsüzən, 2 manat dəyərində 1 ədəd kauçuk qab, 15 manat dəyərində 1 ədəd vanna, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, birlikdə 200 manat dəyərində 1 ədəd güldan, 2 ədəd vaz, 30 ranat dəyərində 2 ədəd qızılı rəngdə qənd qabı, 30 manat dəyərində 1 ədəd üç rartəbəli ağ rəngli ləpə qabı, 35 manat dəyərində 1 ədəd 6 ədədli çay servizi, manat dəyərində 1 ədəd Karacadan ağ-qara rəngli boşqab dəsti, 10 manat dəyərində 1 ədəd termos çay qabı, 7.50 manat dəyərində 1 ədəd böyük sdnos, 6 manat dəyərində 1 qutu 3 ədəd sap naboru, 15 manat dəyərində 1 ədəd tərəvəz doğrayan, 1 manat dəyərində 1 ədəd 3 kq-lıq balon, 100 manat dəyərində 1 ədəd qaşıq naboru, 30 manat dəyərində 1 ədəd bıçaq naboru, 5 manat dəyərində 1 ədəd 12 ədədli meyvə bıçağı, 30 manat dəyərində 1 ədəd f snrayı saplı qarışıq mətbəx dəsti, 5 manat dəyərində 1 ədəd böyük aşsüzən, 6 manat dəyərində 2 ədəd kiçik aşsüzən, 6 manat dəyərində 1 ədəd aliminium tas, 170 manat dəyərində 1 ədəd tefal qazan dəsti, 20 manat dəyərində 1 ədəd çuğun qəhvədan, 20 manat dəyərində 1 ədəd çaynik, qəhvədan dəsti, 10 manat dəyərində 1 ədəd soğan doğrayan, 130 manat dəyərində 1 ədəd su qabı altı bakalı ilə birlikdə, 100 manat dəyərində 2 ədəd hündür xrustal bəzək qabı, birlikdə 10 manat dəyərində 2 ədəd xrustal meyvə qabı, 2 ədəd konfet qabı, 2 ədəd qənd qabı, birlikdə 16 manat dəyərində 2 ədəd sadə vaz, 15 manat zəyərində 1 ədəd gecə lampası, 60 manat dəyərində 2 ədəd suvenir - göyərçin, ədəd dəvə birlikdə, 10 manat dəyərində 1 ədəd ləpəçəkən, 60 manat dəyərində 1 ədəd qırx səkkiz ədədlik boşqab dəsti qızılı rəngli serviz, 15 manat zəyərində altı ədəd aş bulud boşqabı, 12 manat dəyərində altı ədəd qara düz serviz boşqabı, 50 manat dəyərində altı ədəd qızılı ağ boşqab qədimi serviz, 12 manat dəyərində altı ədəd qarpız qabı və 1 ədəd buludu, 15 manat dəyərində 11 ədəd sadə stəkan, 2 manat dəyərində 12 ədəd qızılı rəngli nəlbəki, birlikdə 900 manat dəyərində üç ədəd yun tək döşək, üç ədəd yun yorğan, birlikdə 230 manat dəyərində üç ədəd nimdar, yeddi ədəd balış, 2 ədəd silkon balış, 210 manat dəyərində 1 ədəd böyük pakrıval, 100 manat dəyərində 1 ədəd böyük zara rəngli odeyal, 50 manat dəyərində 1 ədəd tək odeyal qarşıq rəngli, 20 manat dəyərində 1 ədəd taxt üçün yataq ağı dəsti, birlikdə 39 manat dəyərində ədəd qətvə, 8 manat dəyərində 1 ədəd tək adamlıq döşək ağı, 25 manat zəyərində yararsız vəziyyətdə 1 ədəd elektriklə işləyən odeyal, 50 manat dəyərində 2 ədəd süfrələr, 20 manat dəyərində 1 ədəd göy rəngli sintifon yorğan, 15 manat dəyərində 1 ədəd yaşıl rəngli pambıq pakrıval, 9 manat zəyərində 1 ədəd qara-qırmızı rəngdə pakrıval, 20 manat dəyərində 12 ədəd ayaqsız qədəh, 50 manat dəyərində 1 ədəd 3-ü bir yerdə padnos dəsti, birlikdə 20 manat dəyərində 2 ədəd böyük bulud və 1 ədəd qovurma qabı naturada və ya dəyərləri alınaraq İddiaçı1 verilməsi və ddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayətləri əsasında, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2185/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin avqust 2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi qismən yəni, onlardan 550 manat dəyərində 1 ədəd 14 qramlıq kidə qızıl boyunbağı, 500 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl baq, 700 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl üzük-sırğa dəsti, 1000 manat dəyərində 1 ədəd 20 qram çəkidə qızıl saat, 550 manat dəyərində ədəd 4 qramlıq çəkidə qızıl nişan üzüyü, 350 manat dəyərində 1 ədəd 7 qamlıq çəkidə qırmızı qaşlı obriçanlı qızıl üzük, birlikdə 20 manat dəyərində 2 ədəd gümüş üzük, 25 manat dəyərində 1 ədəd gümüş saatın naturada və ya dəyərlərinin alınaraq İddiaçı1 verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bunun əsasında Şəki Apellyasiya Məhkəməsi icra sənədini Cavabdeh1nə göndərmiş, icra məmuru Həsən Əsgərovun rəhbərliyi ilə xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana tələbkarın, polis əməkdaşlarının, fövqəladə hallar nazirliyinin, digər orqanların, yaxın qohumlarının iştirakı ilə gəlmiş, evdə olan cehiz əmlaklarını siyahıya almaqla tələbkara təhvil vermişdir. Həmin zaman tələbkar akta imza edərək, əmlaklarını təhvil götürməsinə dair qeyd apararaq imza etmişdir. Lakin iddiaçılar iddiasında guya əmlaklarını yararasız vəziyyətdə zötürdüklərini bildirirlər. İddiaçı1 başa düşür ki, tələbkar kimi məhkəmə hüquqlarının pozulduğunu iddia edir və iddia ərizəsi ilə müraciət edir. Digər İddiaçı2 subyektiv hüququ çatırmı ki, onlara qarşı məhkəmədə iddia ərizəsi ilə iddia qaldırır. Bu səbəbdən də, İddiaçı2 iddia ərizəsi ilə müraciət etmək üçün, subyektiv hüququnun olmamasını nəzərə alaraq iddia həmin hissədə rədd olunmalıdır. Digər İddiaçı1 iddia tələbi üzrə onu qeyd edir ki, iddia bu hissədə də, əsassızdır və iddia aşağıda qeyd edəcəyi təkzib olunmaz faktlara əsasən rədd edilməlidir. Çünki, tələbini əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmir. İcra məmuru qanunun tələblərinə riayət edərək, qanunvericiliyə uyğun olaraq tələbkar kimi iddiaçının əmlakların götürülməsində iştirakını təmin edərək, icra sənədində göstərilən əmlakları akta imza etməklə şəxsən ona vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əmlaklarını götürən zaman, nəyə görə iddiasında qeyd etdiyi əmlakların yararsız olduğunu bildirməklə, götürməkdən imtina etməmişdir. Borclu olaraq, icra məmurlarının və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə əmlakları təhvil götürərək, gətirdiyi Qazel markalı avtomobilə yüklədərək, evdən aparmışdır. Sonra gedib əmlakların başına nə oyun açıbsa, onu iddiaçıdan başqa heç kim bilmir. Əmlaklar yararlı vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Yararsız olduğunu deyərək, əmlakları götürməkdən imtina eləmək hüququnun olması icra məmuru Həsən Əsgərov tərəfindən ona izah edilmiş və hüquqlarını başa düşdüyünü bildirmişdir. 2 aydan sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə Şəki Apellyasiya Məhkəməsinin icra sənədinin icrasına tələbkarın qeyd edilən əmlaklarının götürməsi səbəbindən icra məmuru Həsən Əsgərovun xx.xx.2023-cü il tarixli qərarı ilə icra işinə xitam verilmişdir. Tələbkar həmin qərarı məhkəmə müstəvisində mübahisələndirməmişdir. Bu isə ona dəlalət edir tələbkar əmlakları götürərkən heç bir etiraz etməmiş və əmlakları saz vəziyyətdə götürmüşdür. Bu isə iddianın əsasız olmasını təsdiq edən sübutlardan ibarətdir. Göstərilənlərə əsasən iddiaçların onlara qarşı qaldırdığı iddianın rədd edilməsinin xahiş etdi. Cavabdeh1 nümayəndəsi X16 məhkəmə iclasında izahatında göstərdi ki, əvvəlcə iddia ərizəsi üzrə icra sənədi əsasında cehiz əşyalarına həbs qoyulması ilə bağlı digər icra məmuru Rasiflə birgə həmin evə getmişlər. Sonra əmlakı geri götürmək istəmişlər, getmişlər, lakin özləri əmlakı götürməkdən imtina etmişlər. Cavabdeh tərəf könüllü olaraq hər bir əmlakı vermələri barədə imza etmişlər. Sonra da icra yerinə getmişlər, orada hamısı çəkilmiş, yararsız əşya yox imiş. Əvvəlcə bir-iki əşyanı götürməyə etiraz etmişlər, lakin sonra imza edib götürmüşlər. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X4 məhkəmə iclasında verdiyi izahatında göstərmiş ki, icra məmurudur və həmin icra prosesində iştirak etmişdir. Hər iki tərəfi icra prosesində görmüşdür. Qəbul edilir ki, məişət əşyası istifadə edildikcə zədələnir. Lakin orada zədəli əşya yox imiş. Necə həbs qoyulmuşdursa elə vəziyyətdə saxlanılmışdır. Şəkillərdəki kimi qəsdən zədə əlaməti olan əmlak yox imiş. Bəzi deşik olan əşya olsada bu qədər zərər yox imiş. İcra prosesində ərizə ilə müraciət edən olmamışdır. X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hazırda fərdi qaydada vəkil kimi fəaliyyət göstərir. İddiaçılar Respublika prokurorluğuna müraciət etmişlər. Vəkil istəmələri barədə müraciət ona yönləndirilmişdir. Tərəflər ayrıldıqdan sonra qız tərəf əşyalarını götürmək üçün gedərkən yararsız olduğunu görmüşdür. Ona görə də götürmək istəməmişlər, icra tərəf də onlara imtina etmişdir. Həmin ünvana getmiş, əmlakların əksəriyyəti zədəli imiş. Həmin zədələr bıçaqla kəsilib, deşilmişdir. Matras kəsilib sonra sırıqla tikilmişdir. İcraçılar məcbur etmişdir ki, iddiaçılar həmin əmlakları götürsünlər. Yararsız olduğunu və götürməyin mənasız olduğunu o, da icraçılara bildirmişdir. Birinci dəfə yararsız olduğu üçün götürməmişlər, sonradan isə icraçılar məcbur etmişlər. Həmin əmlakların iddiaçı tərəfindən kəsilməsini bildirsələrdə kim deyə bilər ki, 5 ayın gəlini olmuş bir insanın öz əmlakını kəsib belə hala salmasının səbəbi nədir. X5 məhkəmə iclasında göstərdi ki, iddiaçılardan Zərəndamın xalası və Eminənin isə bacısıdır. İlk icra prosesinə ana-bala getmişlər. İkinci dəfə keçirilən icra prosesində o da iştirak etmişdir. Əşyaların hamısında xəsarət var idi. Bəzi əmlakları qonşunun həyətindən gətirirdilər. Hamısı yararsız idi. İcraçılar da məcbur edirdilər ki, əmlaklar götürülsün. Oğlanın anası da icra prosesində pulu da, adamı da olmasını bildirirdi. Göstərilən əmlaklar heç nəyə yararlı deyildi. X2 məhkəmə iclasında göstərdi ki, Ağsu rayon Polis Şöbəsində sahə inspektoru vəzifəsində çalışır. İddiaçı1 əmlaklarının götürülməsi üzrə icra prosesində sona kimi iştirak etmişdir. İcra zamanı götürülən əmlaklardan – mebeldə cırıqlar, kəsilmiş yerlər var idi. Digər əmlaklar da İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən aktlaşdırıldı. Müddət keçdiyindən bəzi əmlakların zədələri yadından çıxıb. Lakin divan-kreslo, stolstullarda zədə olması yadındadır. Döş stolunda da ziyanlıq var idi. Oturacaq stullarının üstü cırılmış idi. Matrasda da cırıq var idi, altı da qırılmışdı. Elektrik qəhvədanının naqilini dəyişmişdilər. Digər əmlakların hansı hissəsinin zədəli olmasını dəqiq xatırlamır, çünki xırda əşyalar çox idi deyə tam xatırlaya bilmir. Məhkəmə proses iştirakçılarının, şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 550 mаnаt dəyərində 1 ədəd 14 qrаmlıq çəkidə qızıl boyunbаğı, 500 mаnаt dəyərində 1 ədəd 8 qrаmlıq çəkidə qızıl qolbаq, 700 mаnаt dəyərində 1 ədəd 8 qrаmlıq çəkidə qızıl üzük-sırğа dəsti, 1000 mаnаt dəyərində 1 ədəd 20 qrаm çəkidə qızıl sааt, 550 mаnаt dəyərində 1 ədəd 4 qrаmlıq çəkidə qızıl nişаn üzüyü, 350 mаnаt dəyərində 1 ədəd 7 qrаmlıq çəkidə qırmızı qаşlı obriçаnlı qızıl üzük, birlikdə 20 mаnаt dəyərində 2 ədəd gümüş üzük, 25 mаnаt dəyərində 1 ədəd gümüş sааt, 2000 mаnаt dəyərində 1 ədəd yаtаq dəsti, 500 mаnаt dəyərində 1 ədəd divаn, 2 ədəd kreslo, birlikdə 500 mаnаt dəyərində 1 ədəd stol, stul dəsti, 100 mаnаt dəyərində 1 ədəd jurnаl mаsаsı, 100 mаnаt dəyərində 1 ədəd çilçırаq, birlikdə 480 mаnаt dəyərində 2 ədəd xаlçа, 250 mаnаt dəyərində 1 ədəd tozsorаn, 50 mаnаt dəyərində 1 ədəd ütü, 170 mаnаt dəyərində 1 ədəd ət çəkən, 45 mаnаt dəyərində 1 ədəd elektrik çаyniki, 20 mаnаt dəyərində 1 ədəd divаr sааtı, 90 mаnаt dəyərində 1 ədəd çörək bişirən elektrik peçi, 250 mаnаt dəyərində 17 metr pərdə, 15 mаnаt dəyərində 1 ədəd böyük çörək yığılаn, 700 mаnаt dəyərində 1 ədəd «Sаmsunq» pаltаryuyаn mаşın, 5 mаnаt dəyərində 1 ədəd ələk, 3 mаnаt dəyərində 1 ədəd oxlov, 5 mаnаt dəyərində 1 ədəd sürtkəc, 5 manat dəyərində 1 ədəd çörək qаbı, 10 mаnаt dəyərində 1 ədəd göy rəngli mətbəx qаbı, 2 mаnаt dəyərində 1 ədəd kаuçuk аşsüzən, 2 mаnаt dəyərində 1 ədəd kаuçuk qаb, 15 mаnаt dəyərində 1 ədəd vаnnа, 15 mаnаt dəyərində 1 ədəd çuğun vedrə, birlikdə 200 mаnаt dəyərində 1 ədəd güldаn, 2 ədəd vаz, 30 mаnаt dəyərində 2 ədəd qızılı rəngdə qənd qаbı, 30 mаnаt dəyərində 1 ədəd üç mərtəbəli аğ rəngli ləpə qаbı, 35 mаnаt dəyərində 1 ədəd 6 ədədli çаy servizi, 45 mаnаt dəyərində 1 ədəd Kаrаcаdаn аğ-qаrа rəngli boşqаb dəsti, 10 mаnаt dəyərində 1 ədəd termos çаy qаbı, 7.50 mаnаt dəyərində 1 ədəd böyük pаdnos, 6 mаnаt dəyərində 1 qutu 3 ədəd sаp nаboru, 15 mаnаt dəyərində 1 ədəd tərəvəz doğrаyаn, 1 mаnаt dəyərində 1 ədəd 3 kq-lıq bаlon, 100 mаnаt dəyərində 1 ədəd qаşıq nаboru, 30 mаnаt dəyərində 1 ədəd bıçаq nаboru, 5 mаnаt dəyərində 1 ədəd 12 ədədli meyvə bıçаğı, 30 mаnаt dəyərində 1 ədəd çəhrayı saplı qаrışıq mətbəx dəsti, 5 mаnаt dəyərində 1 ədəd böyük аşsüzən, 6 mаnаt dəyərində 2 ədəd kiçik аşsüzən, 6 mаnаt dəyərində 1 ədəd аliminium tаs, 170 mаnаt dəyərində 1 ədəd tefаl qаzаn dəsti, 20 mаnаt dəyərində 1 ədəd çuğun qəhfədаn, 20 mаnаt dəyərində 1 ədəd çаynik, qəhvədаn dəsti, 10 mаnаt dəyərində 1 ədəd soğаn doğrаyаn, 130 mаnаt dəyərində 1 ədəd su qаbı аltı bаkаlı ilə birlikdə, 100 mаnаt dəyərində 2 ədəd hündür xrustаl bəzək qаbı, birlikdə 10 mаnаt dəyərində 2 ədəd xrustаl meyvə qаbı, 2 ədəd konfet qаbı, 2 ədəd qənd qаbı, birlikdə 16 mаnаt dəyərində 2 ədəd sаdə vаz, 15 mаnаt dəyərində 1 ədəd gecə lаmpаsı, 60 mаnаt dəyərində 2 ədəd suvenir – göyərçin, 1 ədəd dəvə birlikdə, 10 mаnаt dəyərində 1 ədəd ləpəçəkən, 60 mаnаt dəyərində 1 ədəd qırx səkkiz ədədlik boşqаb dəsti qızılı rəngli serviz, 15 mаnаt dəyərində аltı ədəd аş bulud boşqаbı, 12 mаnаt dəyərində аltı ədəd qаrа düz serviz boşqаbı, 50 mаnаt dəyərində аltı ədəd qızılı аğ boşqаb qədimi serviz, 12 mаnаt dəyərində аltı ədəd qаrpız qаbı və 1 ədəd buludu, 15 mаnаt dəyərində 11 ədəd sadə stəkan, 2 mаnаt dəyərində 12 ədəd qızılı rəngli nəlbəki, birlikdə 900 mаnаt dəyərində üç ədəd yun tək döşək, üç ədəd yun yorğаn, birlikdə 230 mаnаt dəyərində üç ədəd nimdаr, yeddi ədəd bаlış, 2 ədəd silkon bаlış, 210 mаnаt dəyərində 1 ədəd böyük pаkrıvаl, 100 mаnаt dəyərində 1 ədəd böyük qаrа rəngli odeyal, 50 mаnаt dəyərində 1 ədəd tək odeyal qаrşıq rəngli, 20 mаnаt dəyərində 1 ədəd tаxt üçün yataq ağı dəsti, birlikdə 39 mаnаt dəyərində 3 ədəd qətvə, 8 mаnаt dəyərində 1 ədəd tək аdаmlıq döşək ağı, 25 mаnаt dəyərində yararsız vəziyyətdə 1 ədəd elektriklə işləyən odeyal, 50 mаnаt dəyərində 2 ədəd süfrələr, 20 mаnаt dəyərində 1 ədəd göy rəngli sintifon yorğаn, 15 mаnаt dəyərində 1 ədəd yаşıl rəngli pаmbıq pаkrıvаl, 9 mаnаt dəyərində 1 ədəd qаrа-qırmızı rəngdə pаkrıvаl, 20 mаnаt dəyərində 12 ədəd аyаqsız qədəh, 50 mаnаt dəyərində 1 ədəd 3-ü bir yerdə pаdnos dəsti, birlikdə 20 mаnаt dəyərində 2 ədəd böyük bulud və 1 ədəd qovurmа qаbının naturada və ya dəyərlərinin alınaraq İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi qismən yəni, cavabdehiər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 550 manat dəyərində 1 ədəd 14 qramlıq çəkidə qızıl boyunbağı, 500 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl qolbaq, 700 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl üzük-sırğa dəsti, 1000 manat dəyərində 1 ədəd 20 qram çəkidə qızıl saat, 550 manat dəyərində 1 ədəd 4 qramlıq çəkidə qızıl nişan üzüyü, 350 manat dəyərində 1 ədəd 7 qramlıq çəkidə qırmızı qaşlı obriçanlı qızıl üzük, birlikdə 20 manat dəyərində 2 ədəd gümüş üzük, 25 manat dəyərində 1 ədəd gümüş saatın naturada və ya dəyərləri alınaraq İddiaçı1 verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - AR Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(102)-2705/2021 saylı qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)- 2185/2020 saylı qərardadı ilə tələbkar İddiaçı1 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 2185/2020 saylı qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdə verilmiş 2(107)-2185/2020 saylı icra sənədi icra olunması üçün yenidən Cavabdeh1nə göndərilmişdir. - İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, şəkillərdə əksini tapmış əmlaklar cırılmış, deşilmiş, cırılaraq yenidən sırıqlanmış, tikilmiş və sair vəziyyətdədirlər. - İddiaçı1 məxsus cehiz əşyalarının hazırki bazar qiymətinin nə qədər olmasının müəyyən edilməsi ilə bağlı X3 göndərilmiş, verilmiş sorğuya cavabla, 1 ədəd pokrıval 28 manat, 1 ədəd balış üzlüyü 3,5 manat, 1 ədəd 2 nəfərlik taxt pasteli 35 manat, 1 ədəd elektirikli işləyən ədyal 15 manat, 1 ədəd sintifon yorğan 15 manat, 1 ədəd çit pokrival 10 manat, 1 ədəd 2 mərtəbli qaşıq dəsti 30 manat, 1 ədəd tozsoran borusu 4,50 manat, 1 ədəd plasmas vanna 10 manat manat, 1 çörək qabı 10 manat, 1 ədəd 1 nəfərlik ədyal 25 manat, 1 ədəd nimdər üzlüyü 3,50 manat, 1 ədəd yorğan üzlüyü 16 manat, 1 ədəd döşək üzlüyü 15 manat qiymətləndirilmişdir. - X1 tərəfindən xx.xx.2024-cü il tarixdə Ağsu rayonu, Axunlu kəndində yerləşən ünvanda keçirilmiş yerli baxış zamanı tərtib edilmiş dəymiş ziyan barədə aktdan görünür ki, yerli baxış zamanı zərər dəymiş əmlaklar siyahıya alınmış, 2 stulların arxasında olan güllər (bantik) - ümumi 15 manat, taxtın başlıqı qabaq hissəsində olan kəsiklər - 15 manat, divan və 2 kresloya dəymiş ümumi zərər - 50 manat, sandığın üzlüyü (parçası) - 7 manat, 1 ədəd tumbuçkanın ön siyirmələrinin qapaqları (2 ədəd) - 8 manat, 1 ədəd tumbuçkanın üst hissəsində olan cızıq - 8 manat, paltar dolabının yan dikməsində olaq cızıq - 30 manat ziyan dəymiş, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 150 manat təşkil etmişdir. - X1 tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə Ağsu rayonu, Axunlu kəndində yerləşən ünvanda keçirilmiş yerli baxış zamanı dəymiş ziyan barədə tərtib edilmiş aktdan görünür ki, termonun üz qapağı – 15 manat, paltar dolabının qapılarının 2 ədəd üz hissəsinə dəymiş zərər – 40 manat hesablanmış, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 40 manat təşkil etmişdir. - 18 dekabr 2024-cü il tarixdə Ağsu rayonu Axunlu kəndində əmlakların yerləşdiyi evə təyin edilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, zərər dəymiş əmlaklar mövcuddur və mütəxəssisin iştirakı ilə həmin əşyalara baxış keçirilmişdir. İddiaçı şəxsən zədəli əşyaları yerli baxış zamanı məhkəməyə təqdim etmişdir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh2 faktiki nikaha daxil olmuşdur. Bir müddət sonra münasibətləri pozulduğundan ayrılmışlar. Tərəflər ailə qurarkən iddiaçı gəlin köçdüyü ünvana cehiz əmlakları aparmış, evdən çıxarkən isə həmin əmlakları götürməmişdir. İddiaçı1 tələbi Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi qismən yəni, cavabdehiər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 550 manat dəyərində 1 ədəd 14 qramlıq çəkidə qızıl boyunbağı, 500 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl qolbaq, 700 manat dəyərində 1 ədəd 8 qramlıq çəkidə qızıl üzük-sırğa dəsti, 1000 manat dəyərində 1 ədəd 20 qram çəkidə qızıl saat, 550 manat dəyərində 1 ədəd 4 qramlıq çəkidə qızıl nişan üzüyü, 350 manat dəyərində 1 ədəd 7 qramlıq çəkidə qırmızı qaşlı obriçanlı qızıl üzük, birlikdə 20 manat dəyərində 2 ədəd gümüş üzük, 25 manat dəyərində 1 ədəd gümüş saatın naturada və ya dəyərləri alınaraq İddiaçı1 verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(102)-2705/2021 saylı qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alandan sonra Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 19 noyabr 2020-ci il tarixli, 2(107)-2185/2020 saylı icra vərəqəsi üzrə icra prosesi xx.xx.2022-ci il saat 11:00-a təyin edilməklə tərəflərə bu barədə bildiriş göndərilmişdir. İcra prosesində İddiaçı1 ona təqdim edilmiş cehiz əmlaklarının yararsız olması səbəbindən əmlaklarını götürməkdən imtina etdiyindən icra prosesi baş tutmamış, həmin tarixdə icra məmuru tərəfindən müvafiq akt tərtib edilmişdir. Tələbkar İddiaçı1 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmiş, kollegiyanın xx.xx.2023-cü il tarixli 2(107)-2185/2020 saylı qərardadı ilə tələbkarın ərizəsi təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdə verilmiş 2(107)-2185/2020 saylı icra sənədi icra olunması üçün yenidən Cavabdeh1nə göndərilməsi qərara alınmışdır. Növbəti dəfə keçirilən icra prosesində iddiaçılar, İddiaçı1 xalası, vəkil, sahə inspektoru və icra məmurları iştirak etmişlər. X2 izahatında icra zamanı götürülən əmlaklardan – mebeldə cırıqlar, kəsilmiş yerlər olduğunu, divan-kreslo, stol-stullarda zədə olmasının yadında olduğunu, döş stolunda da ziyanlıq olduğunu, oturacaq stullarının üstünün cırıldığını, matrasda da cırıq olmaqla altının qırıldığını, digər xırda əmlaklarda hansı zədələrin olmasını dəqiq xatırlamadığını bildirmişdir. Digər şahid Vasif Səmədov da əksər əmlakların yararsız olması barədə izahat versədə, şahid Rasif Əliyev zədəli əşyanın olmaması barədə izahat vermişdir. 18 dekabr 2024-cü il tarixdə Ağsu rayonu Axunlu kəndində əmlakların yerləşdiyi evə təyin edilmiş yerli baxış zamanı mütəxəssis cəlb edilmiş, zərər dəymiş əmlaklar siyahıya alınaraq dəyəri müəyyən edilmişdir. Belə ki, mütəxəssis tərəfindən dəymiş ziyanın müəyyən edilməsi barədə tərtib edilmiş akta əsasən 2 stulların arxasında olan güllər (bantik) - ümumi 15 manat, taxtın başlıqı qabaq hissəsində olan kəsiklər - 15 manat, divan və 2 kresloya dəymiş ümumi zərər - 50 manat, sandığın üzlüyü (parçası) - 7 manat, 1 ədəd tumbuçkanın ön siyirmələrinin qapaqları (2 ədəd) - 8 manat, 1 ədəd tumbuçkanın üst hissəsində olan cızıq - 8 manat, paltar dolabının yan dikməsində olaq cızıq - 30 manat ziyan dəymiş, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 150 manat təşkil etmiş, termonun üz qapağı – 15 manat, paltar dolabının qapılarının 2 ədəd üz hissəsinə dəymiş zərər – 40 manat hesablanmış, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 40 manat hesablanmışdır. Zədəli hesab olunan əmlakların hazırki bazar qiymətinin hansı məbləğdə olmasının müəyyən edilməsi üçün S.Həsənova sorğu verilmiş, 01 ədəd pokrıval 28 manat, 01 ədəd balış üzlüyü 3,5 manat, 01 ədəd 2 nəfərlik taxt pasteli 35 manat, 01 ədəd elektirikli işləyən ədyal 15 manat, 01 ədəd sintifon yorğan 15 manat, 01 ədəd çit pokrival 10 manat, 01 ədəd 2 mərtəbli qaşıq dəsti 30 manat, 01 ədəd tozsoran borusu 4,50 manat, 01 ədəd plasmas vanna 10 manat manat, 01 çörək qabı 10 manat, 01 ədəd 01 nəfərlik ədyal 25 manat, 01 ədəd nimdər üzlüyü 3,50 manat, 01 ədəd yorğan üzlüyü 16 manat, 01 ədəd döşək üzlüyü 15 manat qiymətləndirilməklə sorğu cavablandırılmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 məxsus pokrıval, balış üzlüyü, 2 nəfərlik taxt pasteli, elektiriklə işləyən ədyal, sintifon yorğan, çit pakrival, 2 mərtəbəli qaşıq dəsti, tozsovuran borusu, plasmas vanna, çörək qabı, 01 nəfərlik ədyal, 02 ədəd nimdər üzlüyü, 02 ədəd yorğan üzlüyü, 02 ədəd döşək üzlüyü, 02 ədəd stulların başlığı, taxtın başlığı, divan və 02 ədəd kreslo, sandığın üzlüyü, 01 ədəd tumbuçkanın ön siyirmələrinin 02 ədəd qapaqları, 01 ədəd tumbuçkanın üstü, paltar dolabının yan dikməsi, termonun üz qapağı və paltar dolabının qapılarının zədəli olması sübut edilmişdir. Eyni zamanda həmin əmlakların zədəli olması ilə bağlı mütəxəssis rəylərinə əsasən 2 (iki) stulların arxasında olan gülləri (bantik) - ümumi 15 (on beş) manat, taxtın başlıqı qabaq hissəsində olan kəsiklər - 15 (on beş) manat, divan və 2 (iki) kresloya dəymiş ümumi zərər - 50 (əlli) manat, sandığın üzlüyü (parçası) - 7 (yeddi) manat, 1 (bir) ədəd tumbuçkanın ön siyirmələrinin qapaqları (2 (iki) ədəd) - 8 (səkkiz) manat, 1 (bir) ədəd tumbuçkanın üst hissəsində olan cızıq - 8 (səkkiz) manat, paltar dolabının yan dikməsində olaq cızıq - 30 (otuz) manat, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 150 (bir yüz əlli) manat, 1 (bir) ədəd pokrival 28 manat, 2 (iki) ədəd balış üzlüyü 7 (yeddi) manat, 1 (bir) ədəd 2 (iki) nəfərlik taxt pasteli 35 (otuz beş) manat, 1 (bir) ədəd elektirikli işləyən ədyal 15 (on beş) manat, 1 (bir) ədəd sintifon yorğan 15 (on beş) manat, 1 (bir) ədəd çit pokrival 10 (on) manat, 1 (bir) ədəd 2 (iki) mərtəbli qaşıq dəsti 30 (otuz) manat, 1 (bir) ədəd tozsoran borusu 4,50 (dörd manat əlli qəpik), 1 (bir) ədəd plasmas vanna 10 (on) manat, 1 (bir) çörək qabı 10 (on) manat, 1 (bir) ədəd 1 nəfərlik ədyal 25 (iyirmi beş) manat, 2 (iki) ədəd nimdər üzlüyü 7 (yeddi) manat, 2 (iki) ədəd yorğan üzlüyü 32 (otuz iki) manat, 2 (iki) ədəd döşək üzlüyü 30 (otuz) manat, termonun üz qapağı - 15 manat, paltar dolabının qapıların 2 (iki) ədəd üz hissəsində olan dəymiş zərər -40 (qırx) manat, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 40 (qırx) manat, cəmi 636,5 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh3 və Cavabdeh4 tərəfindən iddiaçılara məxsus əmlaklara ziyan vurulması müəyyən edilməmiş, Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı1 və İddiaçı2 ödəməlidirlər. Bundan başqa iddiaçılar sonradan müəyyən edilib verilməyən əmlakların siyahısını qeyd etməklə həmin əmlakları da cavabdehlərdən tələb edirlər. Belə ki, Ağsu Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 550 mаnаt dəyərində 1 ədəd 14 qrаmlıq çəkidə qızıl boyunbаğı, 500 mаnаt dəyərində 1 ədəd 8 qrаmlıq çəkidə qızıl qolbаq, 700 mаnаt dəyərində 1 ədəd 8 qrаmlıq çəkidə qızıl üzük-sırğа dəsti, 1000 mаnаt dəyərində 1 ədəd 20 qrаm çəkidə qızıl sааt, 550 mаnаt dəyərində 1 ədəd 4 qrаmlıq çəkidə qızıl nişаn üzüyü, 350 mаnаt dəyərində 1 ədəd 7 qrаmlıq çəkidə qırmızı qаşlı obriçаnlı qızıl üzük, birlikdə 20 mаnаt dəyərində 2 ədəd gümüş üzük, 25 mаnаt dəyərində 1 ədəd gümüş sааt, 2000 mаnаt dəyərində 1 ədəd yаtаq dəsti, 500 mаnаt dəyərində 1 ədəd divаn, 2 ədəd kreslo, birlikdə 500 mаnаt dəyərində 1 ədəd stol, stul dəsti, 100 mаnаt dəyərində 1 ədəd jurnаl mаsаsı, 100 mаnаt dəyərində 1 ədəd çilçırаq, birlikdə 480 mаnаt dəyərində 2 ədəd xаlçа, 250 mаnаt dəyərində 1 ədəd tozsorаn, 50 mаnаt dəyərində 1 ədəd ütü, 170 mаnаt dəyərində 1 ədəd ət çəkən, 45 mаnаt dəyərində 1 ədəd elektrik çаyniki, 20 mаnаt dəyərində 1 ədəd divаr sааtı, 90 mаnаt dəyərində 1 ədəd çörək bişirən elektrik peçi, 250 mаnаt dəyərində 17 metr pərdə, 15 mаnаt dəyərində 1 ədəd böyük çörək yığılаn, 700 mаnаt dəyərində 1 ədəd «Sаmsunq» pаltаryuyаn mаşın, 5 mаnаt dəyərində 1 ədəd ələk, 3 mаnаt dəyərində 1 ədəd oxlov, 5 mаnаt dəyərində 1 ədəd sürtkəc, 5 manat dəyərində 1 ədəd çörək qаbı, 10 mаnаt dəyərində 1 ədəd göy rəngli mətbəx qаbı, 2 mаnаt dəyərində 1 ədəd kаuçuk аşsüzən, 2 mаnаt dəyərində 1 ədəd kаuçuk qаb, 15 mаnаt dəyərində 1 ədəd vаnnа, 15 mаnаt dəyərində 1 ədəd çuğun vedrə, birlikdə 200 mаnаt dəyərində 1 ədəd güldаn, 2 ədəd vаz, 30 mаnаt dəyərində 2 ədəd qızılı rəngdə qənd qаbı, 30 mаnаt dəyərində 1 ədəd üç mərtəbəli аğ rəngli ləpə qаbı, 35 mаnаt dəyərində 1 ədəd 6 ədədli çаy servizi, 45 mаnаt dəyərində 1 ədəd Kаrаcаdаn аğ-qаrа rəngli boşqаb dəsti, 10 mаnаt dəyərində 1 ədəd termos çаy qаbı, 7.50 mаnаt dəyərində 1 ədəd böyük pаdnos, 6 mаnаt dəyərində 1 qutu 3 ədəd sаp nаboru, 15 mаnаt dəyərində 1 ədəd tərəvəz doğrаyаn, 1 mаnаt dəyərində 1 ədəd 3 kq-lıq bаlon, 100 mаnаt dəyərində 1 ədəd qаşıq nаboru, 30 mаnаt dəyərində 1 ədəd bıçаq nаboru, 5 mаnаt dəyərində 1 ədəd 12 ədədli meyvə bıçаğı, 30 mаnаt dəyərində 1 ədəd çəhrayı saplı qаrışıq mətbəx dəsti, 5 mаnаt dəyərində 1 ədəd böyük аşsüzən, 6 mаnаt dəyərində 2 ədəd kiçik аşsüzən, 6 mаnаt dəyərində 1 ədəd аliminium tаs, 170 mаnаt dəyərində 1 ədəd tefаl qаzаn dəsti, 20 mаnаt dəyərində 1 ədəd çuğun qəhfədаn, 20 mаnаt dəyərində 1 ədəd çаynik, qəhvədаn dəsti, 10 mаnаt dəyərində 1 ədəd soğаn doğrаyаn, 130 mаnаt dəyərində 1 ədəd su qаbı аltı bаkаlı ilə birlikdə, 100 mаnаt dəyərində 2 ədəd hündür xrustаl bəzək qаbı, birlikdə 10 mаnаt dəyərində 2 ədəd xrustаl meyvə qаbı, 2 ədəd konfet qаbı, 2 ədəd qənd qаbı, birlikdə 16 mаnаt dəyərində 2 ədəd sаdə vаz, 15 mаnаt dəyərində 1 ədəd gecə lаmpаsı, 60 mаnаt dəyərində 2 ədəd suvenir – göyərçin, 1 ədəd dəvə birlikdə, 10 mаnаt dəyərində 1 ədəd ləpəçəkən, 60 mаnаt dəyərində 1 ədəd qırx səkkiz ədədlik boşqаb dəsti qızılı rəngli serviz, 15 mаnаt dəyərində аltı ədəd аş bulud boşqаbı, 12 mаnаt dəyərində аltı ədəd qаrа düz serviz boşqаbı, 50 mаnаt dəyərində аltı ədəd qızılı аğ boşqаb qədimi serviz, 12 mаnаt dəyərində аltı ədəd qаrpız qаbı və 1 ədəd buludu, 15 mаnаt dəyərində 11 ədəd sadə stəkan, 2 mаnаt dəyərində 12 ədəd qızılı rəngli nəlbəki, birlikdə 900 mаnаt dəyərində üç ədəd yun tək döşək, üç ədəd yun yorğаn, birlikdə 230 mаnаt dəyərində üç ədəd nimdаr, yeddi ədəd bаlış, 2 ədəd silkon bаlış, 210 mаnаt dəyərində 1 ədəd böyük pаkrıvаl, 100 mаnаt dəyərində 1 ədəd böyük qаrа rəngli odeyal, 50 mаnаt dəyərində 1 ədəd tək odeyal qаrşıq rəngli, 20 mаnаt dəyərində 1 ədəd tаxt üçün yataq ağı dəsti, birlikdə 39 mаnаt dəyərində 3 ədəd qətvə, 8 mаnаt dəyərində 1 ədəd tək аdаmlıq döşək ağı, 25 mаnаt dəyərində yararsız vəziyyətdə 1 ədəd elektriklə işləyən odeyal, 50 mаnаt dəyərində 2 ədəd süfrələr, 20 mаnаt dəyərində 1 ədəd göy rəngli sintifon yorğаn, 15 mаnаt dəyərində 1 ədəd yаşıl rəngli pаmbıq pаkrıvаl, 9 mаnаt dəyərində 1 ədəd qаrа-qırmızı rəngdə pаkrıvаl, 20 mаnаt dəyərində 12 ədəd аyаqsız qədəh, 50 mаnаt dəyərində 1 ədəd 3-ü bir yerdə pаdnos dəsti, birlikdə 20 mаnаt dəyərində 2 ədəd böyük bulud və 1 ədəd qovurmа qаbının naturada və ya dəyərlərinin alınaraq İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, qətnamədən cavabdeh tərəfinin verdiyi apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)- 2185/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi qismən, yəni, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 550 mаnаt dəyərində 1 ədəd 14 qrаmlıq çəkidə qızıl boyunbаğı, 500 mаnаt dəyərində 1 ədəd 8 qrаmlıq çəkidə qızıl qolbаq, 700 mаnаt dəyərində 1 ədəd 8 qrаmlıq çəkidə qızıl üzük-sırğа dəsti, 1000 mаnаt dəyərində 1 ədəd 20 qrаm çəkidə qızıl sааt, 550 mаnаt dəyərində 1 ədəd 4 qrаmlıq çəkidə qızıl nişаn üzüyü, 350 mаnаt dəyərində 1 ədəd 7 qrаmlıq çəkidə qırmızı qаşlı obriçаnlı qızıl üzük, birlikdə 20 mаnаt dəyərində 2 ədəd gümüş üzük, 25 mаnаt dəyərində 1 ədəd gümüş sааtın naturada və ya dəyərləri alınaraq İddiaçı1 verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “sonradan müəyyən edilib verilməyən əmlakların tələbi” hissəsində rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-381/2020 saylı qətnaməsi tərəflər arasında müvafiq olaraq apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020ci il tarixli, 2(107)-2185/2020 saylı qətnaməsi qanuni qüvvəsini almaqla icra da edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, göstərilən qətnamə işdə iştirak edən şəxslərə aid olduğundan, göstərilən hallar yenidən sübut edilməməlidir. Bundan başqa iddiaçılar Ağsu rayon Probasiya və İcra şöbəsinin əməkdaşları yararsız və zədəli cehizlik əşyalarını məcburən qəbul etdirdiklərinə görə onlara əlavə əziyyət, problemlər yaratdıqlarına görə çəkdiyi 1000 (min) manat dəyərində maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Lakin həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, icra məmuru qanunverciliklə müəyyən edilmiş vəzifəsinə əsasən icraatına daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbir görərək icra prosesində tələbkara şikayət vermək hüququnu izah etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçılar öz tələblərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçılar iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, iddiaçılar sonradan müəyyən edilib verilməyən əmlakları cavabdehlərdən, 1000 (min) manat dəyərində maddi və mənəvi ziyanın ödənilməsini Cavabdeh1 əməkdaşından tələb etsədə həmin halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddialarını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, hazırkı tələb üzrə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 112 manat dövlət rüsumu, 50 manat mediasiya üçün ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 112 manat dövlət rüsumunun 82 manatı iddiaçılara aid edilməli, 30 manatı, həmçinin mediasiya xərci olan 50 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 2 (iki) stulların arxasında olan gülləri (bantik) - ümumi 15 (on beş) manat, taxtın başlıqı qabaq hissəsində olan kəsiklər - 15 (on beş) manat, divan və 2 (iki) kresloya dəymiş ümumi zərər - 50 (əlli) manat, sandığın üzlüyü (parçası) - 7 (yeddi) manat, 1 (bir) ədəd tumbuçkanın ön siyirmələrinin qapaqları (2 (iki) ədəd) - 8 (səkkiz) manat, 1 (bir) ədəd tumbuçkanın üst hissəsində olan cızıq - 8 (səkkiz) manat, paltar dolabının yan dikməsində olaq cızıq - 30 (otuz) manat, termonun üz qapağı - 15 manat, paltar dolabının qapıların 2 (iki) ədəd üz hissəsində olan dəymiş zərər - 40 (qırx) manat, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 190 (bir yüz doxsan) manat, 1 (bir) ədəd pokrival 28 manat, 2 (iki) ədəd balış üzlüyü 7 (yeddi) manat, 1 (bir) ədəd 2 (iki) nəfərlik taxt pasteli 35 (otuz beş) manat, 1 (bir) ədəd sintifon yorğan 15 (on beş) manat, 1 (bir) ədəd çit pokrival 10 (on) manat, 1 (bir) ədəd 2 (iki) mərtəbli qaşıq dəsti 30 (otuz) manat, 1 (bir) ədəd tozsoran borusu 4,50 (dörd manat əlli qəpik), 1 (bir) ədəd plasmas vanna 10 manat (on) manat, 1 (bir) çörək qabı 10 (on) manat, 1 (bir) ədəd 1 nəfərlik ədyal 25 (iyirmi beş) manat, 2 (iki) ədəd nimdər üzlüyü 7 (yeddi) manat, 02 (iki) ədəd yorğan üzlüyü 32 (otuz iki) manat, 2 (iki) ədəd döşək üzlüyü 30 (otuz) manat, 01 (bir) ədəd elektriklə işləyən ədyal 15 (on beş) manat, cəmi 636,5 manat, ödənilmiş dövlət rüsumunun 30 manatı və mediasiya xərci olan 50 manat tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 82 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 2 (iki) stulların arxasında olan gülləri (bantik) - ümumi 15 (on beş) manat, taxtın başlıqı qabaq hissəsində olan kəsiklər - 15 (on beş) manat, divan və 2 (iki) kresloya dəymiş ümumi zərər - 50 (əlli) manat, sandığın üzlüyü (parçası) - 7 (yeddi) manat, 1 (bir) ədəd tumbuçkanın ön siyirmələrinin qapaqları (2 (iki) ədəd) - 8 (səkkiz) manat, 1 (bir) ədəd tumbuçkanın üst hissəsində olan cızıq - 8 (səkkiz) manat, paltar dolabının yan dikməsində olaq cızıq - 30 (otuz) manat, termonun üz qapağı - 15 manat, paltar dolabının qapıların 2 (iki) ədəd üz hissəsində olan dəymiş zərər - 40 (qırx) manat, ümumilikdə bu işlərin görülməsi üçün tələb olunan zəhmət haqqı - 190 (bir yüz doxsan) manat, 1 (bir) ədəd pokrival 28 manat, 2 (iki) ədəd balış üzlüyü 7 (yeddi) manat, 1 (bir) ədəd 2 (iki) nəfərlik taxt pasteli 35 (otuz beş) manat, 1 (bir) ədəd sintifon yorğan 15 (on beş) manat, 1 (bir) ədəd çit pokrival 10 (on) manat, 1 (bir) ədəd 2 (iki) mərtəbli qaşıq dəsti 30 (otuz) manat, 1 (bir) ədəd tozsoran borusu 4,50 (dörd manat əlli qəpik), 1 (bir) ədəd plasmas vanna 10 manat (on) manat, 1 (bir) çörək qabı 10 (on) manat, 1 (bir) ədəd 1 nəfərlik ədyal 25 (iyirmi beş) manat, 2 (iki) ədəd nimdər üzlüyü 7 (yeddi) manat, 02 (iki) ədəd yorğan üzlüyü 32 (otuz iki) manat, 2 (iki) ədəd döşək üzlüyü 30 (otuz) manat, 01 (bir) ədəd elektriklə işləyən ədyal 15 (on beş) manat, cəmi 636,5 manat, ödənilmiş dövlət rüsumunun 30 manatı və mediasiya xərci olan 50 manat tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 82 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-5/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-5/2025
07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver