Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-528/2023 19.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 oğluna qarşı "kredit borcu" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"ASC cavabdeh X1 oğluna qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 oğlundan "xxxx" ASC-nin xeyrinə 5954,46 AZN əsas, 978,12 AZN faiz, cəmi 6932,58 AZN pul vəsaitinin və 89,33 AZN dövlət rüsumunun tutulmasэ barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X1 oğlu arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci tarixli RGRR4854903A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına müddəti 48 ay,illik 28 faiz dərəcəsi ilə 6512 AZN məbləğində pul mədaxil edilmişdir.Daha dəqiq kredit nəğd qaydada deyil cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köşürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazimı qaydada yerinə yetirmir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə X1 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGRR4854903A299 nömrəli Kredit və Bank hesabı müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehin kartına müddəti 48 ay, illik 28 faiz dərəcəsi ilə 6512 AZN məbləğində pul mədaxil edilmişdir. X1 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 oğlunun xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 6932,58 AZN borcu vardır. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, X1 oğluna Bank qarşısında olan gecikdirilmə xx.xx.2023-cü il tarixinə gecikmə 105 gün olmaqla 1017,5 manat məbləğində borcun ödənilməsi təklif olunmuşdur, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 89,33 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə X1 oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə müddəti 48 ay, illik 28 faiz dərəcəsi ilə 6512 AZN məbləğində pul mədaxil edilmişdir. X1 oğlu krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 5954,46 AZN əsas məbləğ üzrə, 978,12 AZN faiz üzrə, cəmi 6932,58 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 89,33 manat məbləğində vəsait tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 5954,46 AZN əsas məbləğ üzrə, 978,12 AZN faiz üzrə, cəmi 6932,58 AZN borc və dövlət rüsumu olaraq ödənilmiє 89,33 AZN məbləğində vəsait tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(016)-528/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-528/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver