Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-539/2024 07.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X19 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından 3 uşaqları xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yaşaması üçün Azərbaycan Respublikasının Nazirlər kabinetinin qərararına əsasən bir uşağa hər ay 235 manat üç uşağa isə 705 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Bu barədə nikahın ləğv olunması haqqında akt qeydlər kitabında 23 aprel 2020-ci ildə 18 nömrə ilə qeyd edilmişdir. Nikahı pozulması haqqında Şəhadətnamə 23 aprel 2020-ci ildə Ağsu rayon qeydiyyat şöbəsindən verilmişdir. Birgə nikahlarından 3 uşaqları xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Rəsmi nikaha daxil olduqdan sonra cavabdehlə aralarında mübahisələr olurdu bu səbəbdən də aralarında nikah pozulmuşdur. Cavabdeh tərəfdən onun üçün 3 uşaqlarına heç bir kömək olmur. Cəmi 180 manat Ağsu rayon məhkəməsi cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxartmışdır. Hesab edir ki, 180 manat aliment 3 uşağa görə çox azdır. O işləmir, cavadeh isə Ağsu rayonu Ağabəyli kəndində müəllim işləyir, bundan başqa taksi fəaliyyəti ilə də məşğul olur. Cavabdeh mediasiya sesiyasında iştirak etmiş, amma maaşını düzgün bildirməmişdir. Düşünür ki, birgə nikalarında olan 3 uşaqları xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 hüquqları pozulur. Pozulmuş hüquqları cavabdehin qeydiyyatda olan Ağsu rayon məhkəsində öz həllini tapmalıdır. Cavabdeh bir uşağa görə hər ay 235 manat olmaqla üç uşağa 705 manat sabit pul məbləğində aliment ödəməlidir. İdiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə ərizə verərək, Cavabdeh ilə birgə nikahlarından olan 3 uşaqları xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yaşaması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən əmək haqqının 50 % həcmində aliment tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasın xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinin həcminin azaldıması ilə bağlı ərizə ilə qismən razı olduğunu bildirdi və əmək haqqısının 40 faizi miqdarında aliment tutulmasına etiraz etmədiyini qeyd etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Səyyar ASAN tərəfindən verilən Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 rayonu Bico kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Səyyar ASAN tərəfindən verilən Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 rayonu Bico kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Səyyar ASAN tərəfindən verilən Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 rayonu Bico kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır - Ağsu Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2(016)-147/2020 saylı qətnaməsindən görünür ki, Qurbanova (Hüseynova) Gülzar Elman qızı ilə Cavabdeh arasında 06 dekabr 2010-cu il tarixdə Ağsu rayonu Bico kənd icra nümayəndəliyində 17 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, 11 dekabr 2010-cu il təvəllüdlü X10, 22 aprel 2012-ci il təvəllüdlü X8 və 17 may 2013-cü il təvəllüdlü X7 anaları X5 yanında qalması və11 dekabr 2010-cu il təvəllüdlü X10, 22 aprel 2012-ci il təvəllüdlü X8 və 17 may 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh 09 dekabr 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 60 (altmış) manat, üç uşağa görə 180 (yüz səksən) manat məbləğində sabit pul şəklində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. - “Azemis” Elektron Məhkəmə informasiya sitemindən edilmiş sorğunun cavabından görünür ki, Cavabdeh X17 Təhsil İdarəsində Ümumi təhsil məktəbində müəllim vəzifəsində işləyir və 1302,37 manat əmək haqqı alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə həmçinin alimentin tutulma miqdarını araşdıraraq hesab edir ki, tərəflərin birgə nikahlarından üç uşaqları anadan olduğundan və iddiaçı cavabdehin aylıq qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmasını tələb etdiyindən cavabdehdən hər ay, aylıq qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, hazırki iş üzrə dövlət rüsumu olaraq 76,40 manat ödənilməlidir, iddiaçı tərəfində mediasiyaya müraciət üçün 50 manat mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2(016)-147/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün üç uşağa görə Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarda aliment tutularaq İddiaçı verilməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, məhkəmə xərci Cavabdeh aid edilməli və Cavabdeh ödənilməli olan 26,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2(016)-147/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün üç uşağa görə Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarda aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Məhkəmə xərci Cavabdeh aid edilsin və Cavabdeh ödənilməli olan 26,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-539/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-539/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver