Məhkəmə qərarları › İş №2(016)-542/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-542/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-542/2024 06.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını, ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçının nümayəndəsi mülki işin baxılmamış saxlanılması barədə ərizə verdiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar