Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-561/2023 31.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 cavabdehlər X7 və X2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən 2.000 manat və dövlət rüsumuna görə ödənilmiş 46 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir müddət əvvəl cavabdehlər ona müraciət edərək ona məxsus olan “Hüseyn KFT”-də çoban işləmək istədiklərini bildirmişlər. Bu səbəbdən o, həmin şəxslərlə xx.xx.2022-ci il tarixdə 3 saylı müqavilə bağlayaraq onları işə götürmüş, cavabdehlər ona bildirmişlər ki, onların digər bir şəxsə 1.850 manat borcları var, həmin pulu əvvəlcədən onlara versin, onlar aparıb borclarını ödəsinlər, əvəzində onlara ödəyəcəyi aylıq 400 manat puldan hər ay 200 manat hissəsini çıxarsın. O, həmin vaxt çobanı olmadığından və onlar ər-arvad olduqlarından inanıb razılaşmışdır. Bir müddət işlədikdən sonra ayrı-ayrı vaxtlarda yenə borc almışlar və ümumilikdə 2.600 manat borcları yaranmışdır. Bir müddət işlədikdən sonra isə ona xəbər vermədən çıxıb getmişlər. Cavabdehlərdən dəfələrlə borclu olduqları pulu geri tələb etsə də heç bir nəticəsi olmamışdır. Hər dəfə bir bəhanə ilə onun pulunu verməkdən yayınırlar. Bu səbəbdən, məcbur olub məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, X1 Səbuhi İbrahim oğluna 1.850 manat borc pul verməklə onu aylıq 400 manat əməkhaqqı ödəmək, hər ay əməkhaqqından 200 manat borcuna çıxmaq şərtilə 2 il müddətinə çoban kimi işə götürmüşdür. Müqaviləni iddiaçı X8 və cavabdeh X7 imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, iddiaçıya məxsus “X16 Təsərrüfatı” MMC-də çoban işləyir, iddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Elgiz müəllim cavabdehlərə hər dəfə 200, 300, 600 manat olmaqla bir neçə dəfə pul verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, iddiaçıya məxsus “X16 Təsərrüfatı” MMC-də briqadir işləyir, iddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Elgiz müəllimin bir neçə dəfə cavabdehlərə pul verdiyini görüb, amma cəmi nə qədər pul verdiyini bilmir. Məhəkəmə iclasında müəyyən edildi ki, iddiaçı X8 cavabdeh X5 1.850 manat borc pul verməklə cavabdehləri aylıq 400 manat əməkhaqqı ödəmək, hər ay əməkhaqqılarından 200 manat borca çıxmaq şərtilə 2 il müddətinə çoban kimi işə götürmüşdür. Lakin cavabdeh X7 borcunu ödəmədən və ona xəbər vermədən işdən çıxıb getmişdir. Cavabdeh X7 iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh X7 iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh X7 iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 46 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumunun 7,5 manatı iddiaçıya, 38,5 manatı cavabdeh X5 aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X3 1.850 manat və dövlət rüsumu olaraq ödənilmiş 38,5 manat məbləğində pul vəsaiti iddiaçı X4 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 7,5 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-561/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-561/2023
31.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver