Məhkəmə qərarları › İş №2(016)-60/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-60/2023

16.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-60/2023 16.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh X2 qarşı “mübahisəli yaşayış evinin tikintisinə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəsulova Mədinə Mahirqızı cavabdeh X2 qarşı “mübahisəli yaşayış evinin tikintisinə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri götürülməsi zərurəti yaranmışdır. Bu səbəblə cavabdehə qarşı qaldırdığı iddianı geri çəkir. Barələrində olan mülki işi baxılmamış saxlayaraq iddia ərizəsinə əlavə etdiyi sənədlərin ona geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və MPM-in 259, 260, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh X2 qarşı “mübahisəli yaşayış evinin tikintisinə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar