Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-637/2025 17.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və mənəvi ziyanının ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehdən ona aid olan “Fantaziya” üzük sirkon qaşları ilə, 585 əyarlı, 0,70 qr – 70 manat, üzük-sırğa, boyunbağı və qolbaqdan ibarət sirkon qaşlar ilə dəst 585 əyarlı, 10,30 qr – 1.030 manat olmaqla cəmi 1.100 manat və mənəvi ziyanın əvəzi olaraq 1.000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı ərizə ilə müraciət edərkən bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddiaçı həm “qızıl-zinət əşyalarının qaytarılması” tələbini, həm də “mənəvi ziyanın əvəzi olaraq 1.000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi” tələbini bir iddia ərizəsində birləşdirərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçının iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də, iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və MPM-in 152, 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və mənəvi ziyanının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-637/2025
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-637/2025
17.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver