Məhkəmə qərarları › İş №2(016)-658/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-658/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-658/2023 30.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə BPM**********41 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 2.786,32 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 2.786,33 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 483,43 manat əsas borc və 1,98 manat faiz borcu olmaqla, cəmi 485,41 manat məbləğində kredit borcunun, ödənilmiş 52,72 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Hacıyev Qabil Xəlil oğlu arasında bağlanmış BPM**********41 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 39 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 3.500 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. X2 Xəlil oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 134 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Hacıyev Qabil Xəlil oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh 24.022022-ci il tarixli, 25 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişdir. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Hacıyev Qabil Xəlil oğlunun BPM**********41 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 2.786,32 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla, cəmi 2.786,33 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 483,43 manat əsas borc və 1,98 manat faiz borcu olmaqla, cəmi 485,41 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum Hacıyev Qabil Xəlil oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, Hacıyev Qabil Xəlil oğlu bankdan kredit götürmüş və o, həmin pulu öz müalicəsinə xərcləmişdir. O, hal-hazırda heç bir yerdə işləmədiyi üçün ödəniş edə bilmir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan BPM**********41 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən iddiaçı tərəfindən Hacıyev Qabil Xəlil oğluna 39 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 3.500 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 2.786,32 manat əsas borcu, 0.01 manat faiz borcu olmaqla, cəmi 2.786,33 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 483,43 manat əsas borc və 1,98 manat faiz borcu olmaqla, cəmi 485,41 manat borcu vardır. İş materiallarında olan AZ-İİ-207178 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Hacıyev Qabil Xəlil oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə mərhum Hacıyev Qabil Xəlil oğlunun borcunun ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixli, PKİD/miş-0120 saylı bildiriş göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Hacıyev Qabil Xəlil oğlunun vərəsəsi Cavabdehdır və miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK-nin Ağsu rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş seriya nömrəsi JN:212, KOD: 40908018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 6.73 ha. olan torpaq sahəsindən Hacıyev Qabil Xəlil oğluna çatan hissədən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi A/198, A/199 və A/200 olan arayışlara əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Hacıyev Qabil Xəlil oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2021-ci il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.1954-cü il təvəllüdlü Hacıyev Qabil Xəlil oğlunun adına Ağsu rayon notariat ofisində 2V-119 reyestr nömrəli xx.xx.2022-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsəsi Cavabdeh qəbul etdiyindən, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsə miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə, iddia tələbinin 52,72 manat məbləğində dövlət rüsumunun və 0.4 manat xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 2.786,32 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 2.786,33 manat və bundan başqa, bərpa olunan kredit limiti üzrə 483,43 manat əsas borc və 1,98 manat faiz borcu olmaqla, cəmi 485,41 manat məbləğində kredit borcu, ödənilmiş 52,72 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar