Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-66/2023 26.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"ASC cavabdeh X3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 "xxxx" ASC-nin xeyrinə 5000 AZN əsas, 526,86 AZN faiz, cəmi 5526,86 AZN pul vəsaitinin və 75,26 AZN dövlət rüsumunun tutulmasэ barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X4 arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci tarixli GTZK4676873A299 saylı Kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Daha dəqiq desələr kredit nəğ qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazimı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdı. Cavabdehin xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən 5000 AZN əsas, 526,86 AZN faiz, cəmi 5526,86 AZN borcu vardır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı "xxxx"ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbini qəbul edir, hal hazırda işləmədiyinə borcundan ödəniş edə bilmir. İşləri düzələn kimi ödəniş edəcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli,GTZK4676873A299 nömrəli Kredit və Bank hesabı müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 35 ay müddətinə, illik 15% ödəmək şərtilə 5000 manat məbləğdə kredit verilmişdir. X4 kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə 5526,86 AZN borcu vardır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, X3 Bank qarşısında olan gecikdirilmə xx.xx.2022-ci il tarixinə gecikmə 115 gün olmaqla 845,27 manat məbləğində borcu 5 təqvim günü müddətində ödənilməsi təklif olunmuşdur, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 75,26 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 35 ay müddətinə, illik 15% ödəmək şərtilə 5000 manat məbləğdə kredit verilmişdir. X6oğlukrediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 AZN əsas məbləğ üzrə, 526,86 AZN faiz üzrə, cəmi 5526,86 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 75,26 manat məbləğində vəsait tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 AZN əsas məbləğ üzrə, 526,86 AZN faiz üzrə, cəmi 5526,86 AZN borc və dövlət rüsumu olaraq ödənilmiє 75,26 AZN məbləğində vəsait tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-66/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-66/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver