Məhkəmə qərarları › İş №2(016)-677/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-677/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-677/2023 31.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi ilə İclas katibi X6, İddiaçının nümayəndəsi X8, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********72 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 301.40 manat əsas borc, 3.07 manat faiz borcu olmaqla cəmi 304.47 manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Ağsu filialı ilə X7 arasında bağlanmış BPM**********72 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X5 24 ay müddətinə illik 20 faiz olmaqla 1600 (bir min altı yüz) manat məbləğində nağd kredit kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şamaxı regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 460 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh xx.xx.2022-ci il tarixli, V-93/2022 nömrəli vərəsəlik işi üzrə, reyestrdə 2V-157 № ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 BPM**********72 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 301.40 manat əsas borc, 3.07 manat faiz borcu olmaqla cəmi 304.47 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərdi ki, mərhum Nəzirə Kərimova onun bacısıdır. Bacısı keçən il vəfat etmişdir. Bacısının vərəsəsi olmaqla mirası qəbul etsədə bacısının banka olan borcundan məlumatı olmamışdır. Təqaüdçüdür, borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Lakin həmin borcu hissə-hissə də olsa ödəməyə çalışacaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Kərmova Nəzirə Əlövsət qızı arasında bağlanmış BPM**********72 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kərmova Nəzirə Əlövsət qızına illik 20 faiz olmaqla 24 ay müddətinə 1600 AZN məbləğində kredit verilmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Kərmova Nəzirə Əlövsət qızının həmin tarixə "xxxx" ASC-yə ödənilməmiş əsas borc 301,40 AZN, faiz borcu 3,07 AZN, cəmi 304,47 AZN borcu vardır. - AZ-İİ-207120 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Ağsu şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin avqust ayının 25-də 315 nömrə ilə qeyd edilmişdir. - İddiaçının sorğusuna Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin notariusu tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X3 adına Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində Cavabdeh müraciəti əsasında xx.xx.2022-ci ildə açılmış V-93/2022 saylı vərəsəlik işi üzrə vərəsəsi Cavabdeh müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən mərhum X3 vərəsəsi Cavabdeh borcun ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixli, PKİD/miş-0141 saylı bildiriş göndərmiş, 301,40 manat məbləğində borcu 5 iş günü müddətində ödənilməsi təklif olunmuşdur, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Kərmova Nəzirə Əlövsət qızı arasında bağlanmış BPM**********72 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kərmova Nəzirə Əlövsət qızına illik 20 faiz olmaqla 24 ay müddətinə 1600 AZN məbləğində kredit verilmişdir. Kərmova Nəzirə Əlövsət qızı krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmiş, xx.xx.2021-ci il tarixdə Ağsu şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Kərmova Nəzirə Əlövsət qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2021-ci il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. Kərmova Nəzirə Əlövsət qızının adına Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində xx.xx.2022-ci ildə açılmış V-93/2022 saylı vərəsəlik işi üzrə mirası vərəsəsi Cavabdeh qəbul etdiyindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsəsi miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdıqlarından iddiaçı cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. MM-nin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-nin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-nin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə BPM**********72 nömrəli, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən nağd kredit üzrə 301,40 manat əsas borc, 3,07 manat faiz borcu olmaqla cəmi 304,47 manat məbləğində kredit borcu tutulmalı, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********72 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə əsas borc 301,40 manat, faiz borcu üzrə 3,07 manat olmaqla, cəmi 304,47 manat tutulsun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar