Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-678/2023 03.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə BPM**********06 nömrəli, xx.xx.2019-cu il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 2.231,67 manat əsas, 27,03 manat faiz və 27,05 manat cərimə borcu olmaqla, cəmi 2.285,75 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 259,82 manat əsas borcu olmaqla, cəmi 259,82 manat məbləində kredit borcu, ödənilmiş 45,46 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı haqqının tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Abdulov Şaiq Ataxan oğlu arasında bağlanmış BPM**********06 nömrəli, xx.xx.2019-cu il tarixli tam kart çərçivə müqaviləsinə əsasən Abdulov Şaiq Ataxan oğluna 48 ay müddətinə, illik 17 faiz olmaqla 3.100 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 600 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. X2 Ataxan oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 133 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Abdulov Şaiq Ataxan oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2021ci il tarixli, 227 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişlər. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Abdulov Şaiq Ataxan oğlunun BPM**********06 nömrəli, xx.xx.2019-cu il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 2.231,67 manat əsas, 27,03 manat faiz və 27,05 manat cərimə borcu olmaqla, cəmi 2.285,75 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 259,82 manat əsas borcu olmaqla, cəmi 259,82 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehlər, mərhum Abdulov Şaiq Ataxan oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 30 avqust 2023-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, onun üç övladı var. Böyük övladı hərbi xidmətdədir, ikinci oğlu da çağırışçıdır, üçüncü övladı xəstədir. Kredit borcundan ödəniş edə bilmir. Özü Çiyni məktəbində müəllimə işləyir, 600 manat maaş alır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan BPM**********06 nömrəli, xx.xx.2019-cu il tarixli tam kart çərçivə müqaviləsinə əsasən Abdulov Şaiq Ataxan oğluna 48 ay müddətinə, illik 17 faiz olmaqla 3.100 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 600 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Abdulov Şaiq Ataxan oğlunun xx.xx.2023-cü il tarixə tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 2.231,67 manat əsas, 27,03 manat faiz və 27,05 manat cərimə borcu olmaqla, cəmi 2.285,75 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 259,82 manat əsas borcu olmaqla, cəmi 259,82 manat borcu vardır. İş materiallarında olan AZ-İİ-157856 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abdulov Şaiq Ataxan oğlu xx.xx.2021-ci il tarixdə Ağsu rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin iyun ayının 29-da 219 nömrə ilə qeyd edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehlərə mərhum Abdulov Şaiq Ataxan oğlunun borcunun ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixli bildiriş göndərmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Abdulov Şaiq Ataxan oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur və onların hər biri miras əmlakdan 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 1996-cı il olan Mercedes Benz 230 minik markalı, **-DU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Abdulov Şaiq Ataxan oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur və onların hər biri miras əmlakdan 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X4 Mərkəzinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubuna əsasən mərhum Abdulov Şaiq Ataxan oğluna ödənilməli olan 750 manat məbləğində pul vəsaitindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Abdulov Şaiq Ataxan oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2021-ci il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.1978-ci il təvəllüdlü Abdulov Şaiq Ataxan oğlunun adına Ağsu rayon notariat ofisində 2V - 44 reyestr nömrəli xx.xx.2022-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qəbul etdiyindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı cavabdehlərdən əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə, iddia tələbinin 45,46 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 2.231,67 manat əsas, 27,03 manat faiz və 27,05 manat cərimə borcu olmaqla, cəmi 2.285,75 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 259,82 manat əsas borcu olmaqla, cəmi 259,82 manat məbləində kredit borcu, ödənilmiş 45,46 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-678/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-678/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver