Məhkəmə qərarları › İş №2(016)-686/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-686/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-686/2024 17.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Nəsimi rayonu, A.A.Bakıxanov küçəsindədir. Bu səbəbdən, iddiaçılar iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 35-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarından müəyyən olunur ki, iddiaçılar qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişlər. Belə ki, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən İddiaçı1 34 manat, İddiaçı2 30 manat, İddiaçı4 30 manat, İddiaçı5 30 manat, İddiaçı6 41 manat, İddiaçı7 30 manat, İddiaçı8 34 manat, İddiaçı3 30 manat dövlət rüsumu ödəmişlər. MPM-in 114.1.3-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC vasitəsilə iddiaçılar İddiaçı1 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 34 manat, İddiaçı2 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat, İddiaçı4 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat, İddiaçı5 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat, İddiaçı6 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 41 manat, İddiaçı7 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat, İddiaçı8 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 34 manat, İddiaçı3 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. MPM-in 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və MPM-in 152, 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar "xxxx" ASC vasitəsilə iddiaçılar İddiaçı1 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 34 manat, İddiaçı2 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat, İddiaçı4 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat, İddiaçı5 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat, İddiaçı6 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 41 manat, İddiaçı7 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat, İddiaçı8 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 34 manat, İddiaçı3 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb onlara geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar