Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-69/2024 29.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audi və video yazı ilə aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında cavabdehin ona dəymiş ziyanı tam ödədiyini bildrimiş bu səbəbdən iddia ərizəsini, ona əlavə olunmuş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunu tam qaytardığını, bu səbəbdən iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını, ərizəni nəzərə alaraq hesab edir ki, tərəflər mülki işin baxılmamış saxlanılması barədə ərizə verdiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in: 259.0.11-ci maddəsinə əsasən, mülki işin baxılmamış saxlanılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Azərbaycan Respublikası Beynəlxalq Bank ASC vasitəsi ilə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-69/2024
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-69/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver