Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-707/2024 10.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X14 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək 19 oktyabr 1937-ci ildə anadan olmuş və 15 yanvar 1996-cı ildə Ağsu şəhərində vəfat etmiş X1nun ölümünun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxxxxx 1962-ci ildə Ağsu şəhərində anadan olmuşdur. X1 19 oktyabr 1937-ci ildə anadan olmuşdur və qardaşı 15 yanvar 1996-cı il tarixdə vəfat etmişdir. Ağsu şəhərində yerləşən və valideyinlərindən miras qalmış əmlakı adına keçirtmək istəyir. Bu məqsədlə ona vərəsəlik şəhadətnaməsi verilmək üçün Ağsu rayon Notariat kontoruna müraciət etmişdir. Orada sənənədləri araşdırılmış və qardaşının ölüm haqqında şəhadənaməsi tələb olunmuşdur. Qardaşı rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Qardaşının ölümünün qeydə alınıb-alınmaması barədə Maraqlı şəxsnə müraciət etsə də orada qardaşının ölüm aktı qeydi tapılmamış və ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Mərhum X1 15 yanvar 1996-ci il tarixdə Ağsu şəhərində vəfat etmiş və onu şəhər camaatının iştirakı ilə Ağsu şəhəri, Şeyx Dursun qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin vaxt qardaşı rəhmətə gedərkən başları qarışıq olduğu üçün qeydiyyat şöbəsinə müraciət etmək ağıllarına gəlməmiş, hüzrdə qohumlar və qonşular iştirak etmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X9 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin X1 15 yanvar 1996-cı il tarixdə rəhmətə getmiş və o, Ağsu şəhəri, Şeyx Dursun qəbiristanlığında dəfn edilmişdir. Dəfndə və yas mərasimlərində o, şəxsən iştirak etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Quşencə kən icra nümayəndəliyi tərəfindən verilmiş **********1051961 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X8 ilə X3 arasında nikah xx.xx.1961-ci il tarixdə bağlanmış və 4AZ-İ seriyalı, 277656 nömrəli şəhadətnamə verilmişdir. - Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-xx-xx/2024 saylı məktubla müəyyən edilir ki, X5 ölümü haqqında akt qeydi şöbədə aşkar edilməmişdir. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X9, X4 və X2 şəhər sakini X5 15 yanvar 1996-ci il dəfnində iştirak etmişlər. Mərhumun qəbirstanlıqda qəbri mövcuddur. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-25/2-Ə-194/24 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında yaşamış 1937-ci ildə anadan olmuş qardaşının deməsinə görə 1996-cı ildə vəfat etmiş X5 ölümünə dair tibbi sənədinin alınması ilə bağlı “Ağsu RMX” PHŞ-nə müraciət edilməmiş və ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-16-5/8xx-xx/2024 saylı məktubla müəyyən edilir ki, X5 doğumu haqqında akt qeydi şöbədə aşkar edilməmişdir. Həmçinin İsmayıllı rayon qeydiyyat şöbəsinin arxivindədə də aşkar edilməmişdir. Nikaha isə doğum haqqında şəhadətnamə olmadığından şəxsiyyəti təsdiq edən sənəd əsasında girmişlər. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-34-12/2-3-1232/2024 nömrəli Arayışdan görünür ki, 1937-ci ildə anadan olmuş X8 1996-cı il tarixdə xəstəlikdən sonra vəfat etmişdir və Ağsu şəhər Şeyx Dursun qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun qəbirstanlıqda qəbri mövcuddur. - Foto şəkillərdən görünür ki, X5 15 yanvar 1996-cı tarixdə anadan olmaqla xx.xx.2022-ci ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qardaşı xx.xx.1937-ci təvəllüdlü X8 xx.xx.1996-cı il tarixdə Ağsu şəhərində vəfat etmiş. Lakin mərhumların ailə üzvləri onun ölüm faktlarını təsdiq edən tibbi şəhadətnamələri almamışlar. Ərizəçi qardaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamələrinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin xx.xx.1937-ci təvəllüdlü X8 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1937-ci ildə Ağsu şəhərində anadan olmuş X5 xx.xx.1996-cı ildə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci ildə Ağsu şəhərində anadan olmuş X5 xx.xx.1996-cı ildə Ağsu şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-707/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-707/2024
10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver