Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(5-88)-22/2026 08.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, Ərizəçi ölüm və qohumluq faktının tanınması tələbinə dair ərizəsini nəzərdən keçirib, müəyyən etdi:
1. Ərizəçi ölüm və qohumluq faktının tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsini, nənəsi X2 1976-cı ildə, atası X1 1948-ci ildə ölməsi və ərizəçinin onlarla qohumluq münasibətində olmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddənin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.
3. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır.
4. Belə ki, Ərizəçi həm ölüm faktının müəyyən edilməsi, həm də qohumluq faktının müəyyən edilməsi ilə bağlı eyni ərizə ilə müraciət etmişdir.
5. Məhkəmə qeyd edir ki, hazırki halda Ərizəçi X4 və X3 qohumluq faktları müəyyən edilmədən, ərizəçinin həmin şəxslərin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə müraciət etmək üçün subyektiv hüququ mövcud olmayacaqdır.
6. Məhkəmə hesab edir ki, ərizəçi ilk növbədə X4 və X3 ilə qohum olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli, qohumluq faktı məhkəmə qaydasında təsdiqləndərsə, müvafiq subyektiv hüquqa malik olan şəxs kimi ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə marciət edə bilər.
7. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi ölüm və qohumluq faktının tanınmasına dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
8. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Ərizəçi ölüm və qohumluq faktının tanınmasına dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hаkim: Aslan Heydarov.