Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-806/2024 21.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 21 iyun 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il tarixdə Qazax şəhərində anadan olmuş X6 xx.xx.1978-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X8 xx.xx.1978-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. X8 qısa müddət yaşayaraq təxminən 5 ay sonra evdə vəfat etmişdir. X16 rayon Canallı kənd qəbristanlıqda dəfn edilmişdir. Oğlu vəfat etdikdən sonra onun ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. X3 ölüm şəhadətnaməsi olmadığından əri X7 miras qalmış əmlakın sənədləşdirilməsində çətinliklər yaşanır. Buna görə Maraqlı şəxsnə müraciət etmiş, lakin onun ölüm faktının qeydə alınması barədə rəsmi sənəd əldə edə bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qohumudur. Ərizəçi Fatma X1 ilə birgə nikahından xx.xx.1978-ci il tarixdə X8 adlı usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni xx.xx.1978-ci il tarixdə ölmüşdür və onu Qazax rayon Canallı kənd qəbristanlığında dəfn etmişlər. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qohumudur. Ərizəçi Fatma X1 ilə birgə nikahından xx.xx.1978-ci il tarixdə X8 adlı usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni xx.xx.1978-ci il tarixdə ölmüşdür və onu Qazax rayon Canallı kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X8, atası X11, anası Ərizəçi olmaqla 02 iyul 1978-ci ildə Qazax şəhərində doğulmuşdur. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, X6 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə Maraqlı şəxs və Kosalar kənd icra nümayəndəliyi üzrə 1979-1982-ci illərə dair ölüm haqqında akt qeydləri yoxlanılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2000-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-70-163 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X6 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 30 aprel 2024cü il tarixli tibbi arayışdan görünür ki, Qazax rayon Kosalar kənd sakini X6 ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Qazax RİHB-nın Kosalar kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 02 iyul 1978-ci ildə doğulmuş Qazax rayon Kosalar kənd sakini X8 doğumundan 5 ay sonra vəfat etmişdir, lakin onun ölümü barədə heç bir qeyd aparılmamışdır. X4 rayon Canallı kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.1978-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02 iyul 1978-ci il tarixdə Qazax şəhərində anadan olmuş X6 03 dekabr 1978-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-806/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-806/2024
21.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver