Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-111/2023 16.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1995-ci il tarixdə Bərdə rayonu, 2-1-li Çadırlı kəndində anadan olmuş X2 xx.xx.2022ci il tarixdə Şirvan şəhərində ölümün qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1995-ci il təvəllüdlü oğlu X7 xx.xx.2022ci ildə vəfat etmişdir. Lakin oğlu vəfat edərkən onun ölümündən dərin sarsıntı keçirdiyindən həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. X1 ölümünün qeyd edilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən 16 noyabr 2022-ci il tarixli məktubla müraciəti icrasından imtina olunmuş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.xx.xx.1995-ci il təvəllüdlü oğlu X2 xx.xx.2022-ci ildə ölümünün qeyd edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Sonradan məhkəmə iclasında Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.1995-ci il tarixdə Bərdə rayonu, 2-1-li Çadırlı kəndində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iддианын тямин олунмасыны хащиш етди. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, mərhum X7 onun qardaşıdır. Qardaşı xəstələnmiş, başında ağrılar yaranmışdır. xx.xx.2022-ci il tarixdə vəfat etmiş, xx.xx.2022-ci il tarixdə Şirvan şəhər Qəbirsanlığında dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verib bildirdi ki, Ərizəçi atamın dayısıdır. xx.xx.2022-ci il tarixdə vəfat etmiş, xx.xx.2022-ci il tarixdə Şirvan şəhər Qəbirsanlığında dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 03 yanvar 1995-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 05 № ilə qeyd edilmişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Şirvan şəhər qəbirsanlığının rəhbəri X12,işçiləri X13 və X18, atası Ərizəçi və mərhumun bacısının əri X6 həmin tarixdə akt tərtib edərək, ərizəçinin X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsini və Şirvan şəhər Qəbirsanlığında dəfn olunmasını imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan AZ-İ № 137685 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1995-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X4r. İş materiallarında olan Maraqlı şəxs 16 noyabr 2022-ci il tarixli 05/13-399 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, xx.xx.2022-ъi ildə vəfat etmiş X2 ölümünün qeyd edilməsi üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi oğlu-xx.xx.1995-ci il tarixdə Bərdə rayonu 2-1-li Çadırlı kəndində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən hesab edir ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə Bərdə rayonu, 2-1-li Çadırlı kəndində anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1995-ci il tarixdə Bərdə rayonu, 2-1-li Çadırlı kəndində anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən 1 ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-111/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-111/2023
16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver