Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-726/2023 06.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı MMKİ-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onun xeyrinə 328 manat məbləğində əsas, 110,40 manat faiz borcu, 149,80 manat cərimə borcu, 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı olmaqla, ümumilikdə 619,20 manat borc tutulmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər qalıq borcu iddiaçının hesabına ödəyib qurtardığından, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə təqdim etdiyindən, mülki iş baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMKİ-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-726/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-726/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver