Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-730/2023 26.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 09 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faizlə hesablanmış 7.056 manat əldən çıxmış fayda borcu və 90,56 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 09 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 24 faizlə 36 ay müddətinə 22.000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında icra etməmişdir. Ağsu Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(016)- 783/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 Bankı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 16.852 manat əsas, 3.851 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 21.203 manat məbləğində borc, iddia qaldırması üçün ödənilmiş 24.60 manat dövlət rüsumunun tutulması, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngədə yerləşən 08 ha. həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 159.2 kv. m. yaşayış, 122.6 kv. m. köməkçi sahədən ibarət 5 №-li fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün X1 Bankı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 7.056 manat əldən çıxmış fayda borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(016)-783/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" X2 ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 16.852 manat əsas, 3.851 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 21.203 manat məbləğində borc, iddia qaldırması üçün ödənilmiş 24.60 manat dövlət rüsumunun tutulması, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngədə yerləşən 08 ha. həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 159.2 kv. m. yaşayış, 122.6 kv. m. köməkçi sahədən ibarət 5 №-li fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün "xxxx" X2 ASC-nin hesabına ödənilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 7.056 manat əldən çıxmış fayda borcu vardır. - xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, əldən çıxmış fayda üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, cavabdeh Ağsu Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(016)-783/2016 nömrəli qətnaməsini könüllü icra etməmişdir. İcranı gecikdirdiyindən, iddiaçı əldən çıxmış fayda üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə iddia tələbinin “dövlət rüsumunun cavabdehdən alınmasına dair” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Ödəniş gününə olan məzənnə ilə 7.056 manat məbləğində əldən çıxmış fayda, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90,56 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-730/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-730/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver