Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-883/2023 07.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh Firuddin oğluna qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Firuddin oğluna qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********64942 HUAWEİ NOVA 9 markalı telefon üçün 1290 manat ödənilməmiş hissə, 129 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD SAMSUNG GALAXY A3 markalı telefon üçün 330,08 manat ödənilməmiş hissə, 33,92 manat cərimə, ümumilikdə 1783 manat və 37,83 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Firuddin oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən İMEİ KOD **********64942 HUAWEİ NOVA 9 MARKALİ TELEFON,İMEİ KOD SAMSUNG GALAXY A3 MARKALİ TELEFON almış və nəticədə 1783 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Maliyyə və Ödəniş Cədvəllərindən görünür ki, Cavabdeh Firuddin oğlunun xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə cəmi 1783 manat ödənilməmiş borcu vardır. - "xxxx" MMC ilə Cavabdeh Firuddin oğlu arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli 03471621 və 03471357 nömrəli müqavilələrdən və ona əlavələrdən görünür ki, Cavabdeh Firuddin oğlu "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödəniş 3,6 və 1,6 manat olmaqla 1443,6 və 428,08 manat məbləğində İMEİ KOD **********64942 HUAWEİ NOVA 9MARKALİ TELEFON,İMEİ KOD SAMSUNG GALAXY A3 MARKALİ TELEFON-u tam qüsursuz halda əldə etmiş və həmin məbləği aylıq 120 və 35,54 manat olmaqla 12 və 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - Əşyaların Təhvil-Təslim Aktlarından görünür ki, Cavabdeh Firuddin oğlu 03471621 və 03471357 nömrəli müqavilələrə əsasən İMEİ KOD **********64942 HUAWEİ NOVA 9 MARKALİ TELEFON və İMEİ KOD SAMSUNG GALAXY A3 MARKALİ TELEFON tam qüsursuz halda təhvil almışdır. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlığının surətindən görünür ki, Cavabdeh Firuddin oğlu qısa müddət ərzində borcunu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 37,83 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh hissə-hissə ödəmək şərti ilə iddiaçıdan ilkin ödəniş 3,6 və 1,6 manat olmaqla 1443,6 və 428,08 manat məbləğində İMEİ KOD **********64942 HUAWEİ NOVA 9 markalı telefon,İMEİ KOD SAMSUNG GALAXY A3 markalı telefonu tam qüsursuz almışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 37,83 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********64942 HUAWEİ NOVA 9 markalı telefon üçün 1290 manat ödənilməmiş hissə, 129 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD SAMSUNG GALAXY A3 markalı telefon üçün 330,08 manat ödənilməmiş hissə, 33,92 manat cərimə, ümumilikdə 1783 manat borc, 37,83 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Firuddin oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********64942 HUAWEİ NOVA 9 markalı telefon üçün 1290 manat ödənilməmiş hissə, 129 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD SAMSUNG GALAXY A3 markalı telefon üçün 330,08 manat ödənilməmiş hissə, 33,92 manat cərimə, ümumilikdə 1783 manat borc və 37,83 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Firuddin oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-883/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-883/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver