Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-893/2023 31.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaradılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu şəhərində yerləşən yaşayış evinə hüquqmüəyyənedici sənədlərin tərtibi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri tərəfindən ölçü işlərinin aparılmasına imkan və şərait yaradılması, mane olmaması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X10 xx.xx.1976-cı il tarixdə anadan olmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum atasının valideynləri X4 və X5 olmuş və hazırda vəfat etmişdirlər. Mərhum atası, babası və anası vəfat etdikləri günə kimi ünvan 1 ünvanda yaşamışdırlar. Mərhum nənəsi X1 Ağsu şəhərində 0,30 ha torpaq sahəsi və onun içərisində yerləşən yaşayış evi miras qalmışdır. Həmin yaşayış evi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** sayda qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Mərhum atası anasından miras qalmış daşınmaz əmlakı xx.xx.2013-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və şəhadətnaməyə əsasən miras əmlakdan 1/5 hissə irs almışdır. Mərhum atasının vəfatından sonra o, notariat ofisinə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və mərhum nənəsi Qubaxanım Əkbərovadan atası Elşən Əkbərova çatası mirası qəbul etmişdir. O, torpaq sahəsi üzərində yerləşən yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin İdarənin əməkdaşları yaşayış sahəsinin ölçü işlərini aparmaq istəyərkən Cavabdeh maneçilik törətmiş və maraqlı şəxsin əməkdaşlarının qeyriyaşayış sahəsinin plan və ölçüləri qanuna müvafiq qaydada aparılmasına imkan verməmişdir. Bu səbəbdən də, 14 saylı Şamaxı Ərazi İdarəsi onun ərizəsinə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq yaşayış evinin müayinəsinə şərait yaradıldıqdan sonra müraciətinə qanuna müvafiq qaydada yenidən baxılacağını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək bildirdi ki, o, X10 ilə 2004-cü ildə ailə qurmuş və 2006-cı ildə boşanmışdır. Boşanmadan sonra ikinci dəfə ailə həyatı qurmuşdur. Birinci nikahından 1 övladı dünyaya gəlmişdir. Uşağa 17 yaşına kimi ikinci həyat yoldaşı baxmışdır. Uşaq hal-hazırda ata payından pay istəyir. İndi birinci həyat yoldaşı rəhmətə getmişdir, mərhum yoldaşı beş uşaq olublar. Bununla bağlı o, aidiyyatı qurumlara müraciət etmiş, Notariata getmişlər, orada 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etməsi ilə bağlı ona məktub verilmiş, o, həmin orqana getmiş, ordan əməkdaşlarla birlikdə ölçü aparmağa getmişlər, lakin Mübarizlə nə qədər əlaqə saxlamaq istəsələr də heç bir nəticə olmamışdır. Bu səbəblərdən iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, torpaq hələ də atasının adındadır, adıçəkilən evdə o, yaşamış, qardaşı öləndə də xərclərini özü çəkmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN-1277F, Kod: 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, X2 mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 2004-cü il 02 yanvar tarixli 01 nömrəli qərarı ilə 0,30 ha torpaq sahəsi verilmişdir. - AZ İİİ seriyalı 687946 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Ağsu rayonu, Növcü kəndində anadan olmaqla, atası X10, anası X7r. - xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1987-ci ildə Ağsu şəhərində ölmüşdür. - xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci ildə Ağsu şəhərində ölmüşdür. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2013-cü il tarixli Şəhadətnamədən görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş X2 vərəsəsi Ağsu şəhəri, H.Əliyev küçəsi 1/5 saylı evdə qeydiyyatda olan X6r və miras əmlakdan 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: keçmiş SSRİ Əmanət Bankında açılmış 03114 saylı əmanət hesabında olmuş pul vəsaitindən ibarətdir. - xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci ildə Ağsu şəhərində ölmüşdür. - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı notariat ofisinə müraciət edərək ona Ağsu şəhərində olan 0,30 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair irsi transmisiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X10 xx.xx.2022-ci ildə vəfat etmişdir və vəfat edən günə kimi Ağsu şəhəri, H.Əliyev küçəsi 1/5 saylı evdə yaşamışdır. Mərhum vəfat etdikdən sonra 2005-ci il təvəllüdlü İddiaçı adlı vərəsəsi qalmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin **********47 reyestr nömrəli çıxarışdan görünür ki, X2 xüsusi mülkiyyətinə 0,30 ha torpaq sahəsi verilmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Ağsu şəhəri, Z.Bünyadov küçəsi 34 saylı evdə qeydiyyatda olmaqla həqiqətən atası X6r. X10 xx.xx.2022-ci ildə vəfat etmişdir. - Ağsu rayon Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vəfat etmiş mərhum X3 məxsus əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********22 saylı məktubdan görünür ki, müraciəti əsasında vərəsəsi olduğu mərhum X3 məxsus olmuş Ağsu şəhəri ərazisində yerləşən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə İdarəyə daxil olmuş müraciətinə və həmin əmlaka aid sənədlərə baxılmışdır. Təqdim etdiyi sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin yerinə baxış keçirilməsi üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin o, ölçü işlərinin aparılmasına şərait yaratmamışdır. Odur ki, qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin müayinəsinə şərait yaradacağı təqdirdə müraciətinə qanunamüvafiq qaydada yenidən baxılacağı bildirilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının nənəsi X5 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra Ağsu şəhərində olan 0,30 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. İddiaçının atası X10 isə xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçı notariat ofisinə müraciət edərək ona Ağsu şəhərində olan 0,30 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair irsi transmisiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bundan sonra Ağsu rayon Notariat ofisi tərəfindən 14 saylı Şamaxı Ərazi İdarəsinə məktub ünvanlanaraq vəfat etmiş mərhum X3 məxsus əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. İdarə iddiaçının nümayəndəsinə məktub göndərərək bildirmişdir ki, iddiaçının vərəsəsi olduğu mərhum X3 məxsus olmuş Ağsu şəhəri ərazisində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə İdarəyə daxil olmuş müraciəə və həmin əmlaka aid sənədlərə baxılmışdır. Təqdim olunmuş sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin yerinə baxış keçirilməsi üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin o, ölçü işlərinin aparılmasına şərait yaratmamışdır. Odur ki, qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin müayinəsinə şərait yaradacağı təqdirdə müraciətinə qanunamüvafiq qaydada yenidən baxılacağı bildirilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşları ilə birlikdə ölçü işlərinin aparılması ilə bağlı fərdi yaşayış evinin yerləşdiyi ünvana gedərək, Cavabdeh ilə əlaqə saxlamaq istəsələr də heç bir nəticə verməmiş, bu səbəbdən, ölçü işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 6.1.1.2-ci maddəsinə əsasən, fərdi yaşayış evinin dövlət reyestr xidmətində qeydə alınması üçün digər sənədlərlə yanaşı daşınmaz əmlaka dair texniki sənədlər (pasport və plan ölçü) də verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özləninin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə iddiaçının qanunla qorunan hüquqlarını, eləcə də maraqlarını qorumaq və pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə hesab edir ki, cavabdehlərin üzərinə Ağsu şəhəri, H.Əliyev küçəsi 1/5 saylı fərdi yaşayış evinə dair sənədlərin tərtibi ilə bağlı ölçü işlərinin aparılmasına şərait yaratması və mane olmaması vəzifəsi qoyulmalıdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh üzərinə Ağsu şəhəri, H.Əliyev küçəsi 1/5 saylı fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədlərin tərtibi ilə bağlı ölçü işlərinin aparılmasına imkan və şərait yaratması, mane olmaması vəzifəsi qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-893/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-893/2023
31.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver