Məhkəmə qərarları › İş №2(016)-923/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-923/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-923/2023 16.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi ilə İclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********95 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2425,18 manat əsas borcu olmaqla cəmi 2425,18 manat məbləğində kredit borcunun, ödənilmiş 44,26 manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Ağsu filialı ilə Mahmudov Zakir Alış oğlu arasında bağlanmış BPM**********95 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Mahmudov Zakir Alış oğluna 24 ay müddətinə illik 24 faiz olmaqla 2700 manat məbləğində nağd kredit kredit verilmişdir. Borclu Mahmudov Zakir Alış oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 132 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Mahmudov Zakir Alış oğlunın adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 xx.xx.2021-ci il tarixli, reyestrdə 172 № ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Mahmudov Zakir Alış oğlunun BPM**********95 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2425,18 manat əsas borcu olmaqla cəmi 2425,18 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum Mahmudov Zakir Alış oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişlər ki, borcu birdəfəlik ödəməyə imkanları yoxdur. Lakin həmin borcu hissə-hissə də olsa ödəməyə çalışacaqlar. Digər cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Mahmudov Zakir Alış oğlu arasında bağlanmış BPM**********95 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Mahmudov Zakir Alış oğluna illik 24 faiz olmaqla 24 ay müddətinə 2700 AZN məbləğində kredit verilmişdir. - 15.05.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Mahmudov Zakir Alış oğlunun həmin tarixə ödənilməmiş 2425,18 AZN borcu vardır. - AZ-İİ-119787 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mahmudov Zakir Alış oğlu xx.xx.2020-ci il tarixdə Ağsu şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 500 nömrə ilə qeyd edilmişdir. - İddiaçının sorğusuna Ağsu rayon Notariat ofisinin notariusu tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş xx.xx.1952-ci il təvəllüdlü Mahmudov Zakir Alış oğlunun adına Ağsu rayon Notariat ofisində 172 reyestr nömrəli xx.xx.2021-ci il tarixli vərəsəlik işi açılmış və onun vərəsələri - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müəyyən edilmişdir. - Qanun üzrə Vərəsəlik Hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Mahmudov Zakir Alış oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 və onların hər biri miras əmlakdan 1/5 irs qalmalıdır. Şəhadətnamə verilən miras əmlaklar: buraxılış ili 1987-ci il olan VAZ 21063 minik markalı **-BB-*** dövlət nömrə nişanlı və buraxılış ili 1984-cü il olan VAZ 2106 minik markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri ibarətdir. - 14.03.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşlar. - Mədaxil qəbzindən görünür ki, xidmət haqqı ilə birgə 44,66 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X2 arasında bağlanmış BPM**********95 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Mahmudov Zakir Alış oğluna illik 24 faiz olmaqla 24 ay müddətinə 2700 AZN məbləğində kredit verilmişdir. Mahmudov Zakir Alış oğlu krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmiş, xx.xx.2020-ci il tarixdə Ağsu şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Mahmudov Zakir Alış oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2020-ci il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. Mahmudov Zakir Alış oğlunun adına Ağsu rayon Notariat ofisində xx.xx.2021ci ildə açılmış 172 saylı vərəsəlik işi üzrə mirası vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qəbul etdiyindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələri miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdıqlarından iddiaçı cavabdehlərdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. - İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən göründüyü kimi, xx.xx.2020-ci il tarixdə ölmüş Mahmudov Zakir Alış oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4dur. Miras qalan əmlaklar buraxılış ili 1987-ci il olan VAZ 21063 minik markalı **-BB-*** dövlət nömrə nişanlı və buraxılış ili 1984-cü il olan VAZ 2106 minik markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri müəyyən edilmiş və vərəsələrin miras əmlaklarında payları bərabər, yəni 1/5 pay təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********95 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2425,18 manat məbləğində kredit borcu, xidmət haqqı ilə birgə ödənilmiş 44,66 manat dövlət rüsumu cavabdehlərin hər birinin paylarına mütənasib olaraq 1/5 hissədə, yəni Cavabdeh1 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı, Cavabdeh2 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı, Cavabdeh3 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı, Cavabdeh5 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı və Cavabdeh4 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, BPM**********95 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2425,18 manat məbləğində kredit borcu, xidmət haqqı ilə birgə ödənilmiş 44,66 manat dövlət rüsumu cavabdehlərin hər birinin paylarına mütənasib olaraq 1/5 hissədə, yəni Cavabdeh1 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı, Cavabdeh2 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı, Cavabdeh3 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı, Cavabdeh5 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı və Cavabdeh4 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. BPM**********95 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2425,18 manat məbləğində kredit borcu, xidmət haqqı ilə birgə ödənilmiş 44,66 manat dövlət rüsumu cavabdehlərin hər birinin paylarına mütənasib olaraq 1/5 hissədə, yəni Cavabdeh1 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı, Cavabdeh2 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı, Cavabdeh3 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı, Cavabdeh5 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı və Cavabdeh4 kredit borcunun 485,04 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 8,93 manatı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar