Məhkəmə qərarları › İş №2(016)-927/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-927/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-927/2025 28.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X24 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, İlkin iddia üzrə Cavabdeh1 iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı " əsassız varlanma nəticəsində dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 35 baş öz verdiyi qoyunlarının və ya hazırda onların 21000 manat pulla dəyərini və heyvanlardan gələn bəhərdən 17 baş quzunun və ya onların 5100 manat pulla dəyərinin, çolpaların alınması, saxlanılması üçün çəkdiyi 1100 manat xərcin, 700 manat itirdiyi faydanın, dəmir materialların dəyəri 1000 manat olan pulun və dövlət rüsumuna görə ödənilmiş 195 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun həyat yoldaşının qardaşlarıdır. Keçən ilin fevral ayında o, telefonla qaynı Vüsalla danışmışdır. Ondan xahiş etmişdir ki, bir az heyvan alıb saxlamağa ona kömək etsin. O da demişdir ki, bayramda gələrsən danışarıq. O, Novruz bayramında qaynıgilə bayrama gelmişdir. Orada söhbət əsnasında qaynı Cavanşir ona demişdir ki, “sən neynirsən özün saxlayırsan sən al ver, Vüsal saxlasın”. Danışıb razılaşmışdırlar. Otunu arpasını da o, alacaq, quzularını satıb yarı böləcəyikdirlər. Cavanşir demişdir ki, narahat olma, həyətə kamera da qoyarıq, sən də nəzarət edəsən. 26 mart 2024-cü il tarixdə onlar Ağsu heyvan bazarına getmişdirlər. Şamaxı rayonundan Mersedes Ateqo markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaxşı heyvan gətirmişdilər. Onlar 35 baş qoyun, 7 quzu və bir baş qoç danışıb razılaşmışdırlar. Qoyunlar hamısı boğaz idi, alandan 15 gün sonra doğmağa başlamışdırlar. Quzuların da hər birinin 20 kq diri çəkiləri varıymış. Hamısı kök heyvanlarıymış. Fotoşəkillərdə və video görüntülərdə onların necə heyvan olmaları açıq aşkar görünür. Hamısına 14600 manat pul vermişdir. Bundan sonra o, həmin heyvanlar üçün 2000 manatlıq arpa və ot məhsulları alıb vermişdir. 500 manatlıq dərman almışdır. Tövləni böyütmək üçün 2 kuba yaxın taxta, 6 ədəd 6 metrlik truba /qalınlığı 4 mm,diametri 150 mm /, 20 ədəd azbest şifer, 2 ədəd qapı və 3 ədəd taxta pəncərə hamısının bir yerdə dəyəri 1000 manat olar. Amma-sonradan görmüşdür ki,tövlə böyüdülməyib. Materialları da özlərinə sərf ediblər. Cavanşirin icarəyə götürdüyü gölə kamera quraşdırıblar, taxtadan gözətçi budkası düzəldiblər. Əlavə olaraq o, 600 manat verib 250 baş 2 aylıq çolpa alıb 4 kisə yemlə birlikdə Vüsalın gətirdiyi Aqil adlı şəxsin maşınına yığıb aparıb. Çolpalara yem alınması üçün yoldaşı qonşusu Kamilin kartına 500 manat pul atıb, o da verib Vüsala .Özü səs atmışdır ki, pulu Kamilin kartına atsın. Danışıqları da belə olub ki, sentyabr ayında birini minimum 10 manatdan satıb onun xərclərini çıxıb qalanını bölməli idilər. Amma oktyabr ayında o, ora gedib çolpa istəyəndə demişdilər ki, hamısı ölüb basdırıblar. Deyib ölmüşdü ona telefonla ölülərini çəkib göstərəydin. Demişdir ki, istəyirsən inan istəmirsən inanma. Qalan 10-15 dənə həyətdə qalanlardır. Amma həyət toyuqla dolu imiş. Demişdir ki, bunları özü sonradan almışdır. Onlara 15 dənə çolpa kəsib vermişdilər, o qədər arıq iimişlər ki, heç yeyə bilməmişlər, atmışdırlar. Keçən il yazda doğulan quzulardan 2 ədəd qurbanlıq götürmüş, 6-sını da demişdir ki, satıb yeminə verib. Başqa o ondan bir dənə olsun heyvan görməmişdir. Kameranı da onun telefonuna yükləməmişdirlər. Cavanşir öz telefonuna yükləmişdir. Orada nələr olduğunu özü izləyirmiş. 2024-cü ilin oktyabr ayında o, ora getmişdir, quzuları ona göstərmiş və demişdir ki, gələn ilin mart ayında gələrsən satıb bölərik. O, özü ilə birka aparmışdır, amma Vüsal və Cavanşir birka vurmağa razı olmamışdırlar. Demişdirlər ki, onlar kənddə deyə bilməzlər ki, bacılarına qoyun saxlayırlar. Bu ilin yanvarında ona zəng etmişdirlər ki, heyvanın arpası yoxdur, təcili gəlməlidir. Demişdir ki, bir ay əvvəl arpa alıb vermiş, neyləmişdir. Demişdir ki, yeyib qurtarıblar. O, kəndə getmiş və pulunun olmadığını, bir qoçu var onu sat qəssablardan birinə get, arpa al. 600 manata aldığı qoçu 350 manata satıb arpa alıblar. Aprel ayının əvvəlində o, dostu Əlini də götürüb yoldaşı və uşaqları ilə birlikdə kəndə getmişdir. Əvvəl onlara demişdilər ki, evdə yoxdur. Sonra onlar maşın danışmışdırlar ki, heyvanları aparsınlar. Bu zaman Vüsal evdən çıxıb gəlmişdir. Əsəbi halda demişdir ki, niyə gəlmisiniz bura. Onlar da bildirmişdirlər ki, heyvanlarını aparacaqlar. Ona demişdir ki, sənin burda heyvanın yoxdur, get müqaviləni gətir. O, başa düşmüşdür ki, Vüsal heyvanlarını vermək istəmir. “102” xidmətinə zəng etmişdir. Polislər gəlmişdir. Heyvanları göstərmişdirlər. Amma həmin gün onlar heyvanları götürə bilməmişdirlər. Vüsal onun qoyunlarının onda olduğunu polislərə etiraf etmişdir. Amma heyvanlarını götürən zaman ona başqa heyvanlar vermişdir. Verdiyi heyvanlar elə bir vəziyyətdədirki, indiki vaxtda onun birini heç 50-60 manata da satmaq olmaz. Hamısı qoca baladan çıxmış, subay tükü tökülmüş qoyunlardır. 30 baş belə qoyun verib, 7 baş da ay yarımlıq yetim quzular verib, heç biri qoyuna yaxın getmir. 2 aydır da ayı 350 manata çoban tutub həmin qoyunları saxlatdırır. Onun qoyunları cavan, kök heyvanlar idi. O, onun verdiyi heyvanları da ona qaytarar, onun aldığı və ona verdiyi heyvanların hər birini 420 manatdan almışdır, qoçu isə 500 manata almışdır. Hazırda həmin qoyunun bazarda dəyəri 600 manatdır. O, öz qoyunlarını və ya onların 21000 manat pulla dəyərini ona ödəsin. Vüsal ona bu il 17 baş quzu verməli idi, biri minimum 300 manatdan onların da qiyməti 5100 manat edir. Bunu da tələb edir. 250 baş çolpanın da oktyabr ayında biri 10 manatdan 2500 manat pul çıxarmalı idi. 1100 manat o, xərc çəkmişdir. 1400 manat xeyri olmalı idi. 700 manatı ona çatmalı idi. Vüsalla Cavanşir çolpaların hamısını mənimsəmişdirlər. Bütünlükdə o, cavabdehlərdən 35 baş öz verdiyi qoyunlar və ya onların hazırda 21000 manat pulla dəyərini, heyvanlardan gələn bəhərdən 17 baş quzunun və ya onların 5100 manat pulla dəyərinin, çolpaların alınması və saxlanması üçün çəkdiyi 1100 manat xərcin və 700 manat itirdiyi faydanın, taxta və dəmir materialların dəyəri 1000 manat pulun cavabdehlərdən alınıb ona verilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdeh ilkin iddianın rədd edilməsinə və İddiaçı 4200 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, ilk İddiaçı İnqlab oğlu əsassız varlanma nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət emişdir. İddiaçı İnqlab oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 35 baş qoyun, 21000 (iyirmi bir min) manat pul, əlavə olaraq 17 baş heyvandan gələn bəhrədən 5100 (beş min yüz) manat pul, çolpalara çəkilən 1100 (bir min yüz) manat pul, 700 (yeddi yuz) manat faydanın və ödənilən 135 (yüz doxsan beş) manat pul tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun qayınları, həyat yddaşının qardaşlarıdır. Keçən ilin fevral ayında o telefonla qaynı Vüsalla danışmışdır. Ondan xahiş etmişdir ki, ona bir az heyvan alıb saxlamağa kömək etsin. O da demişdir ki, bayramda gələrsən danışarıq, novruz bayramında qaynıgilə getmiş, orada qaynı Cavanşir ona demişdir ki, sən neyniyirsən heyvan saxlayırsan, al-ver Vüsal saxlasın. 26 mart 2024-cü il tarixdə Göyçay heyvan bazarından 35 baş boğaz qoyun, 7 quzunu dəyəri 14600 (on dörd min altı yüz) manata almışdırlar. Bundan sonra o, həmin heyvanlar üçün 2000 (iki min) manat dəyərində yem və 500 (beş yüz) manat dəyərində dərman alıb vermişdir. Tövləni böyütmək uçun 2 kuba yaxın taxta, 6 ədəd 6 metirtik truba, 20 ədəd azbest şifer, iki ədəd qapı və 3 ədəd taxta pəncərə hamısının birlikdə dəyəri 1000 (bir min) manat olar. Lakin materialı tövlənin böyüdüİməsinə sərf etməyiblər. Bundan əlavə o, 600 (altı yüz) manatlıq dəyərində 250 (iki yüz əlü) baş 2 aylıq çolpa alıbmış. 4 kisə yemlə birikdə Vüsala təhvil vermiş, daha sonra 500 (beş yuz) manat pul yoldaşı Vüsalın qonşusunun kartına yükləyibmiş. Danışıqları belə olub ki, sentyabr ayında çolpaları minumum 10 (on) manatdan satıb xərclər çıxıldıqdan sonra qazancı yarı bölməli idilər. Keçən il doğulan quzulardan 2 baş qurbanlıq götürmüşdür. 6 baş isə Vüsal satıb qalan heyvanların yeminə veribmiş. 2025-ci ilin aprel ayında o dostu Əli və yoldaşı ilə birlikdə kəndə getmiş, heyvanları tələb etmişdir. Vüsal demişdir ki, sənin müqavilən yoxdur, heyvanın da yoxdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng etmiş polislər gəlib, ona məxsus 32 qoyun 8 quzu olmaqla cəmi 40 (qrx) baş heyvanları alıb vermişdirlər. Bundan başqa, ilkin iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya onun ona verdiyi qoyunlar çox arıqdı, heç 50-60 manata getməz və yaxud qeyd edir ki, 15 çolpa verilib ki, onlar da yeyilməyə yararsız olub. Bildirmək istəyir ki, hazırda bazarlarda qoyun ətinin bir kq 20-23 manat arasında dəyişir, qoyunun dərisi belə 50-60 manata satılır. Bildirmək istəyir ki, ilk iddia üzrə iddiaçının tələbi qanunsuz və əsassızıdır. Belə ki, İddiaçı ilkin iddia ərizəsində qeyd edir ki, 35 qoyun alınıb, bir il ərzində onlardan 2 baş erkək qurbanlıq aparıb, 2024-cü ilin oktyabr ayında 6 baş erkək toğlu biri 270 manatdan Rəcəbin razılığı və iştirakı ilə satılmiş və cəmi 1620 (bir min altı yüz iyirmi) manat pul alınıb, daha sonra 2025-ci ilin yanvar ayında isə yenə də Rəcəbin təklifi, razılığı və iştirakı ilə 8 baş dişi toğlu biri 220 manatdan ümumi dəyəri 1760 manat bir baş erkək qoç isə 360 (uç yüz altmış) manatdan cəmi 2120 (iki min yüz iyirmi manat) manata satılıb. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz qazancını həndəsi silsilə hesablayır, bu günə qədər qarşı tərəf 3740 (üç min yedi yüz qırx) manat pul və 2 erkək qoyun qurbanlıq, 32 qoyun, 8 quzu aparıb və əlavə olaraq da ondan 28000 (iyirmi səkkiz min) manat pul istəyir. Əgər İddiaçı hesabladığı kimi olsaydı ki, 35 qoyundan bir ildən sonra 17 baş satandan sonra 28000 min pul əldə etmək mümkün olsaydı bütün heyvandarlıqla məşğul olan şəxslər tez bir zamanda milyonçu olardılar. Lakin İddiaçı özü etiraf edir ki, hər ay çobana 350 (üç yüz əlli) manat əmək haqqı ödəyir, belə olan halda bir ilin çoban pulu 4200 (dörd min iki yüz) manat təşkil edir. Bundan başqa o öz beyvanları ilə bərabər onun da heyvanlarını il boyu yemləmişdir. Hesab edir ki, İddiaçı İnqlab oğlunun ümumilikdə ona 4200 manat borcu var. Ona görə ki, onlar heyvanları alanda danışmışdırlar ki həm qazanca həm də zərərə şərik olacaqlar. o isə qazancını və heyvanlarını artıqlaması ilə aparıb. O və övladları onun nökəri deyillər, hesab edir ki, qarşı tərəfin iddiası rədd edilməlidir və İddiaçı 4200 manat bir ilin çoban pulu alınıb ona ödənilməsinə dair məhkəmə qərar çıxartmalıdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 26 mart 2024-cü il tarixdə bu şəxslər onun bir az pulu olduğunu bildikləri üçün ona iş təklif etmişdirlər. Vüsala demişdir ki, mal alıb saxlayacaqdır. Onlar da demişdirlər ki, “elə biz köməklik edərik, alarsan ortaq olarıq, Vüsal saxlayar, kamera sistemi də quraşdırarıq baxarsan”. Yoldaşı eşidəndə razı olmamışdır. Vüsal onu kənara çəkib yoldaşının niyə razı olmadığını soruşmuş və onu razı salmağını təklif etmişdir. Beləliklə onlar birgə işə başlamışdırlar. İlk başlarda hərşey yolunda imiş. Daha sonra onlar birlikdə çolpa alıb saxlamağa da başlamışdırlar. Biraz keçəndən sonra ona demişdir ki, çolpalar ölməyə başlayıb, ölürlər. Bu onda şübhə yaratmışdır. O, materiallar da vermişdir ki, heyvanların yerini böyütmək lazım olsa böyütsün. Vüsal ona çolpaların öldüyünü demiş deyə şübhələnmiş və demişdir ki, o, heyvanlarına nişan qoymaq (penka) qoymaq istəyir. İlk başda razılaşmışdırsa da, daha sonra demişdir ki, onlar kənddə nişanlı (penkalı) qoyun saxlaya bilməzlər. Daha sonra o, heyvanlarını götürmək qərarı almışdır. Gedib deyəndə, ona demişdirlər ki, hələ balası olacaq, qoy balalasın sonra gəlib apararsan. O, da razılaşmış və gözləmişdir. Bir müddət sonra ora getdiyində demişdir ki, “sənin burada heyvanın yoxdur, sənə heçnə vermirəm, çıx qapıdan.” O da DİN-102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəlib baxıb görmüşdürlər ki, heyvanlar yerindədir. O, baxanda həmin heyvanların onun heyvanları olmadığını görmüşdür. Aldığı o heyvanlar dəyişdirilərək, xəstə, qoca, balaca heyvanları ona vermək istəmişdir. Ona 27 heyvan, 7 quzu geri qaytarılmışdır. O, həmin heyvanları istəməmiş ki, bunlar onun deyil. Polis şöbəsində ona demişdirlər ki, götür daha sonra məhkəməyə müraciət edərsən. O, 35 baş heyvan almışdır. 8 balası var imiş, 35 qoyunun hamısına ümumi 14600 manat pul vermişdir. 27 qoyun hamısı balalamışdır. Çolpanı da eyni qayda ilə bölməliymişlər. 600 manat da çolpalara vermişdir. Çolpaların da ümumi 2500 manat pulu olmalı idi, maya dəyərini çıxdıqdan sonra 600 manat pul qalmalı idi. Taxta və materialların isə 1000 manat məbləği var idi. Yem almaq üçün Kamil deyə birinin kartına 500 manat pul atmışdır. Cavanşir onu arxayın edib, vədlər verib deyə o da inanmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil İddiaçı dediklərini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının iddia ərizəsi boş və əsassızdır. 2024-cü ilin Novruz bayramında iddiaçı ailəsi ilə onlara qonaq gələndə, danışıqlar etmişdirlər. Qərara gəlmişdirlər ki, heyvan alıb-saxlasınlar. Onun özünün onsuzda heyvanı var imiş. O təklif etməmişdir, özü demişdir ki, heyvan alıb-saxlamaq istəyir. Göyçaydan 7 heyvan bir alıb, 27 heyvan bir alıb, 1 dənə də ayrı qoç alıb. O, demişdir ki, düzdü heyvanlar boğazdı, amma hamısının balalamağı mümkün deyil. Tələf olan olur, itən olur, yəni rəqəmlər dəyişir. 10 dənə heyvan tələf oldu, amma o deməmişdir. Sonda 22 quzu qalmışdır. Bundan başqa iddiaçı özü 6 erkək satıb, 8 dənə dişi toğlu satıb, 1 dənə qoçu da qurbanlıqda kəsib. Alverçini iddiaçı tapmış, qiyməti də özü danışıb satmışdır. Daha sonra gəlib heyvanları aparmaq istəmişdir. O da demişdir ki, belə heyvan verə bilməz, polis gəlsin. Polis əməkdaşları gələrək akt tərtib etmiş, video çəkilişlə birlikdə 32 baş qoyun, 8 quzu təhvil vermişdir. Çolpaları da özü zəng eləmişdir ki, qonşuda var. Almışlar, ancaq saxladıqdan bir müddət sonra ölmüşlər. Ölənlərində bir neçəsinin videosunu çəkib iddiaçıya göndərmişdir. 250 cücə almışdırlar, cücələrin yemindən, suyundan iddiaçının xəbəri olmamışdır, hamısını o və onun ailə üzvləri etmişdir. Bir dəfə 25 kq yem alıb vermişdir. Çolpalar ölür deyib, gəlib kəsib, 10, 20, 30 dənə aparmışdır. Materiallardan da taxtalardan 2-sini götürmüşdür, 1 pəncərə, 1 qapı, 4 ədəd 4 metrlik turba, 12 şifer olmuşdur. Əlavə olaraq bildirmişdir ki, 2 qoyun ölmüşdür və onların da videosunu çəkib göndərmişdir. 32 qoyun, 1 erkək qoç olmuşdur. Qoçu özü satmışdır. Rəcəb Mstafayev 32 qoyun, 8 quzu aparmışdır. 500 manatlıq yem yox, ot üçün 300 manat pul göndərmişdirlər. Həmin pulu da heyvanların saxlanılması üçün yem almışdır. İlkin iddia üzrə Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının iddia ərizəsi boş və əsassızdır. O, heç bu prosesdə yoxdur. Adı niyə çəkilir bilmir. Ona bayramda bu haqda deyiləndə, demişdir ki, qardaşının yerinə razılıq verə bilməz. O, şəhərdə yaşayır, qoyunu Vüsal saxlayacaq onun özü ilə danışsın. O, kameraya baxarsan deməmişdir. Kamera onun həyətini çəkir. Kameranın çəkilişi uzun müddət saxlanmır. Yaddaşı az olduğu üçün ən çoxu bir həftə on gün qalır, çünki kamera çəkilişinin ayrıca yaddaş kartı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, mart ayında novruz bayramında, rayona getmişdirlər. Yeyib-içib söhbət əsnasında yoldaşı demişdir ki, təsərrüfat qurmaq istəyir. Balaca qardaşına yaxınlaşmış, qardaşı demişdir ki, qoyun biznesi daha əlverişlidir. O, yoldaşı və qardaşı arasında problem yaranacaq deyə razı deyilmiş. Cavanşir demişdir ki, Vüsal daha əvvəlki kimi deyil, alarsız Vüsal saxlayar, heçbir problem yaranan deyil. Evə gəlmişdirlər, 3-4 gün keçdikdən sonra yoldaşı demişdir ki, qoyunları almışıq. Onlar kamera almamışdırlar. Cavanşir ona vədd vermişdir ki, sən də telefonuna yükləyərsən, sən də baxarsan. 1-ci dəfə doğulan balaları az da olsa bölmüşdürlər. Daha sonra onlar öz qoyunları fərqlənsin deyə nişan (penka) qoymaq istəmişlər. Vüsal ilk başda razılaşsa da daha sonra zəng edərək, nişanlı (penkalı) qoyunları saxlaya bilməyəcəyini, kənddə ona güləcəklərini bildirmişdir. Aralarında problem yarandığı üçün onlar təsərrüfatı ayırmaq qərarına gəlmişdirlər. Lakin bu zaman Vüsal 28 dekabr tarixində qoyunların mart ayında baladan çıxacağını, ondan sonra aralarında haqqhesab edərək qoyunları götürə biləcəklərini söyləmişdir. Daha sonra onlar qoyunları götürmək üçün getdikdə, Vüsal onları qapıdan qovmuş və qoyunları geri qaytarmayacağını bildirmişdir. Rəcəb 102 xidmətinə şikayət edərək məlumat vermiş, polis əməkdaşları ilə birlikdə qoyunları götürməyə getmişdirlər. Qoyunları götürməzdən əvvəl polis əməkdaşı təhvil alma ilə bağlı aktı imzalamaqlarını istəmişdir. Lakin o imzalamamışdır, qoyunları götürdükdən sonra imzalayacağını bildirmişdir. Polis əməkdaşının məcburi tələbi ilə o, aktı imzalamışdır. Daha sonra qoyunları götürməyə gəldiklərində həyətdə olan iri qoyunları deyil, daş tövlədə olan pis vəziyyətdə qoca qoyunları onlara vermişdirlər. O, etiraz etsə də, polislər ona məhkəməyə etiraz etməsini bildirmişdirlər. Bu hadisə zamanı onun oğlu bütün anları video kameraya almışdır. Lakin uşağın video çəkiliş apardığını görən polis əməkdaşı telefonu alaraq həmin video çəkilişi telefondan silmişdir. Onlar Vüsalgilin evinə gedərkən polis əməkdaşları onlarla birlikdə getsə də, qayıdarkən onlarla gəlməmiş və Vüsalın evində qalmışdırlar. Baş verən hadisələr hamısı Cavanşirin kamerasında var. Cücələrlə bağlı bildirmişdir ki, cücələri onların qonşusundan yoldaşı Rəcəb almışdır. Bir müddət sonra Vüsalgil cücələrin öldüyünü bildirərək, onlara 30 dənə yararsız cücə vermişdirlər. Cavabdeh2 verilən əşyalar təxminən 1990-cı illərdə tikilmiş evdən sökülmüş əşyalar idi və əşyaların sayı iddia ərizəsində ətraflı göstərilmişdir. Turbaların sayı və ölçüsü ilə bağlı isə qeyd etmişdir ki, Cavabdeh2 04 ədəd 04 metrlik turba verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahat verərək bildirmişdir ki, Vüsal ona zəng vuraraq demişdir ki, yeznəsinin heyvanı var satır. O, da gəlib qiymətlə razılaşmış, 6 dənə quzu almış və 1620 manat pul vermişdir. 1 ay sonra 220 manatdan 8 dənə quzu yenə almış 1760 manat pul vermişdir. Daha sonra 1 dənə də qoçu 360 manata almışdır. Həyətdə heyvan çox imiş. İçindən ən irilərini seçib ona satmışdırlar. Başqa quzuların olub-olmamasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahat verərək bildirmişdir ki, o, Cavanşirlə 10 ildir bir yerdə işləyir və ailəvi dost olmuşdurlar. Novruz bayramında Cavanşir onu rayona qonaq çağırmışdır. 2 gün rayonda onlarda qonaq olmuşdur. Həmin 2 günün birində Rəcəbgil qonaq gəlmişdirlər. Söhbət edərkən Rəcəb demişdir ki, pulu var, biznes qurmaq üçün ona kömək etsinlər. Cavanşir demişdir ki, o şəhərdə yaşayır, heyvana baxan deyil, məsləhət onundur. Vüsalın yerinə söz verə bilməz, Vüsal ilə özü danışıb razı salsın. 2 gün sonra Cavanşirlə Bakıya qayıtmışdırlar. Sonradan eşitmişdir ki, Rəcəb qayıdıb heyvan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, cücəni o almışdır. ona zəng gələrək, başqa ölkəyə işləməyə çağırmışdırlar, o da əlində olan cücələri satmaq qərarına gəlmişdir. Statusda elan kimi paylaşaraq, satıldığını bildirmişdir. 6 iyunda Rəcəb ona səs ataraq, demişdir ki, adam var cücələri almaq istəyir. Cücələri o satmışdır, Rəcəb çıxarıb pulunu da vermişdir. O, Rəcəblə qonşudur. Cücəni 2 manatdan satmışdır. Cücənin sayı çox olardı, amma 250 cücənin pulunu alıb, qalanını pay vermişdir. Cücə üçün yem də vermişdir. Şəkər yemi idi, yarım kisə olardı. Yemin pulunu almamışdır. Vüsal ona yemin də pulu daxil olmaqla cəmi 500 manat pul vermişdir. Bu il iyulun 12-si Rəcəbin atasını qoyun otararkən görmüşdür. Qoyunlar arıq imiş, qoyunların arıq olmalarının səbəbinin iqlimlə və ya başqa nə ilə bağlı olmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, o, Vüsalla tanışdır, Vüsal ondan xahiş etmişdir ki, cücə var, gəl gedək baxaq. O da demişdir ki, sənə cücə lazım idisə desəydin gətirərdi. 1 manat 80 qəpikdən 240 dənə cücə almışdırlar. Vüsal 432 manat pul vermişdir. Bir kisənin yarısından onlara buğda qırığı yemi vermişdirlər. Pulu Vüsal cibindən çıxarıb vermişdir. Vüsal ona 30 manat yol pulu vermişdir. Vüsal ilə ikisi getmişdirlər, Rəcəb daha sonra gəlmişdir. O, demişdir ki, ona Şəmkirdən cücə gətirər, o da demişdir ki, yeznəsi zəng edib tapıb, gedib baxsınlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, onun kartına çox pul gəlir, kənddə ailəsindən uzaq yaşayan şəxslər və ya kiməsə uzaqdan pul gələcəksə ona atırlar məlumat verirlər, o, həmin pulu yiyəsinə çatdırır. Hazırda onun kartına pul atdıqlarını iddia edirlər tarixini desinlər həmin pulun kimə çatdığını desin. Vüsala verməyi üçün onun kartına pul gəlmişdir, bunu qardaşı və ya qoyun alan şəxslər etmişdir. O, ümumiyyətlə Vüsalın bacısını və ya Rəcəbi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, onun bildiyinə görə onlar birləşərək qoyun saxlamaq qərarına gəlmişlər. 40 baş qoyun almışlar. Onun evinin arxasında bəzən Vüsal bəzən də Vüsalın uşaqları qoyunları otararmışlar. Balaca oğlu əvvəlki qoyunları görüb və indi deyir ki, Rəcəb əmigilə geri qaytarılan qoyunlar, Vüsal əmigilin otardığı qoyunlar deyil. Qoyunları Şöhrətdən alıblar, Şöhrət həmin kənddən qız alıb. Şöhrəti bütün kənd tanıyır, Cavanşirgil də qoyun saxladıqları üçün tanıyırlar. Vüsalın təxminən 30-35 qoyunu olardı. İcra nümayəndəliyi arayış verə bilər, çünki cavabehlərlə qohumluq əlaqəsi var. Rəcəbin yoldaşı mart ayında onlara gəlmişdir. Demişdir ki, belə biznes qurmaq istəyirlər. O da demişdir ki, onun belə birşey etməyə tövləsi yoxdur, razılaşmamışdır. Daha sonra Vüsal ilə razılığa gəlmişlər. O, qoyunları otaranda görüb soruşmuşdur, Rəcəbin oğlu demişdir ki, onların qoyunlarıdır. Quyruqlu cins qoyunlar idi. Vaxtını xatırlamır. Balalarını görməyib. Mübahisədən sonra bacısı onlara gəlməyib. Vüsalgilin həyətində atasından qalma tövlə var. Həmin tövlədə hər hansı dəyişiklik edilməsini görməmişdir. O artıq bir ildir atasıgilə gedib gəlmir. Cücə ilə bağlı ona məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, hər iki tərəf ərinin qardaş və bacısıdır. Bu işin ilkinini Rəcəbin yoldaşı onlara təklif etmişdir. Onlar da biznes qurmaq üçün şəraitlərinin olmadığını bildirmişdirlər. Rəcəbgil yaxşı qoyunlar almışdırlar. Əmisi qizinin ərindən almışdırlar və qoyunlara qırmızı kraska vurmuşdurlar. Vüsalgil heyvanları saxlayarkən iynə də vurmuşlar və onların uşağı da iynə vurulmasına kömək etmişdir. Uşaqlar demişdirlər ki, qoyunları Göyçay bazarında satıb maşın və evə əşyalar almışdırlar. Cücələrdən məlumatı yoxdur, amma kənddə kütləvi cücə ölümü ilə bağlı hər hansı məlumat eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, o, 12 şifer, 4 ədəd 4 metrlik turba, 1 taxta qapı, 1 dənə də taxta pəncərə, bir-neçə dənə taxta yükləyərək Rəcəbgildən Vüsalgilin qapısına gətirib boşaltmışdır. Maşına yüklənən zaman Rəcəbə demişdir ki, bu materiallar yandırmaqdan başqa heç bir işə yaramır. Söküntüdən çıxma materiallar idi. Taxtaların nə qədər olması ilə bağlı konkret say deyə bilmir, amma Qazel markalı avtomaşının yük yerinə səliqəsiz şəkildə yığmışdırlar, biraz görsənirdi. Uzunluqları 3 metr olardı, amma sayını dəqiq bilmir. Əvvəlcə evə deyil sahəyə getmişdirlər, lakin maşın sahədə batmışdır və irəliləmək mümkün olmamışdır deyə Vüsalgilə geri qayıdaraq materialların hamısını ora boşaltmışdır. Materialların gətirilməsi üçün Vüsal ona 70 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisinin tərtib etdiyi 14 aprel 2025ci il tarixli Aktından görünür ki, İddiaçı məxsus 32 baş qoyun və 8 baş quzu İddiaçı təhvil verilmişdir. Akt Cavabdeh2, İddiaçı, E.Mustafayeva tərəfindən imzalanmışdır. - Ağsu RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Azad Şirinov tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 3-xx-xx/1175/2025 saylı İddiaçı etdiyi müraciətin araşdırılmasının nəticəsi barədə arayışdan görünür ki, məlumatın icrası prosesində vət. İddiaçı izahatı alınmış o, qeyd etmişdir ki, qaynı Vüsalın iştirakı ilə 2024-cü il mart ayının 6-sında ümumilikdə Göyçay şəhərində yerləşən bazardan 40 ədəd xırda buynuzlu heyvan almışdır və həmin 40 baş xırda buynuzlu heyvanları öz razılığı və qaynı Vüsalın razılığı ilə qaynının həyətində saxlamışdır. Daha sonra bu il, yəni 2025-ci ildə qaynı Vüsalın yaşadığı ünvana gedərək özünə məxsus xırda buynuzlu heyvanları geri istəyən zaman Vüsal ilə mübahisələri yaranmış və DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edərək xırda buynuzlu heyvanlarının geri qaytarılmasında Ağsu rayon Polis Şöbəsindən kömək istəmişdir. xx.xx.2025-ei il tarixdə məsələ həll yolun tapmış və akt tərtib olunaraq Vüsal adlı şəxs Rəcəb adlı şəxsə məxsus 40 baş xırda buynuzlu heyvanlar geri qaytrmışdır. - Azərbaycan Respublikasının Daxili X23 Rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-64/2-M-58xx/xx/2025 saylı məktubundan görünür ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, onların müraciətlərində qeyd olunan xüsusatlarda heç bir cinayət və inzibati xəta tərkibi olmadığından aparılmış araşdırma dayandırılmışdır. - 11 aprel 2025-ci il tarixli Şamaxı rayon Şərədil kəndinin fərdi baytar həkimi Şirəliyev Əlbaxış, heyvan sahibi İddiaçı və şahid-qonşu Abbasov Əlyar tərəfindən imzaları ilə təsdiq edilmiş arayışdan grünür ki, İddiaçı dəvəti ilə ona məxsus xırdabuynuzlu heyvanlara baxış keçirtmişlər. Müayinə zamanı heyvanların qoca və xəstə olması müşahidə olunmuşdur. Bu sahədə fərdi baytar həkim kimi ana qoyunların ciyəri tənəffüs yollarında fosillyoz qusr xəstəliyinin olması səbəbindən bir neçəsinin ölməsi müəyyən edilib rəydə bildirilmişdir. - İddiaçının təqdim etdiyi foto şəkillərdən, video çəkilişdən və səs yazısından görünür ki, qırmızı nişanlı xırdabuynuzlu heyvanlar sahədə otarılır. Heyvanlar götürüldükdən sonra xəstə və ölmüş heyvanlarda qırmızı nişan yoxdur və həmin görüntülərin nə vaxt qeydə alınması qeyd edilməmişdir (yəni heyvanları götürdükdən hansı müddət sonra). Eyni zamanda Cavabdeh2 tərəfindən cücələrin video görüntüsünə baxış keçirdikdən sonra satan şəxsə xırda və lüt cücələri götürməyəcəklərini, Rəcəbin öz istəyinə uyğun olaraq nə qədər almaq istəməsini bildirir. Bundan başqa iddiaçının təqdim etdiyi video görüntülərdən birində bir nəfər şəxsin Rəcəbə heyvanları satmasını, lakin videoda ona göstərilən heyvanların həmin heyvanlar olmadığını bildirsədə həmin şəxsin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. - Cavabdehin təqdim etdiyi foto şəkillərdən və video çəkilişdən görünür ki, üzəri qırmızı nişanlı xırdabuynuzlu heyvanlar sahədə otarılır. Onlar hüquq mühafizə orqanının əməkdaşının iştirakı ilə tövlədən çıxarılaraq İddiaçı təhvil verilir və həmin heyvanlar sayılaraq avtomobilə yüklənir. Video çəkiliş zamanı həmçinin o, da müəyyən edilir ki, tövlədə heyvanlara uzaqdan baxış keçirilərkən X2 heyvanların qoca olmasını qeyd edərək iradını bildirir. Eyni zamanda cücələrə də qurd dərmanın verilməsi, cücələrdən 10 ədədinin xəstə olması görülür. Video çəkilişdə cücələrdən artıq 100 ədədinin öldüyü bildirilsə də buna dair video çəkiliş və ya hər hansı sübut yoxdur. Bundan başqa video çəkilişlərdə həmçinin sahə müvəkkilinin iştirakı ilə heyvan alınan şəxsə zəng olunması və həmin şəxsin neçə baş heyvan satmasının yadında qalmadığı qeyd etməsi görünür. Təqdim edilmiş şəkillərdən görünür ki, Cavabdeh2 həyətində təxminən 01 kub metrə yaxın istifadə olunmuş taxta, 3 ədəd 4 metrlik istifadə olunmuş truba, 12 ədəd istifadə olunmuş azbest şifer, 01 ədəd istifadə olunmuş taxta qapı, 02 ədəd istifadə olunmuş taxta pəncərə vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağsu Rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-64/2-14371/2025 saylı məktub və ola əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 izahat verərək bildirmişdir ki, təxminən 2024-cü ilin mart ayının 21-22 günlərində bayram ilə əlaqədar olaraq bacısl Elnarə və onun yoldaşı Rəcəb Musatfayev övladları ilə birgə onlara gəlmişdirlər. Onlar orada olduqda bir stol arxasında əyləşmişlər və söhbət etməyə başlamışdırlar. Daha sonra söhbət əsnasında o və bacısının yoldaşı Rəcəb kənara çəkilərək söhbət etməyə başlamışdırlar. Rəcəb ona evini satdığını və biraz pulunun olduğunu, xırda buynuzlu heyvan almaq istədiyini və yerinin olmadığını, onun tövləsində saxlamağını və aldığı heyvanların doğacaq olan balalarına yarı yarıya şərik olacağını bildirmişdir. Daha sonra o, onunla razılaşmışdır. 2024-cü ilin mart ayının 26-sında Göyçay şəhərində yerləşən heyvan bazarına onlar birlikdə getmişlər və orada bacısının yoldaşı Rəcəb pulu ilə ilk öncə 7 baş xırda buynuzlu heyvan və həmin heyvanların yanında balası ilə birlikdə almışdır. Sonra 27 baş xırda buynuzlu heyvan ən sonda isə “Qoç” almışdır. Rəcəb ümumilikdə 42 baş xırda buynuzlu heyvan alıb onun yaşadığı ünvana gətirmişdirlər. Əlavə qeyd edir ki, onun özünün də 40 baş xırda buynuzlu qoyunu və 40 baş keçisi vardır. Bir müddət keçdikdən sonra 2024-cü ildə həmin bu Rəcəbin aldığı xırda buynuzlu heyvanlar doğaraq bala vermişdirlər, say olaraq 30 baş bala olmuşdur. Daha sonra Rəcəb gələrək söyləmişdir ki, onun payına düşən bala xırda buynuzlu heyvanları satır. O, onunla razılaşmışdır, onun razılığı ilə ilk öncə 6 baş heyvanı (1.560 manat) mal-qoyun alış-verişi edən Şamo adlı şəxsə satmışdır. Bir müddət keçdikdən sonra onun payına düşən 8 baş xırda buynuzlu heyvanı (1.760 manat) və “qoçu” ( 360 manat) Şamo adlı şəxsə satmışdır. Onun payına düşən bala xırda buynuzlu heyvanları isə onun ehtiyacı olduqca bir-bir iki-iki satmışdır. Qeyd edir ki, Rəcəbə məxsus xırda buynuzlu heyvanların balaların satmamışdan öncə onun 2 baş xırda buynuzlu heyvanını ilan vuraraq 2024 cü ilin avqust aylarında öldürmüşdür. Hal-hazırda onun onda 32 baş xırda buyznulu qoyunu və 8 baş bala heyvanı var və o onun bala ilə birlikdə ümumlikdə 40 ədəd xırda buynuzlu heyvanları özünə təhvil verirmişdir. İddiaçı izahat verərək bildirmişdir ki, təxminən 2024-cü ilin mart ayının 21-22 günlərində bayram ilə əlaqədar olaraq o, ailə üzvlərilə birgə qaynı Vüsalgilə getmişdir. Onlar orada olduqda bir stol arxasında əyləşmişdirlər və söhbət etməyə başlamışdırlar. Söhbət əsnasında o, qaynı Vüsala bildirmişdir ki, onun 25-30 baş xırda buynuzlu heyvan almağa imkanı var, yaxşı heyvan alıb saxlamağında ona köməklik etməsini xahiş etmişdir. O isə ona “lap yaxşı gəl elə heyvanları al mənim qapımda heyvanları saxlamaq üçün yerdə yəni “tövlə” var elə burda yaşadığı Ərəbmehdibəy kəndində mənim qapımda saxlayarsan” deyə bildirmiş və sonra da əlavə olaraq ona syləmişdir ki, bəs aldığın heyvanları burda saxlamağın heç bir problemi yoxdur, lakin o heyvanların balası olanda onları onun razılığı ilə yarı-yarıya bölərlər, o da Vüsalın bu təklifin qəbul etmişdir və orada bu söhbət olanda yoldaşı Elnarə və Vüsalın qardaşı Cavabdeh1 da orada imiş. Daha sonra 2024-cü ilin mart ayının 26sında o, Vüsal ilə birlikdə Göyçay şəhərində yerləşən heyvan bazarına getmişdirlər. Orada ilk öncə yanı balalı 7 baş qoyun balası ilə birlikdə ümümlikdə 14 baş xırda buynuzlu (2.740 azn) və əlavə bir ədəd “Qoç” (480 azn) almışdır. Daha sonra 27 baş xırda buynuzlu heyvanı isə orada Şöhrət adlı şəxsdən 9.990 manata almışdır. Ümumən o, 42 baş xırda buynuzlu heyvan aldıqdan sonra həmin heyvanları Vüsalgilin yaşadığı ünvana gətirmişdir. Bir müddət keçdikdən sonra o, Vüsaldan onun onda olan 42 baş xırda buynuzlu heyvanlarını geri istədikdə o ona müxtəlif bəhanələr gətirərək onu dəfələrlə aldatmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə o və ailə üzvləri Vüsalın yaşadığı ünvana gəlmişdirlər və onun onda olan 42 baş xırda buynuzlu heyvanlarını ona verməsini tələb edərək istəmişdir. Lakin o onu və ailə üzvlərini yaşadığı ünvandan qovmuş və onun onda heç nəyinin olmadığını deyərək onunla mübahisə etməyə başlamışdır. - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Ərəbmehdibəy kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-34-33/2-3-139-2025 saylı arayışından görünür ki, Cavabdeh2 halhazırda Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşayır və onun 2021, 2022, 2023, 2024 və 2025-ci ilin 01 yanvar ayına təsərrüfatında aşağıdakı sayda iri və xırda buynuzlu heyvanları olmuşdur: 1. 2021-ci il-iri buynuzlu 12 baş, xırda buynuzlu 38 baş; 2. 2022-ci iliri buynuzlu 09 baş, xırda buynuzlu 130 baş; 3. 2023-cü il-iri buynuzlu 08 baş, xırda buynuzlu 55 baş; 4. 2024-cü il-iri buynuzlu 09 baş, xırda buynuzlu 119 baş; 5. 2025-ci il-iri buynuzlu 10 baş, xırda buynuzlu 204 baş. - Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli (cavabdeh siyahısından çıxarılmağa dair) vəsatətində qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində ona SMS daxil olaraq xx.xx.2025-ci il tarixinə saat 15:10-a Ağsu Rayon Məhkəməsinə 2(016)-927/2025 nömrəli işə cavabdeh qismində çağırılmışdır. İşlə maraqlanan zaman ona aşkar olmuşdur ki, İddiaçı cavabdeh qismində ona və Cavabdeh2 qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia qaldırmışdır. O da aydın olmuşdur ki, mübahisənin əsasını xırda buynuzlu və hin heyvanlarının biznesi ilə əlaqədar yaranmış mübahisə təşkil edir. Halbuki onun İddiaçı ilə xırda buynuzlu və hin heyvanları ilə hər hansı biznesi olmamışdır. Ona məlumdur ki, qardaşı Cavabdeh2 bacısının həyat yoldaşı İddiaçı ilə birlikdə xırda buynuzlu və hin heyvanları almış və daha sonra isə həmin biznesi sənədləşmə ilə sonlandırmışdırlar. Yəni, onun bu bizneslə hər hansı formada əlaqəsi yoxdur və bunu təsdiq edən hər hansı bir sübut, sənəd də yoxdur. O, hazırda Bakı şəhərində yaşayır və işləyir. Bu səbəbdən də vəsatətin əsaslı hesab edilməsini və 2(016)-927/2025 saylı mülki iş üzrə cavabdeh siyahısından çıxarılmağı barədə qərardad qəbul edilməsini xahiş etmişdir. - Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış qarşılıqlı iddia ərizəsindən görünür ki, ilk İddiaçı inqlab oğlu əsassız varlanma nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət emişdir. İddiaçı İnqlab oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 35 baş qoyun, 21000 (iyirmi bir min) manat pul, əlavə olaraq 17 baş heyvandan gələn bəhrədən 5100 (beş min yüz) manat pul, çolpalara çəkilən 1100 (bir min yüz) manat pul, 700 (yeddi yuz) manat faydanın və ödənilən 135 (yüz doxsan beş) manat pul tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun qayınları, həyat yddaşının qardaşlarıdır. Keçən ilin fevral ayında o telefonla qaynı Vüsalla danışmışdır. Ondan xahiş etmişdir ki, ona bir az heyvan alıb saxlamağa kömək etsin. O da demişdir ki, bayramda gələrsən danışarıq, novruz bayramında qaynıgilə getmiş, orada qaynı Cavanşir ona demişdir ki, sən neyniyirsən heyvan saxlayırsan, al-ver Vüsal saxlasın. 26 mart 2024-cü il tarixdə Göyçay heyvan bazarından 35 baş boğaz qoyun, 7 quzunu dəyəri 14600 (on dörd min altı yüz) manata almışdırlar. Bundan sonra o, həmin heyvanlar üçün 2000 (iki min) manat dəyərində yem və 500 (beş yüz) manat dəyərində dərman alıb vermişdir. Tövləni böyütmək uçun 2 kuba yaxın taxta, 6 ədəd 6 metirtik truba, 20 ədəd azbest şifer, iki ədəd qapı və 3 ədəd taxta pəncərə hamısının birlikdə dəyəri 1000 (bir min) manat olar. Lakin materialı tövlənin böyüdüİməsinə sərf etməyiblər. Bundan əlavə o, 600 (altı yüz) manatlıq dəyərində 250 (iki yüz əlü) baş 2 aylıq çolpa alıbmış. 4 kisə yemlə birikdə Vüsala təhvil vermiş, daha sonra 500 (beş yuz) manat pul yoldaşı Vüsalın qonşusunun kartına yükləyibmiş. Danışıqları belə olub ki, sentyabr ayında çolpaları minumum 10 (on) manatdan satıb xərclər çıxıldıqdan sonra qazancı yarı bölməli idilər. Keçən il doğulan quzulardan 2 baş qurbanlıq götürmüşdür. 6 baş isə Vüsal satıb qalan heyvanların yeminə veribmiş. 2025-ci ilin aprel ayında o dostu Əli və yoldaşı ilə birlikdə kəndə getmiş, heyvanları tələb etmişdir. Vüsal demişdir ki, sənin müqavilən yoxdur, heyvanın da yoxdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng etmiş polislər gəlib, ona məxsus 32 qoyun 8 quzu olmaqla cəmi 40 (qrx) baş heyvanları alıb vermişdirlər. Bundan başqa, ilkin iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya onun ona verdiyi qoyunlar çox arıqdı, heç 50-60 manata getməz və yaxud qeyd edir ki, 15 çolpa verilib ki, onlar da yeyilməyə yararsız olub. Bildirmək istəyir ki, hazırda bazarlarda qoyun ətinin bir kq 20-23 manat arasında dəyişir, qoyunun dərisi belə 50-60 manata satılır. Bildirmək istəyir ki, ilk iddia üzrə iddiaçının tələbi qanunsuz və əsassızıdır. Belə ki, İddiaçı ilkin iddia ərizəsində qeyd edir ki, 35 qoyun alınıb, bir il ərzində onlardan 2 baş erkək qurbanlıq aparıb, 2024-cü ilin oktyabr ayında 6 baş erkək toğlu biri 270 manatdan Rəcəbin razılığı və iştirakı ilə satılmiş və cəmi 1620 (bir min altı yüz iyirmi) manat pul alınıb, daha sonra 2025-ci ilin yanvar ayında isə yenə də Rəcəbin təklifi, razılığı və iştirakı ilə 8 baş dişi toğlu biri 220 manatdan ümumi dəyəri 1760 manat bir baş erkək qoç isə 360 (uç yüz altmış) manatdan cəmi 2120 (iki min yüz iyirmi manat) manata satılıb. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz qazancını həndəsi silsilə hesablayır, bu günə qədər qarşı tərəf 3740 (üç min yedi yüz qırx) manat pul və 2 erkək qoyun qurbanlıq, 32 qoyun, 8 quzu aparıb və əlavə olaraq da ondan 28.000 (iyirmi səkkiz min) manat pul istəyir. Əgər İddiaçı hesabladığı kimi olsaydı ki, 35 qoyundan bir ildən sonra 17 baş satandan sonra 28000 min pul əldə etmək mümkün olsaydı bütün heyvandarlıqla məşğul olan şəxslər tez bir zamanda milyonçu olardılar. Lakin İddiaçı özü etiraf edir ki, hər ay çobana 350 (üç yüz əlli) manat əmək haqqı ödəyir, belə olan halda bir ilin çoban pulu 4200 (dörd min iki yüz) manat təşkil edir. Bundan başqa o öz beyvanları ilə bərabər onun da heyvanlarını il boyu yemləmişdir. Hesab edir ki, İddiaçı İnqlab oğlunun ümumilikdə ona 4200 manat borcu var. Ona görə ki, onlar heyvanları alanda danışmışdırlar ki həm qazanca həm də zərərə şərik olacaqlar. o isə qazancını və heyvanlarını artıqlaması ilə aparıb. O və övladları onun nökəri deyillər, hesab edir ki, qarşı tərəfin iddiası rədd edilməlidir və İddiaçı 4200 manat bir ilin çoban pulu alınıb ona ödənilməsinə dair məhkəmə qərar çıxartmalıdır. İlkin iddia üzrə iddiaçının iddiası əsassız olduğu üçün rədd edilməlidir qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İnqlab oğlundan 4200 manat məbləğində pulun və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62 manat məbləğində pulun alınıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı İnqlab oğlu verdiyi izahatında Cavabdeh2 ilə aralarında heyvan saxlamalarına dair razılıq olduğunu, 2024-cü ilin mart ayının sonlarında Cavabdeh2la birlikdə Göyçay heyvan bazarından 35 baş qoyun, 07 baş quzu və 01 baş qoç heyvanı alaraq cavabdehin yaşadığı Ağsu rayonu, Ərəbmehdibəy kəndinə gətirdiklərini, həyətdə heyvanların saxlanılması üçün tövləni böyütmək məqsədilə Cavabdeh2 həyətinə 2 kuba yaxın taxta, 6 ədəd 6 metrlik truba (qalınlığı 4 mm, diametri 150 mm), 20 ədəd azbest şifer, 2 ədəd qapı və 3 ədəd taxta pəncərə olmaqla hamısının bir yerdə dəyəri 1000 manat olan material gətirdiklərini, daha sonra Cavabdeh2la birlikdə 250 ədəd iki aylıq cücə və 4 kisə yem alaraq 600 manat pul ödədiyini və Vüsalın gətirdiyi Aqil adlı şəxsin avtomaşınında daşıdıqlarını, əlavə olaraq arvadı Elnarə Mustafayevanın tərəfindən Cavabdeh2 qonşusu olan Kamilin işlətdiyi hesab kartına yem üçün 500 manat pul göndərdiklərini qeyd etmişdir. Daha sonra aralarında narazılıq olmuş və o, aldığı heyvanları götürmək üçün Cavabdeh2 həyətinə gedərkən onu qapıdan qovmuşlar, bundan sonra o, DİN-in 102 xidmətinə müracitə etmiş və sahə müvəkkilinin iştirakı ilə 40 baş xırda buynuzlu heyvanları (32 baş qoyun və 8 baş quzu) gətirdiyi avtomobilə yükləyərək oradan uzaqlaşmışdır. Bu barədə polis əməkdaşları tərəfindən hər iki tərəfin iştirakı ilə akt tərtib edilərək imzalanmışdır. Lakin həmin heyvanlar onun aldığı heyvanlar olmamış, qoca və xəstə heyvanlar olmuşdur. Bu səbəbdən ona dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmışdır. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan müəyyən edilmişdir ki, 2024-cü ilin mart ayında İddiaçı Cavabdeh2la birlikdə saxlayıb gəlir götürmək məqsədilə Göyçay heyvan bazarından 35 baş qoyun, 07 baş quzu və 01 baş qoç almışdırlar. Həmin heyvanlardan 02 başı ilan sancması nəticəsində ölmüş, bir baş qoçu isə iddiaçı özü qurbanlıq kəsmişdir və bu hallar iş üzrə təkzib olunmur. Daha sonra həmin heyvanları birgə saxladıqları dövrdə qoyunların artımından əldə edilmiş quzuların 6 başını təxminən 2024-cü ilin oktyabr və ya noyabr ayında 1620 manata, 8 başını təxminən 2025ci ilin yanvar ayında 1760 manata, həmçinin bir ədəd qoçu 360 manata İddiaçı özü şəxsən ət kəsimi ilə məşğul olan X1 pulunu götürmüşdür. Bundan sonra aralarında mübahisə yaranmış və 14 aprel 2025-ci il tarixdə İddiaçı Ağsu Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisinin iştirakı ilə ona məxsus 32 baş qoyunu və 8 baş quzunu Cavabdeh2 götürərək aparmışdır və bu barədə həmin tarixdə akt tərtib edilmiş, həmin akt Cavabdeh2, İddiaçı, E.Mustafayeva tərəfindən imzalanmışdır. Hazırda İddiaçı həmin heyvanları qəbul edib aparsada, tərtib edilmiş aktı heyvanları götürməmişdən əvvəl imzaladığını, heyvanların onun aldığı heyvanlar olmadığını qeyd etmiş, bunu da apardığı heyvanların qoca və xəstə olması, onun heyvanlarının daha kök olması və balalı ola bilməsi ilə əsaslandırmışdır. Həmçinin heyvanların xəstə və qoca olmasının sübutu kimi 11 aprel 2025-ci il tarixdə Şamaxı rayon Şərədil kəndinin fərdi baytar həkimi Şirəliyev Əlbaxış tərəfindən tərtib edilmiş və heyvan sahibi İddiaçı, şahidqonşu Abbasov Əlyar tərəfindən imzalanmış arayışı təqdim etmişdir. Məhkəmə araşdırması zamanı görünür ki, Şamaxı rayon Şərədil kəndinin fərdi baytar həkimi Əlbaxış Şirəliyev tərəfindən arayış 11 aprel 2025-ci il tarixdə tərtib edilmiş, lakin heyvanlar İddiaçı 14 aprel 2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi arayış heyvanlar İddiaçı verilməmişdən və Şamaxı rayon Şərədil kəndinə gətirilməmişdən 4-5 gün əvvəl artıq tərtib edilərək imzalanmışdır. Bundan başqa İddiaçı apardığı heyvanların onun aldığı heyvanlar olmamasını bildirsə də iş materiallarına əlavə edilmiş şəkil və video görüntülərin nə vaxt (yəni heyvanları götürdükdən hansı müddət sonra) çəkildiyini, həmçinin şəkil və videodakı heyvanların aparılan heyvanlar olmasını müəyyən etmək mümkün olmamış və buna dair hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı özünün və Cavabdeh2 təqdim etdiyi foto şəkillər və video çəkilişlərdən görünür ki, onların birlikdə aldığı xırdabuynuzlu heyvanlar qırmızı rənglə nişanlanmış, otarılan heyvanlar da qırmızı rənglə nişanlanmış, həmçinin İddiaçı apardığı heyvanlar da qırmızı rənglə nişanlanmışdır. Lakin İddiaçı təqdim etdiyi digər foto şəkil və video çəkilişlərdə ölmüş, eyni zamanda xəstə və qoca kimi qeyd edilən heyvanların heç birində qırmızı rəngli nişan yoxdur. Eyni zamanda iddiaçının təqdim etdiyi video görüntülərdən birində bir nəfər şəxs Rəcəbə heyvanları satmasını, lakin videoda ona göstərilən heyvanların həmin heyvanlar olmamasını bildirsədə həmin şəxsin heyvanları satan şəxs olmasını müəyyən etmək mümkün olmamış, həmçinin həmin şəxsin məhkəmə iclasında iştirakı təmin edilməmiş, cavabdehin təqdim etdiyi səs yazısında isə sahə müvəkkilinin iştirakı ilə heyvan alınan şəxsə İddiaçı tərəfindən zəng olunması və həmin şəxsin neçə baş heyvan satmasının yadında qalmadığını qeyd etməsi görünür. Eyni zamanda İddiaçı Cavabdeh2 ona bu il 17 quzu verməli olmasını bildirsədə onlar arasında belə razılaşmanın olmasını, həmçinin 2024-2025-ci illər ərzində birgə aldıqları xırda buynuzlu heyvanlardan əlavə olaraq 17 quzunun da doğulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı, həmçinin Cavabdeh1 qarşıda iddia qaldırsa da qeyd edilən epizod üzrə onun hər hansı bir öhdəlik götürməsini, onlar arasında razılaşma olmasını, saxlanılan heyvanlardan Cavabdeh1 qazancının nədən ibarət olmasını, onunla Cavabdeh2 arasında olan dialoqlarda, heyvanların alınıb-satılmasında, heyvanların İddiaçı geri verilməsində iştirak etməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi ilkin iddia üzrə İddiaçı öz iddasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 35 baş öz verdiyi qoyunların və ya hazırda onların 21000 manat pulla dəyərinin, heyvanlardan gələn bəhərdən 17 baş quzunun və ya onların 5100 manat pulla dəyərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını tələb etsə də iddiasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddia tələbinin tövlənin tikintisi ilə bağlı 2 kuba yaxın taxta, 6 ədəd 6 metrlik truba (qalınlığı 4 mm,diametri 150 mm), 20 ədəd azbest şifer, 2 ədəd qapı və 3 ədəd taxta pəncərə hamısının bir yerdə dəyəri 1000 manat olan materialların gətirilməsi və hazırda həmin materialların dəyəri 1000 manat olan pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi hissəsi üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2la İddiaçı arasında olan razılığa əsasən heyvan saxlanılması üçün tövlənin böyüdülməsi məqsədilə İddiaçı tərəfindən Cavabdeh2 istifadə olunmuş taxta parçaları, dəmir turba, azbeş şifer, taxta qapı və pəncərə verilmişdir. Əşyaların verilməsi mübahisə mövzusu olmasa da, verilən əşyaların sayı ilə bağlı tərəflər arasında fikir ayrılığı olmuşdur. Bununla bağlı məhkəmə araşdırması zamanı Cavabdeh2 İddiaçı tərəfindən ona təxminən 01 kub metrə yaxın istifadə olunmuş köhnə taxtanın, 04 ədəd 4 metrlik istifadə olunmuş dəmir trubanın, 12 ədəd istifadə olunmuş azbest şifer, 01 ədəd istifadə olunmuş taxta qapının, 01-02 ədəd istifadə olunmuş taxta pəncərənin verilməsini etiraf etmiş və buna dair şəkilləri məhkəməyə təqdim etmiş, hətta onların İddiaçı tərəfindən istənilən vaxt götürülməsinə etiraz etməmişdir. Həmin şəkillərə baxış keçirilərkən şəkillərdə həqiqətən təxminən 01 kub metrə yaxın istifadə olunmuş taxta, 03 ədəd 4 metrlik istifadə olunmuş truba, 12 ədəd istifadə olunmuş azbest şifer, 01 ədəd istifadə olunmuş taxta qapı, 02 ədəd istifadə olunmuş taxta pəncərə olduğu aşkar görünmüşdür. Cavabdeh2 dediklərini həmin əşyaları avtomaşınla gətirən sürücü X7 da təsdiq etmişdir. Gətirilən turbaların sayının 06 yox, 04 ədəd 04 metrlik turba olmasını Mustafayev Vüsalın özünün şahid kimi gətirdiyi Elnarə Mustafayeva da təsdiq etmişdir. İddiaçı Cavabdeh1 qarşıda qeyd edilən epizod üzrə də iddia qaldırsa onun hər hansı bir öhdəlik götürməsini, tövlənin böyüdülməsi məqsədi ilə əşyaların verilməsində, verilmiş əşyaların istifadə edilməsində iştirak etməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi ilkin iddia üzrə İddiaçı iddia tələbi 2 kuba yaxın taxta, 6 ədəd 6 metrlik truba (qalınlığı 4 mm,diametri 150 mm), 20 ədəd azbest şifer, 2 ədəd qapı və 3 ədəd taxta pəncərə hamısının bir yerdə dəyəri 1000 manat olan materialların gətirilməsi və hazırda həmin materialların dəyəri 1000 manat olan pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi hissəsində qismən, yəni təxminən 01 kub metrə yaxın istifadə olunmuş köhnə taxtanın, 04 ədəd 4 metrlik istifadə olunmuş dəmir trubanın, 12 ədəd istifadə olunmuş azbest şifer, 01 ədəd istifadə olunmuş taxta qapının, 02 ədəd istifadə olunmuş taxta pəncərənin Cavabdeh2 verilməsi hissəsi sübut olunmuşdur. İddia tələbinin 250 ədəd çolpaların alınması, saxlanılması üçün çəkdiyi 1100 manat xərcin, 700 manat itirdiyi faydanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Rəcəb Müstafayev ilə Cavabdeh2 həmçinin cücə saxlamaq üçün də qarşılıqlı razılığa gəlmişlər. Bu məqsədlə Rəcəbin qonşusundan təxminən 250 ədəd cücə alınmış və saxlanılması üçün Cavabdeh2 verilmişdir. Lakin sonradan Cavabdeh2 cücələrin hamısının xəstəlikdən öldüyünü bildirmişdir. İddia tələbinin qeyd edilən hissəsində cücə saxlanılması ilə bağlı qarşılıqlı razılığa gəlinməsi və Rəcəbin qonşusundan təxminən 250 ədəd cücə alınması mübahisə mövzusu olmasa da, cücələrin ölməsi, bunun nəticəsində əldən çıxılan fayda və ona çəkilən xərc mübahisə mövzusu olmuşdur. Bununla bağlı məhkəmə araşdırması zamanı təqdim edilmiş video görüntü və səs yazısı ilə Cavabdeh2 tərəfindən cücələrə baxış keçirib satan şəxsə xırda və lüt cücələri götürməyərək Rəcəbin öz istəyinə uyğun olaraq nə qədər istəyirsə almasını bildirməsi, yəni cücələrin İddiaçı tərəfindən alınması öz əksini tapmışdır. Cavabdehin təqdim etdiyi sübutlar siyahısında cücələrə qurd dərmanının verilməsi, cücələrdən təxminən 10 ədədinin xəstə olması görülür. Video çəkilişdə cücələrdən artıq 100 ədədinin öldüyü bildirilsə də buna dair video çəkiliş və ya hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Lakin alınmış cücələrdən 30 ədədinin kəsilərək İddiaçı verilməsi və təxminən 20 ədədinin ölməsi tərəflərin və şahidlərin izahatları ilə öz təsdiqini tapmışdır. Cücələrin alınma qiyməti ilə bağlı onları satan şəxsin izahatından da görünür ki, cücələri 2 manatdan satmış, 250 ədəd cücəyə və yarım kisə yemə görə 500 manat pul almışdır. Bununla da biri 2 manatdan olmaqla 250 ədəd cücə və yarım kisə yemin alınmasına İddiaçı 500 manat pul xərcləməsi sübut olunmuşdur. Əlavə olaraq həmin vaxt 4 kisə yem alınmasını və 600 manat verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin İddiaçı 250 ədəd cücələrə yem alınması üçün Kamil adlı şəxsin kartına 500 manat pul göndərildiyini qeyd etsədə, sırf 250 ədəd cücələrə yem alınması üçün pul göndərilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə iddia tələbinin qeyd edilən hissəsi üzrə Rəcəb Müstafayev ilə Cavabdeh2 cücə saxlamaq üçün qarşılıqlı razılığa gəlmələri, İddiaçı tərəfindən 2 manatdan 250 ədəd cücə alınaraq saxlanılması üçün Cavabdeh2 verilməsi, həmin cücələrdən 30 ədədinin kəsilərək ona verilməsi və təxminən 20 ədədinin ölməsi sübut olunmuş, qalan 200 ədədinin ölməsi isə cavabdeh tərəfindən, həmin cücələrin saxlanılmasına ümumilikdə 600 manat pul xərcləməsi isə iddiaçı tərəfindən sübut olunmamışdır. İddiaçı Cavabdeh1 qarşıda qeyd edilən epizod üzrə də iddia qaldırsa onun hər hansı bir öhdəlik götürməsini, cücələrin alınmasında, saxlanılmasında iştirakını və əldə ediləcək qazancının nədən ibarət olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi ilkin iddia üzrə İddiaçı iddia tələbi 250 ədəd çolpaların alınması, saxlanılması üçün çəkdiyi 1100 manat xərcin, 700 manat itirdiyi faydanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi hissəsində qismən, yəni Rəcəb Müstafayev ilə Cavabdeh2 cücə saxlamaq üçün qarşılıqlı razılığa gəlməsi, 200 baş cücənin alınmasına 400 manat məbləğində pul xərcləməsi hissəsi sübut olunmuşdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əkbərov X6 Rəcəb İnqlab oğlundan 4200 manat bir ilin çoban pulunun və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62 manat məbləğində pulun alınıb ona ödənilməsini xahiş etsə də, aralarında belə bir razılaşmanın olmasını, eyni zamanda həmin halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əlavə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Ağsu RPŞ-də verdiyi izahatında qeyd etmişdir ki, 2024-cü ildə İddiaçı aldığı xırda buynuzlu heyvanlar doğaraq 30 baş bala vermişdirlər. Daha sonra Rəcəblə olan razılaşmaya əsasən o, öz payına düşən bala xırda buynuzlu heyvanları ehtiyacı olduqca bir-bir iki-iki satmışdır. Göründüyü kimi Cavabdeh2 da İddiaçılə qarşılıqlı razılıq əsasında saxladıqları heyvanlardan öz qazancını götürmüşdür. MPM-in: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh öz iddasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 35 baş öz verdiyi qoyunların və ya hazırda onların 21000 manat pulla dəyərinin, heyvanlardan gələn bəhərdən 17 baş quzunun və ya onların 5100 manat pulla dəyərinin alınaraq ona verilməsi epizodu üzrə, 2 kuba yaxın taxta, 6 ədəd 6 metrlik truba (qalınlığı 4 mm,diametri 150 mm), 20 ədəd azbest şifer, 2 ədəd qapı və 3 ədəd taxta pəncərə hamısının bir yerdə dəyəri 1000 manat olan materialların gətirilməsi və hazırda həmin materialların dəyəri 1000 manat olan pulun alınaraq ona verilməsi epizodundan 1 kub metr taxtanın, 6 ədəd 6 metrlik truba (qalınlığı 4 mm,diametri 150 mm), 8 ədəd azbest şifer, 1 ədəd qapı və 1 ədəd taxta pəncərə və onların dəyərinin 1000 manat olması hissəsi üzrə, 250 ədəd cücələrin alınması, saxlanılması üçün çəkdiyi 1100 manat xərcin, 700 manat itirdiyi faydanın ona verilməsi epizodundan cücələrin saxlanması üçün 600 manat xərc çəkməsi və 700 manat fayda götürülməli olması hissəsi üzrə ilkin iddia ərizəsində göstərdiyi dəlilləri, eyni zamanda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdirlər. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qаrşı “əsassız varlanma nəticəsində dəymiş zərərin ödənilməsi” tələbi irəli sürsədə iddia ərizəsində qeyd edilən 35 baş öz verdiyi qoyunların və ya hazırda onların 21000 manat pulla dəyərinin, heyvanlardan gələn bəhərdən 17 baş quzunun və ya onların 5100 manat pulla dəyərinin alınaraq ona verilməsi epizodu üzrə, 2 kuba yaxın taxta, 6 ədəd 6 metrlik truba (qalınlığı 4 mm,diametri 150 mm), 20 ədəd azbest şifer, 2 ədəd qapı və 3 ədəd taxta pəncərə hamısının bir yerdə dəyəri 1000 manat olan materialların gətirilməsi və hazırda həmin materialların dəyəri 1000 manat olan pulun alınaraq ona verilməsi epizodundan 1 kub metr taxtanın, 6 ədəd 6 metrlik truba (qalınlığı 4 mm,diametri 150 mm), 8 ədəd azbest şifer, 1 ədəd qapı və 1 ədəd taxta pəncərə və onların dəyərinin 1000 manat olması hissəsi üzrə, 250 ədəd cücələrin alınması, saxlanılması üçün çəkdiyi 1100 manat xərcin, 700 manat itirdiyi faydanın ona verilməsi epizodundan cücələrin saxlanması üçün 600 manat xərc çəkməsi və 700 manat fayda götürülməli olması hissəsi üzrə həmin halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda Cavabdeh2 da İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələb irəli sürsədə həmin halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlamışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Beləliklə, iddia tələbində qeyd edilən və Cavabdeh2 yaşadığı evdə olan təxminən 01 kub metrə yaxın istifadə olunmuş taxtanın, 4 ədəd 4 metrlik istifadə olunmuş trubanın, 12 ədəd istifadə olunmuş azbest şiferin, 01 ədəd istifadə olunmuş taxta qapının, 02 ədəd istifadə olunmuş taxta pəncərənin İddiaçı məxsus olması məhkəmə araşdırması zamanı sübut olunduğundan həmin əşyalar sonuncunun fərdi mülkiyyəti hesab edilməlidir. MM-nin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin tələblərindən görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd, yəni mülki qanunvericiliyin normalarını pozan əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və zərərvuran fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı məhz cavabdehlər tərəfindən ona ziyan vurulmasını sübut etməli və bundan sonra həmin ziyanın tam həcmdə ödənilməsini tələb etməlidir. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 200 baş çolpanın dəyəri 400 manat məbləğində pul, təxminən 01 kub metrə yaxın istifadə olunmuş taxta, 4 ədəd 4 metrlik istifadə olunmuş truba, 12 ədəd istifadə olunmuş azbest şifer, 01 ədəd istifadə olunmuş taxta qapı, 02 ədəd istifadə olunmuş taxta pəncərə alınaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ilkin iddia ərizəsi üzrə məhkəməyə müraciət edilməsi üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 195 manat dövlət rüsumu ödənilmişdir. ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 195 manat dövlət rüsumunun 30 manatı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 165 manatı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 200 baş çolpanın dəyəri 400 manat məbləğində pul, təxminən 01 kub metrə yaxın istifadə olunmuş taxta, 4 ədəd 4 metrlik istifadə olunmuş truba, 12 ədəd istifadə olunmuş azbest şifer, 01 ədəd istifadə olunmuş taxta qapı, 02 ədəd istifadə olunmuş taxta pəncərə alınaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 195 manat dövlət rüsumunun 30 manatı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin, ödənilmiş dövlət rüsumunun 165 manatı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. İlkin iddia qalan hissədə hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar