Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-929/2023 27.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, həmçinin dövlət rüsumunun geri qaytarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçı tərəf mülki işin baxılmamış saxlanılması barədə ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasının tələb edilməsinə dair məhkəməyə heç bir vəsatət təqdim etmədiyindən, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən, mülki işin baxılmamış saxlanılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, həmçinin 14735 nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi üzrə ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-929/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-929/2023
27.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver