Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-932/2024 15.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC xx.xx.2017-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, borcludan "xxxx" MMC-nin xeyrinə 464 manat 97 qəpik abunə və xidmət haqqının və 20 manat dövlət rüsumunun, cəmi 484 manat 97 qəpik pul məbləğinin məcburi qaydada tutulması haqqında məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-321/2017 saylı, 02 fevral 2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, ərizə təmin edilmiş, borclu xx.xx.1980-ci ildə Ağsu rayonunda anadan olmuş, Ağsu şəhəri, Vidadi küçəsi, ev 1-də qeydiyyatda olan Cavabdeh "xxxx" MMC-nin xeyrinə 464,97 manat və 20 manat məhkəmə xərci, cəmi 484,97 manat tutulması əmr edilmişdir. Kreditor "xxxx" MMC-nin borclu Cavabdeh qarşı “borc” tələbinə dair Ağsu Rayon Məhkəməsinin 2(016)-321/2017 saylı, 02 fevral 2017-ci il tarixli məhkəmə əmrindən borclu Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin 2(016)-321/2017 saylı, 02 fevral 2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi və işin iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Ağsu Rayon Məhkəməsinin 2(016)-321/2017 saylı xx.xx.2017-ci il tarixli əmri ləğv edilmiş və material iddia icraatına keçirilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclaslarına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Soyski prospekti, ev 123A ünvanında qeydiyyatdadır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.1-ci maddəsinə əsasən əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, iş materiallarındakı məlumatlar əsasında aidiyyət qaydalarına əməl edilməklə iddia ərizəsi Ağsu Rayon Məhkəməsinin icraatına qəbul olunsa da, məhkəmə hazırlıq iclası zamanı cavabdehin qeydiyyat ünvanının Bakı şəhərinin Nərimanov rayonu olduğu məlum olmuşdur. Məhkəmə hesab edir ki, hazırki mülki işdə Cavabdeh xx.xx.2016-cı il tarixdən qeydiyyat ünvanı ünvan 2şə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 35.2, 44.2.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-932/2024
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-932/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver