Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-964/2023 18.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əzimova (Gülalıyeva) Rima İnqilab qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 8410 manat məbləğində borc pulun və 104.10 manat məbləğində ödənilən dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 iyul 2014-ci il tarixində qonşusu Cavabdeh ilə “razılaşma ərizəsi” ilə adına 24 ay müddətli aylıq 320 manat ödənişi ilə 6000 manat məbləğində kredit götürüb cavabdehə verilməsinə və həmin krediti ödəməsinə onun yoldaşının Əzimov Azərin aylıq 156 manat aldığı pensiya kartini, öz 134 manat aldığı əmək haqqı kartını, ümumilikdə 290 manat məbləği ilə kartları ona təhvil verərək razılaşma ərizəsinə qol çəkmişdir. xx.xx.2014-ci il tarixində Ağsu rayon ərazisində yerləşən "xxxx" ASC-yə müraciyət edərək 154GTK********** nömrəli kredit müqaviləsinə əsasən 28% faiz ilə 6000 manat xx.xx.2014-cü ildən xx.xx.2016-cı il tarixədək ümumilikdə 8410 manat kredit götürmüşdür. Razılaşma ərizəsində Cavabdeh ona əlavə 2850 manat borcu olduğunu nəzərə alaraq həmin 6000 manatı Cavabdeh vermişdir. Cavabdeh ona verdiyi kartlardan aylıq ödənişini götürmək istəyərkən müəyyən səbəblərdən kartlarda pul olmamışdır. Sonradan ondan adına götürülən kreditin aylıq ödənişin ödənilməsini tələb etsə də cavabdeh müxtəlif səbəblərlə ödəniş etməmişdir. Sonradan onunla görüşəndə cavabdeh yenidən ərizə yazaraq bildirmişdir ki, xx.xx.2014-cü il tarixində onun adına "xxxx"dan 6000 min manat kedit götürmüşdü. Krediti o ödəməliydi. Lakin həyat yoldaşı Əzimov Azər vəfat etdiyinə görə və oğlu texnikuma qəbul olduqdan sonra hərbi xidmətə getdiyindən maddi vəziyyəti ağırlaşmışdır. Həmin səbəblərdən ödənişi edə bilməmişdir. Bundan sonra özünü artırılmış əmək haqqından və oğlu işləyən əmək haqqından ona olan borcunu 2023-ci il tarixinədək ödəməyə başlayacaqlarını bildirərək 19 fevral 2023-cü il tarixində ərizəni imzalamışdır. Kapital Bankdan götürdüyü krediti cavabdehin yerinə özü ödəniş edərək bağlamışdır. Cavabdeh borcu tələb etsədə götürülən 8410 manat krediti qaytarmaqdan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib iddia tələbinin dəlillərinə uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2014-cü il tarixli, 154GTK********** saylı kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən iddiaçıya "xxxx" ASC tərəfindən 24 ay müddətinə, 28 faizlə 6000 manat məbləğində kredit verilmişdir. - İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 154GTK********** saylı kredit müqaviləsi üzrə kredit reyestrindən çıxarışdan görünür ki, ödəniş qrafikinə əsasən ödəniləcək məbləğ 8410,50 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə İddiaçı arasında olan razılaşmadan görünür ki, krediti ödəmək üçün cavabdeh həyat yoldası Azər Əzimovun pensiya kartını (aylıq pensiya məbləği 156 manat), öz əmək haqqı kartını (aylıq maaşı 134 manat olmaqla, cəmi aylıq 290 manat) İddiaçı təhvil vermiş, kredit ödənişi ayda 324 manat olmaqla qalan 30 manatı isə hər ay kreditin ödənilmə tarixinden 3 gün qabaq İddiaçı ödəyəcəkdir. Bundan əlavə iddiaçıya 2850 manat borcu olduğunu nəzərə alaraq borclarını və krediti ödəməyi öhdəsinə götürmüş, həmin məbləği 2014-cü ildə ödəmədiyi halda borcu və kredit qurtarmamış kartlarını ondan tələb etməyəcəyini qeyd etməklə razılaşmanı imzalamışlar. - xx.xx.2023-cü il tarixdə Gülalıyeva (Əzimova) Rima İnqilab qızı ilə İddiaçı arasında olan razılaşmadan görünür ki, Cavabdeh İddiaçı adına "xxxx" ASC-dən 6000 manat kredit götürmüş, həmin krediti ödəməli olsada həyat yoldaşı vəfat etdiyinə, oğlu texnikuma qəbul olduğuna və sonradan hərbi xidmətə getdiyindən maddi vəziyyəti ağırlaşmış və krediti ödəyə bilməmişdir. Lakin 2023-cü ilin mart ayından borcunu ödəməyə başlayacağını qeyd etmişdir. Razılaşma hər iksinin imzası ilə təsdiq edilmişdir. - ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ABB ASC-yə 104.10 manat dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, İddiaçı öz adına götürdüyü 6000 manat kredit məbləğini Cavabdeh verdiyi, həmin məbləğ üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən 8410,50 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə sübuta yetirilmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): MM-in: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçının 6000 manat məbləğində kredit götürərək cavabdehə verməsinin nə qanuni, nə də müqavilə əsası olmamış, lakin tərəflər arasında olan yazılı razılaşma ilə 6000 manat məbləğində götürülmüş kredit məbləğinin 2023-cü ilin mart ayından cavabdeh tərəfindən iddiaçıya ödəməyə başlanılacağı ilə bağlı razılıq əldə edilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında etibarlı borc müqaviləsi yoxdur, lakin tərəflər arasında imzalanmış razılaşma ilə cavabdeh iddiaçıdan pulu qəbul etməsini etiraf etmiş və geri qaytarmağı öhdəsinə götürmüşdür. Buna görə də, iddiaçı kredit müqaviləsi üzrə götürərək cavabdehə verdiyi pul vəsaitini ondan geri tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına pul əldə etmişdir. MM-in: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar qanunvericiliyin əsassız varlanma haqqında müddəalarına uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 104,10 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 104,10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8410 manat məbləğində borc pul və 104,10 ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8410 manat məbləğində borc pul və 104,10 ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-964/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-964/2023
18.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver