Məhkəmə qərarları › İş №2(016)-980/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-980/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-980/2023 27.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2022-ci il tarixli FM-00247-17/22A saylı kredit müqaviləsindən irəli gələn 31 iyul 2023-cü il tarixinə ödənilməmiş 9340,3 manat əsas borc, 676,17 manat faiz borcu, 460,84 manat dəbbə borcu olmaqla ümumilikdə 10477,31 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 122 AZN dövlət rüsumu və 0,40 AZN bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli FM-00247-17/22A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri ilə 36 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 10000 məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə hdəliklərin icrasında gecikmələr yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilərək tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bank "xxxx" ASC ilə Cavabdeharasında bağlanmış xx.xx.2022-ci il tarixli FM-00247- 17/22A saylı kredit müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18 % dərəcəsi ilə 10000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin cəmi 10477,31 AZN borcu vardır. - xx.xx.2023 və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, cavabdeh gecikdirilmiş borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, xidmət haqqı ilə birgə 122,40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli FM-00247-17/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 9340,3 manat əsas borc, 676,17 manat faiz borcu, 460,84 manat dəbbə borcu olmaqla ümumilikdə 10477,31 manat borc və xidmət haqqı birgə ödənilmiş 122,40 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli FM-00247-17/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 9340,3 manat əsas borc, 676,17 manat faiz borcu, 460,84 manat dəbbə borcu olmaqla ümumilikdə 10477,31 manat borc və xidmət haqqı birgə ödənilmiş 122,40 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar