Məhkəmə qərarları › İş №2(016)-99/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-99/2024

05.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-99/2024 05.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi Məmmədova Esma Kərim qızının katibliyi ilə, İddiaçı Cavabdeh Zakir oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Zakir oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Zakir oğlunun Ağsu rayon məhkəməsinin 06 iyul 2015-ci il tarli 2(016)-521/2015 saylı qətnaməsinin qəbul edildiyi 06 iyul 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023-cü il tarixədək olan 2000 (iki min) manat pulun illik 5 faiz olmaqla 8 il 3 ay müddətində hər il üçün 100 (yüz) manat, cəmi 830 (səkkiz yüz otuz) manat (2000 AZN /100%=20 x 5%=100 AZN. 100 Azn x 8 il = 830 AZN) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu rayon Məhkəməsinin 06 iyul 2015ci il tarixli 2(016)-521/2015 saylı qətnaməsi ilə nümayəndəsi olduğu İddiaçı Cavabdeh Zakir oğluna qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilərək Cavabdeh Zakir oğlundan 2000 (iki min) manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh Zakir oğlunun icra tədbirlərindən yayınması səbəbindən mümkün olmamışdır. Borclu Cavabdeh Zakir oğlu qanunla müəyyən edilmiş qaydada və müddətdə tələbkara münasibətdə icra ödənişini həyata keçirmədiyi üçün Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Cavabdeh Zakir oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola əsasən Ağsu rayon Məhkəməsinin 23 yanvar 2017-cı il tarixli, 8(016)-14/2017 saylı qərardadı ilə Cavabdeh Zakir oğlunuı ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxlamaqla onun pulundan fayda əldə etmədən məhrum etmişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 oktyabr 2023-cu il tarixli 1161/23 saylı pretenziya məktubu ilə Cavabdeh Zakir oğluna müraciət edərək 5 gün müddətinə 830 manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini məhkəmə xərclərinin də Cavabdeh Zakir oğlunun nəzərinə çatdırmışdır. Lakin cavabdeh qətnaməni yenə icra etməmişdir. Cavabdeh Zakir oğlundan Ağsu rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli 2(016)-521/2015 saylı qətnaməsinin qəbul edildiyi 06 iyul 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023-cü il tarixədək olan 8 il 3 ay müddətində 830 (səkkiz yüz otuz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarli 2(016)-521/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh Zakir oğlundan İddiaçı xeyrinə 2000 manat məbləğində pul verilməsi qət olunmuşdur. - 23 oktyabr 2023-cu il tarixli 1161/23 saylı pretenziya məktubudan görünür ki, Hətəmov X1 İlham Zakir oğluna müraciət edərək 5 gün müddətinə 830 manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini məhkəmə xərclərinin də Cavabdeh Zakir oğlunun nəzərinə çatdırmışdır. - Ağsu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 212020-2021- 49-9 saylı məktubundan görünür ki, Ağsu Rayon Məhkəməsi tərəfindən 2(016)-521/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh Zakir oğlundan 2000 manat pul alınaraq tələbkar İddiaçı ödənilməlidir. Lakin borclu Cavabdeh Zakir oğlu tələbkar İddiaçı 2000 manat borc məbləğindən bu günə kimi heç bir ödəniş etməmişdir. - Seriya AA № 161230 saylı Məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür. Azərbaycan Respublikası Konstitusiyasının 13.1 -ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29.1 və 29.3-cü maddələrinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.” Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldətməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər”. Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 439.2 və 439.3-cü maddələrinə əsasən “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır”. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə belə qənaətə gəlir ki, Ağsu Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarli 2(016)-521/2015 saylı qətnaməsi ilə Cavabdeh Zakir oğlundan 2000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Ağsu Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarli 2(016)- 521/2015 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra və probasiya şöbəsinə yönəldilmişdir. Lakin, bu günə kimi Cavabdeh Zakir oğlu iddiaçıya olan borcundan ödəniş etməmişdir. Belə olan halda ümumi məbləğin 2000 manatın 8 il 3 ay müddətinə hər il üçün illik 5 faiz olmaqla yəni, illik 100 (bir yüz) manat, cəmi 830 (səkkiz yüz otuz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiq hesab edilməlidir. MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Zakir oğlundan 06 iyul 2015-ci il tarixdən 30 oktyabr 2023-cü il tarixədək olan 8 (səkkiz) il 3 (üç) ay müddətində hər il üçün 100 (bir yüz) manat, cəmi 830 (səkkiz yüz otuz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, Cavabdeh Zakir oğlundan 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Zakir oğlundan 06 iyul 2015-ci il tarixdən 30 oktyabr 2023-cü il tarixədək olan 8 (səkkiz) il 3 (üç) ay müddətində hər il üçün 100 (bir yüz) manat, cəmi 830 (səkkiz yüz otuz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh Zakir oğlundan 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar