Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-991/2023 07.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə ilk iddia tələbinə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2009-cu ildə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulmuş X1 yanında saxlanması üçün yetkinlik yaşlarına çatanadək cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat onun xeyrinə aliment ödənilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçının əsaslandırması: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə nikahı Ağsu Rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu ildə bağlanaraq ailə qurmuşdur. Ağsu Rayon Məhkəməsinin 2(016)-44/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qərarı ilə nikahları pozulmuş və birgə yaşayışlarından xx.xx.2009-cu ildə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulmuş X1 yanında saxlanması üçün yetkinlik yaşlarına çatanadək cavabdehdən hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat məbləğində sabit pul şəklində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qanuna görə 2023-cü il üçün yaşayış minimimu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyi halda məhkəmə hətta o vaxta görə ədalətsiz qərar çıxarmışdır. Məhkəmə aliment təyin edərkən tərəflərin maddi vəziyyətlərini nəzərə almalıdır. Belə ki, o, kənd yerində yaşamaqla şəxsi təsərrüfatı və evi olmadığından qoca anası və ailəli qardaşının himayəsinə iki uşaqla sığınmışdır. Cavabdeh isə kişi olaraq sağlam bədənli olmaqla pay torpağına sahibdir, şəraitli evdə yaşayır, həyətyanı təsərrüfatı vardır və mal-qara saxlayır, əlavə işlərdə də işləyir. Lakin hazırkı vaxtda uşaqların böyüdükcə qayğılarının, xərclərinin artdığı dövrdə, bahalığın artdığı şəraitdə ödənilən alimentlə iki uşağı saxlamaq imkanında deyil. Keçən bu illərdə ödənilən alimentlə uşaqları hansı vəziyyətdə saxlamasını təsəvvür etmək çətin deyil. Cavabdeh isə əlavə xərclərdə heç vaxt iştirak etməmişdir. Odur ki, alimentin mövcud zamana və şəraitə uyğun artırılmasını, yəni hər ay 220 manat ödənilməsini tələb edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin 27 may 2021 -ci il tarixli, 2(016)-148/2021 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh İddiaçı onun xeyrinə hər ay sabit pul məbləği ilə 210 manat aliment tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının əsaslandırması: Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 24 fevral 2021-ci iİ tarixli, 2(016)-41/2021 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, tərəflər arasında xx.xx.2009-cu il tarixdə Ağsu Rayon Qeydiyyat Şöbəsində 186 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, X3 və X1 anaları İddiaçı -yanında qalmaları, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2021ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat məbləğində sabit pul şəklində alimentin tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, X2 atası Cavabdeh yanında qalması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Eyni zamanda, Ağsu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(016)- 148/2021 nömrəli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ilk iddia üzrə İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 70 manat məbləğində sabit pul şəklində alimentin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda İddiaçı ona qarşı yenidən bir uşaq üçün 220 manat, iki uşaq üçün 440 manat aliment tələbi ilə təkrarən müraciət etmişdir. O, ilk iddia tələbi ilə razılaşmır. İddiaçı məhkəmin müvafiq qətnamələri ilə uşaqların saxlanılması üçün müəyyən edilən alimentin uşaqların maddi ehtiyaclarını kifayət qədər qarşılamadığını iddia edir. Halbuki, o da 70 manat aliment ilə uşağını böyüdür. İddiaçı bilavasitə onu incitmək, məhkəmə yollarında süründürmək üçün belə bir addıma əl atmışdır. O, dəfələrlə iddiaçıya təklif etmişdir ki, uşaqları da götür evinə qayıt, birlikdə uşaqları böyüdək. Lakin iddiaçı müxtəlif bəhanələrlə bundan yayınmışdır. Halhazırda o, yenidən ailə qurmaq istəyir. Onun əmlaklarının evdən çıxarmasını tələb edir. Çünki, illərdir o, təkbaşına övladına atalıq və analıq edir. Lakin iddiaçı bunu başa düşmür, başa düşməsinə valideynləri imkan vermir. İşdə iştirak edən şəxslərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı 30 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, ilk iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 2(016)-44/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və alimentin ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “uşağın onun himayəsinə verilməsi və aliment ödənilməsi” barədə qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2009-cu il tarixdə Ağsu rayon Qeydiyyat Şöbəsində 186 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, X3 və X1 anaları İddiaçı yanında qalmaları, xx.xx.2009cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx) manat məbləğində sabit pul şəklində alimentin tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi qət edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-148/20221 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşaq və sabit pul məbləği ilə aliment” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “uşaq və alimentin sabit pul məbləği ilə tutulması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ilk iddia üzrə İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 70 manat məbləğində sabit pul şəklində alimentin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği azlıq təşkil etdiyindən, tərəflər məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə - AM) 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın tələbinə əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. AM-in 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, qətnamələrin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması barədə ilk və qarşılıqlı iddia tələbləri xarakterinə və tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulacaq alimentin məbləği hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulacaq alimentin məbləği isə hər ay 150 manat məbləğində müəyyən edilməli və alimentin tutulma müddəti tərəflərin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, 39,20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İlk və qarşılıqlı iddia qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 2(016)-44/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Ağsu Rayon Məhkəməsinin 2(016)-148/20221 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 150 (bir yüz əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq Cavabdeh ödənilsin. İlk və qarşlılıqlı iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 39,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-991/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-991/2023
07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver