Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-100/2023 30.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı Göyçə oğlunun və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Göyçə oğlunun Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Göyçə oğlu məhkəmədə iddia qaldıraraq Cavabdeh vurduğu maddi ziyana görə yaranmış 15280 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Göyçə oğlu iddianı müdafiə etdi və izahatında göstərdi ki, “Kamaz 53212” yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu, Mehdili kəndi ərazisindən keçən 68-ci km-də Cavabdeh idarə etdiyi “KHAZAR LX” yük markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil st.Mingəçevir istiqamətində hərəkətdə olan zaman, onunla eyni istiqamətdə hərəkətdə olan ona məxsus və X2 markası və qeydiyyat nişanı olmayan qoşqu ilə idarə etdiyi “Kamaz 53212” yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh təqsirindən hadisə nəticəsində ona məxsus olan “Kamaz 53212” yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi faktı ilə bağlı araşdırma aparılmış və cinayət işi başlanması rədd edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilmişdir. Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə dəyən zərəri müəyyən etmək üçün “Gəncə Avtomotoservis və Ticarət” müəssisəsi 9 saylı TXE-də baxış keçirilmiş və avtomobilə 14600 manat məbləğində maddi zərər dəyməsi müəyyən edilmiş və bu barədə qüsur aktı tərtib olunmuşdur. Eyni zamanda toqquşmadan sonra aldığı zərbədən yük avtomobili və qoşqusu aşmış, avtomobildə və qoşquda olan 170 ədəd yonca kipi dağılaraq məhv olmuşdur. Yonca kipinin 1 ədədi 4 manat qiymətləndirildiyindən, həmin zərər 170 ədəd x 4 manat = 680 manat məbləğində təşkil edir. Hadisədən sonra Beyləqan rayonundan fəhlə gətirərək dağılmış ot kiplərini toplayaraq yığıb aparmış və öz məqsədləri üçün istifadə etmişdir. Ümumilikdə ona cavabdehin təqsirindən 15280 manat maddi ziyan dəymişdir. Həmin ziyanı cavabdeh bu günə kimi ona ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib 400 manat miqdarda inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş AD 493271 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1989-cu il buraxılışlı, “Kamaz 53212” yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı Göyçə oğludur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhərində yerləşən “Gəncə Avtomotoservis və Ticarət” müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş zərər aktının surətindən görünür ki, İddiaçı Göyçə oğluna məxsus olan “Kamaz 53212” yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəyən zərərin məbləği 14600 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2023-cü il tarixli, 9/984 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Gəncə Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1989-cu il buraxılışlı “Kamaz 53212” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10900 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2023-cü il tarixli, 9/984 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “Gəncə Avtomotoservis və Ticarət müəssisəsi” 9 saylı TXE tərəfindən verilmiş zərər aktı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2023-cü il tarixli, 9/984 nömrəli ekspert rəyini müqayisəli şəkildə tədqiq edib məhkəmə hesab edir ki, ekspert rəyi xüsusi biliyə və iş stajına malik ekspert tərəfindən verildiyindən, daha mötəbər və əsaslı faktlara əsaslandığından həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilərək qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş, iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, hadisə zamanı avtomobilin üzərinə yığılmış ot kipləri avtomobil aşdığından yerə dağılmış, hadisədən sonra Beyləqan rayonundan fəhlə gətirərək dağılmış ot kiplərini toplayaraq yığıb aparmış və öz məqsədləri üçün istifadə etmişdir. Beləliklə, məhkəmə iclasında İddiaçı Göyçə oğlunun mülkiyyətində olan 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən ziyan vurulması müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüququ pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, iş materialları ilə İddiaçı Göyçə oğlunun mülkiyyətində olan “Kamaz 53212” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən 10900 manat dəyərində ziyan vurulması sübut edildiyinə görə iddia qismən təmin edilməli, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 10900 manat məbləğində pul alınaraq İddiaçı Göyçə oğluna verilməlidir. İddia tələbi qalan hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh 50 manat məbləğində ekspertiza xərci alınaraq, Az. MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 10900 manat məbləğində təmin edildiyi üçün Cavabdeh dövlət rüsumuna görə 122,7 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 10900 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 122,7 manat məbləğində pul alınaraq İddiaçı Göyçə oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat məbləğində ekspertiza xərci alınaraq, Az. MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-100/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-100/2023
30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver